Həzrət Zəhranın (s.ə) cənazəsi üstünə camaatın toplaşması və dəfn mərasiminin təxirə düşməsi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-01-2016, 11:16 | Şərh sayı: (0) | Baxılıb: 608
Həzrət Zəhranın (s.ə) cənazəsi üstünə camaatın toplaşması və dəfn mərasiminin təxirə düşməsi
Fatimeyi-Zəhra (s.ə) dünyadan deən zaman, camaat nalə-şivənlə o həzrətin evinin qarşısına toplaşdılar. Onlar, cənazənin çölə çıxmasını, meyit namazında və dəfn mərasimində iştirak etmək üçün gözləyirdilər. Əbubəkr və Ömər də başsağlığı vermək bəhanəsi ilə, Əmirəl-möminin Əli (ə)-ın yanına gəlib dedilər:
Ey Əbəl-Həsən! Məbada bizdən qabaq Peyğəmbərin (s) qızının meyit namazını qılasan!
Əbuzər evin içindən çıxıb dedi: Qayıdın gedin evinizə! Fatimənin (s.ə) dəfn mərasimi təxirə salındı.
Camaat ayağa qalxıb öz evlərinə qayıtdılar.
Həzrət Zəhranın (s.ə) gizlin dəfn olunması
Gecədən bir-neçə saat keçdi. Əmirəl-möminin Əli (ə) Fatimeyi-Zəhraya (s.ə) meyit qusulu verdi. Həzrət Zəhranın (s.ə) övladları ilə, Salmanla, Əbuzərlə, Miqdadla, Fizzə ilə, Əsma və başqa bir-neçə nəfərlə birlikdə Həzrətin meyyit namazında eştirak etdilər. Meyyit namazını qılandan sonra Əli (ə) Fatiməni (s.ə) gecə gizlincə dəfn etdi. Qəbrin üstünü hamarlayıb ətrafı ilə bir səthdə qərar verdi ki, qəbrin yeri məlum olmasın.
Xalqın ikinci dəfə dəfn mərasiminə gəlməsi
Səhərisi gün sübh tezdən Əbubəkr və Ömər camaatla birlikdə Həzrət Zəhranın (s.ə) dəfn mərasimində və meyyit namazında iştirak etmək məqsədi ilə gəldilər. Onlar Həzrətin evinə toplaşdılar. Gözlənilmədən eşitdilər ki, Miqdad deyir: "Dünən Fatiməni dəfn etdik. "Başqa bir tərəfdən camaat "Bəqi"qəbiristanında 40 dənə təzə qazılmış qəbrlə qarşılaşdılar. Bu 40 qəbrin hamısı bir-birinə oxşayırdılar, onları bir-birindən ayırmaq olmurdu. Camaatın şivən səsi ucaldı. Onlar bir-birini danlayıb, dedilər:
Peyğəmbərinizdən (s) yalnız bir qız yadigar qalmışdı. O da dünyadan getdi. Bəs nə üçün onun meyyit namazında və dəfnində iştirak etmədiniz? Onun qəbrinin yerini də bilmirsiniz?!
Ömər Əbubəkrə baxıb, dedi: Mən sənə demədim ki, Fatiməni (s.ə) dəfn edəcəklər?!
Sonra Əbubəkr və Ömər Əmirəl-möminin Əli (ə)-ın yanına gəlib dedilər: And olsun Allaha, bizi narahat edən işlərin hamısını sən yerinə yetirirsən. Bu da ürəyində bizə qarşı olan düşmənçiliklərindən biri idi.
Həzrət Əli (ə) buyurdu: Əgər sizin üçün and içsəm inanarsınızmı?
Dedilər: Bəli.
Həzrət buyurdu: Fatimə (s.ə) həmin qadındır ki, mən onun iyadətinə getməyiniz üçün ondan icazə istədim. Gördünüz ki, sizə nə dedi. Allaha and olsun, Fatimə (s.ə) mənə vəsiyyət etdi ki, sizin ikiniz də onun meyyit namazı və dəfn mərasimində iştirak etməyəsiniz. Mən də onun əmri və vəsiyyəti ilə müxalifətçilik edə bilməzdim.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər