Dünyasını dəyişənlərə necə yardım edə bilərik? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 16-11-2014, 01:09 | Şərh sayı: (0) | Baxılıb: 1419
Dünyasını dəyişənlərə necə yardım edə bilərik?
Qəbir əhlinin istiğfara və rəhmətə ehtiyacları vardır. Bu haqda İmam Sadiq (ə) buyurur: "Ölümdən sonra insana üç şeylə savab yetişər: 1. Sədəqə. 2. İnsanın həyatda olan zaman əməl etdiyi düzgün adət-ənənədir ki, başqaları üçün örnək olmuşdur. 3. Layiqli övladlardır ki, ondan sonra məğfirət istəyər və valideynlərinin bağışlanmasına səbəb olarlar”.
Həzrət (ə) başqa yerdə buyurur: "Nə zaman ki, yaşayanlar hədiyyə ilə sevinər, qəbir və bərzəx əhli də onlara edilən istiğfar ilə sevinərlər”.
Məsumlar (ə) bizə ölülərimiz üçün Quran oxumağın faydalı olacağını tövsiyə etmişdilər. O cümlədən: "Yasin”, "Saffat”, "Əhzab”, "Ayətül-kürsü”, "Əraf” surəsinin 54-cü ayəsi, "Bəqərə” surəsinin son üç ayəsi tövsiyə edilir.
Həmçinin qəbir evinin ilk gecəsində vəhşət namazı qılmaq çox müstəhəbdir.
İmam Sadiq (ə) buyurur: "”Təbarük”lə başlayan surələri meyitin qəbirinin başında oxumaq qəbir əzabının aradan qalxmasına səbəb olar”.
Mərhum Nuri "Misbahil zaid” kitabında yazır: "Meyyiti ziyarət etməyin yolu belədir ki, qibləyə çevril və əlini qəbirə qoyaraq de:
"ALLAHım! Qürbətdə ona yardım et və onun tənhalığını öz cəmlik məqamınla rabitələndir. Onun qorxusunu təhlükəsizliyə çevir. Öz rəhmətindən ona rəhmət göndər. Onu sevdiyinə qovuşdur (Məsum İmamlara (ə)). Sonra isə "Qədr” surəsini 7 dəfə oxu”.
Bundan başqa hər gün Quran oxuyub, savabını ölülərimizə hədiyyə edə bilərik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər