Ziyarətin qaydaları |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-12-2014, 17:52 | Şərh sayı: (0) | Baxılıb: 720
Ziyarətin qaydaları
Ziyarətin bir çox hökmləri vardır. Onların bəzisini sizin nəzərinizə çatdırırıq:
1. Ziyarət səfərinə çıxmaqdan əvvəl qüsl etmək.
2. Yolda mənasız söhbətləri və yersiz mübahisələri tərk etmək.
3. Ziyarət qüslü etmək və qüsl alarkən qüsl duasını oxumaq.
4. Təharətli olmaq (dəstəmaz almaq).
5. Təmiz, gözəl və yeni libas geymək.
6. Hərəmə vüqarlı və kiçik addımlarla, xüzu-xüşu ilə öz ətrafına diqqət etmədən getmək.
7. İmam Hüseynin (ə) ziyarəti istisna olmaqla digər imamların ziyarətində ətirlənmək.
8. Hərəmə gedərkən "əl-Həmdu lillah", "Allahu-Əkbər", "Sübhanəllah", "la ilahə illəllah" demək və Muhəmməd (s) və Ali Muhəmmədə salavat göndərmək.
9. Hərəmin qapısında dayanıb daxil olmaq üçün izn istəmək, ürəyini yumşaltmaq və xüzu-xüşu əldə etmək üçün səy etmək, pak qəbir sahibinin əzəməti və cəlalı, Həzrətin onun qapı ağzında durmasını görməsi, kəlamını eşitməsi, salamının cavabını verməsi haqqında fikirləşmək və Həzrətin öz şiələrinə və zəvvarlarına qarşı etdiyi mərhəmət, məhəbbət barədə düşünmək, öz keçmiş pis əməllərilə onları incidibsə, o əməllərini yada salıb qəlbi kövrəltmək, tövbə etməyi qərara almaq və gözləri yaşartmaq.
10. Mübarək giriş qapısını öpmək.
11. Sağ ayaqla daxil olmaq, sol ayaqla çıxmaq.
12. Zirehə (qəbri əhatə edən kiçik hasara) yaxınlaşıb ona söykənmək və onu öpmək.
13. Ziyarət edərkən üzü şərif qəbrə tərəf durmaq.
14. Ayaq üstə ziyarətnamə oxumaq.
15. Ziyarəti qurtardıqdan sonra sağ üzünü zirehə qoyub yalvararaq dua etmək, sonra sol üzünü zirehə qoyaraq Allahı qəbrin sahibinə and verərək şəfaətinə nail olmasını istəmək. Sonra qəbrin baş tərəfinə gedib üzü qibləyə dayanaraq dua etmək.
16. Şərafətli qəbri gördükdə ziyarəti oxumazdan əvvəl təkbir – "Allahu-Əkbər" demək. Hədisdə nəql olunur ki, kim İmamın (ə) qarşısında dayanıb "la ilahə illəllah vəhdəhu la şərikə ləh" desə, böyük Allahın "Rizvan" adlı Cənnəti onun üçün yazılar.
17. Məsumların (ə) buyurduğu duaları oxumaq.
18. Ziyarət namazı qılmaq və birinci rəkətdə "Həmd"dən sonra "Ya sin" surəsi, ikinci rəkətdə isə "Həmd"dən sonra "ər-Rəhman" surəsini oxumaq yaxşıdır.
19. Hərəmin ətrafında olan miskinlərə, yoxsullara, fəqirlərə infaq və ehsan etmək.
20. İmamın (ə) şəhərindən çıxmaq istədikdə nəql olunmuş dualarla imamla (ə) vidalaşmaq.
21. Ziyarət zamanı kişi və qadınların ayrı-ayrılıqda ziyarət etməsi.
22. Başqalarının da rahat ziyarət etməsinə şərait yaratmaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər