İslam dinində vacib əməllər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-09-2015, 21:52 | Şərh sayı: (0) | Baxılıb: 481
İslam dinində vacib əməllər
İslam dinində bir sıra işlər vacib buyurulub və Mütəal Allah onları yerinə yetirənləri mükafatlandıracaqdır. Bu əməllərdən bəziləri aşağıdakılardır;
1-Şəriət məsələlərini öyrənmək.
2-Gündəlik namazları və digər vacib namazları qılmaq.
3-Ramazan ayının orucunu eləcə də digər vacib orucları tutmaq.
4-Ramazan ayının orucunun qəzasını tutmaq.
5-Zəkat, xüms və digər şəri vergiləri ödəmək.
6-Vacib Həcci yerinə yetirmək.
7-Övrətyerni (ayıb yerləri) örtmək; istər kişi olsun, istərsə də qadın. Hətta yaxşı və pisi ayırd edən uşağın qarşısında da övrətyerni örtmək lazımdır.
8-Qadınların naməhrəm kişilərin qarşısında örtünməsi (yəni başı və bədənin bütünlüklə örtmək).
9-İbadətlərin yerinə yetirmək üçün cənabət qüslü etmək.
10-İbadətləri yerinə yetirmək üçün qadının heyz, nifas və istihazə qüsllarını yerinə yetirməsi.
11-Namaz qılmaq üçün dəstəmaz almaq.
12-Cənazəyə vermək (bu meyit qüslü adlanır) və həmçinin, məshi-meyit qüslü etmək ( yəni cənazə soyuduqdan sonra və meyit qüslü etmək).
13-Ata anaya ibədət etmək (müəyyən çərçivədə).
14-Harama düşmək qorxusu olduğu təqdirdə izdivac etmək.
15-Kişinin öz həyat yoldaşının dolanışığını təmin etməsi.
16-Dolanışıq xərclərini təmin edə bilməyən övladların dolanışığını etmək ataya, yaşlı və yoxsul ata-ananin dolanışığını təmin etmək isə övladlara vacibdir.
17-İnsanın öz canına və başqalarının canını qoruması.
18-Ölüm təhlükəsində olan müsəlmanı təhlükədən xilas etmək.
19-Zülmə məruz qalana kömək etmək.
20-Qadınların uşaq dünyaya gətirən qadına kömək etmələri.
21-Borc verən borcunu tələb etdikdə onu tez bir zamanda qaytarmaq.
22-Borc alan şəxs borcu ödəyə bilmədikdə, zamin dayanan şəxs borcu ödəməlidir.
23-Qəsb edilmiş malı öz sahibinə geri qaytarmaq.
24-Vacib səcdəsi olan ayələri oxuduqda və ya eşitdikdə səcdə etmək.
25-Nəzri və andı yerinə yetirmək.
26-Salamın cavabını vermək (hətta namaz qılarkən).
27-Caniuş-şərait fəqihin ədalətli şəkildə qəzavət etməsi.
28-Haqqın sübuta yetməsi üçün doğru şahidlik etmək.
29-Diyə ödəmək (yəni hər kim başqasının bədəninə xəsarət yetirərsə, fiqh kitablarında izah olunduğu qaydada onun özünə və ya varisinə diyə ödəməlidir).
30-Əgər iki nəfər hansısa bir mülkdə şərikdirlərsə və şəriklərdən biri öz payını satmaq istəyirsə, ilk öncə bunu almağı öz şərikinə təklif etməlidir
31-Tapılan malın sahibini axtarmaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər