Dəstamaz və ya qüsl əvəzinə əlləri torpağa vurub alın və əllərin üstünə çəkməyin faydası nədir? |
Müəllif: L-e-y-l-a | Bölmə: Sual-Cavab | Vaxt: 17-12-2015, 00:29 | Şərh sayı: (0) | Baxılıb: 402
Dəstamaz və ya qüsl əvəzinə əlləri torpağa vurub alın və əllərin üstünə çəkməyin faydası nədir?
Sual 5: Dəstamaz və ya qüsl əvəzinə əlləri torpağa vurub alın və əllərin üstünə çəkməyin faydası nədir?
Cavab: Yəqin ki, söhbətin təyəmmümdən getdiyini anladınız.
Təyəmmümün ilkin faydası odur ki, ibadət üçün dəstəmaz almağa və ya qüsl verməyə imkanı olmayan şəxs, ibadətini təxirə salmır. İnsanın alnı, onun ən şərafətli bədən nahiyələrindəndir. İnsan öz kiçikliyini etiraf edir. Demək, təyəmmüm özü bir ibadətdir.
Artıq elmi dəlillərlə sübuta yetirilib ki, torpaq güclü parçalama xüsusiyyətinə malikdir. Məhz bu xüsusiyyətinə görə, insan və heyvan cəsədləri torpaqda dəfn olunur. İstənilən başqa mühitdə qorxulu keçici xəstəliklər törədə biləcək cəsədlər, qısa bir müddətdət torpağın təsiri ilə parçalanır və zərərsizləşdirilir. Buradan belə nəticə çıxır ki, torpaq da, su kimi özünəməxsus təmizləyici keyfiyyətlərə malikdir. Tibbi nöqteyi-nəzərdən təmiz və günəşli hava altında olan torpaq təyəmmüm üçün daha da yararlıdır. «Maidə» surəsinin 6-cı ayəsində buyurulur: «...Su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə çəkin. Allah sizi çətinliyə salmaq istəməz. Lakin o sizi pak etmək, sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə şükr edəsiniz».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər