Adamın bədənində yanıq yarası var və yaraya su dəyməsi ziyandır. Bu adam necə qüsl alsın? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 25-12-2015, 00:03 | Şərh sayı: (0) | Baxılıb: 481
Adamın bədənində yanıq yarası var və yaraya su dəyməsi ziyandır. Bu adam necə qüsl alsın?
Bu cür adam cəbirə qüslü almalıdır. Cəbirə qüslünün qaydası budur ki, əgər yaraya su dəyməsi ziyandırsa, qüsldən qabaq yaranın üstünü bağlasın (məsələn, selofan və ya parça ilə). Həmin yerə çatana kimi qüslünü normal qaydada alsın. Məsələn, əgər yara sağ ayağındadırsa, əvvəlcə başını və boynunu, bundan sonra bütün sağ tərəfini yusun. Axırda suyun altından kənara çəkilib yaranın üstünü açsın, üzərinə təmiz parça qoyub yaş əlini o parçanın üstünə çəksin (məsh etsin). Bununla sağ tərəf də yuylmuş olur. Sonra ehtiyac varsa, yenə yaranı selofanla örtsün ki, sol tərəfi yuyanda yaraya su dəyməsin. Axırda bədəninin sol tərəfini də bütöv yusun. Bu işlərin arasında həddən artıq fasilə verməsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər