Füruiddin haqqında qəbrdə suallar və cavablar |
Müəllif: Eli Aşiqi | Bölmə: Slide, Məqalələr | Vaxt: 25-12-2015, 01:28 | Şərh sayı: (0) | Baxılıb: 795
Füruiddin haqqında qəbrdə suallar və cavablar
1-ci Namaz, yəni gün ərzində müəyyən şərlər əsasında və müəyyən vaxtlarda, 17 rəkət namaz qılmaq.
2-ci Oruc, yəni hər il mübarək Ramazan ayının əvvəlindən sonuna qədər sübh azanından məğrib azanınadək yemək, içmək və bu kimi bir sıra işlərdən çəkinmək.
3-cü Xums, yəni dünya malının illik xərcindən artıq qalan hissəsini beşdə birini İmama, əgər qeybdədirsə, müctəhidə və yaxud onun nümayəndəsinə çatdırmaq. (Təqlid etdiyimiz müctəhidin risaləsində yazılmış hökmlərə əməl etməklə)
4-cü Zəkat, yəni şəriətə əsasən 9 şeydən (arpa, buğda, xurma, kişmiş, inək, qoyun, dəvə, qızıl, gümüş) risalələrdə yazılmış bir sıra şəraitlə zəkat vermək.
5-ci Həcc, yəni imkan olan surətdə, müəyyən şərtlər əsasında ömründə bir dəfə müqəddəs "Kə'bə" evinin ziyarətinə getmək.
6-cı Cihad, yəni Peyğəmbər (s) və məsum İmamın (ə) əmri ilə İslam düşmənlərinin əleyhinə mübarizə aparmaqdır.
7-ci Əmr be məruf, yəni hər bir müsəlmanın öz ailəsini və dini bacı-qardaşlarını vacib əməllərə və xeyr işlərə dəvət etməsi.
8-ci Nəhy əz münkər, yəni hər bir müsəlmanın öz ailəsini və dini bacı-qardaşlarını qadağa və haram olan əməllərdən çəkindirməsi.
9-cu Təvəlla, bunun mənası sevmək, dost tutmaq deməkdir, yəni hər bir müsəlmanın Allah-təala, Peyğəmbər (s), məsum İmamlar (ə) və onların dostlarını sevmək.
10-cu Təbərra, bunun mənası isə bizar və nifrət etmək demməkdir, yəni hər bir müsəlmanın Allah-təala, Peyğəmbər (s), məsum İmamlar (ə) və onların dostlarının düşmənləri ilə düşmən və habelə onlardan bizar olması.
Suallar və cavablar
Sual:
Namaza hansı ayəyə görə iman gətirdin?
Cavab:
Şübhəsiz mənəm, mənəm Allah məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl. (Taha surəsi, ayə: 14)
Sual:
Oruca hansı ayəyə görə iman gətirdin?
Cavab:
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olunduğu kimi sizə də vacib edildi. Bəlkə (bunun vasitəsi ilə) siz təqvalı olasız (Bəqərə surəsi, ayə: 183).
Sual:
Xümsə hansı ayəyə görə iman gətirdin?
Cavab:
(Ey mömünlər) Əgər siz Allaha və haqqla batilin ayır edildiyi gün iki dəstənin bir-birilə qarşılaşdığı gün (bədir günü) bəndəmizə (Məhəmmədə) nazil etdiyimiz ayələrə iman gətirmisinizsə bilin ki, ələ keçirtdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin (s), onun qohum-əqrabasının, yetimlərin, yoxsulların və yolçularındır (pulu qutarmış yolda qalan müsafirlərin). Allah hər şeyə qadirdir (Ənfal surəsi, ayə: 41). (qeyd edim ki bəzi insanlar səhv salır amma açıq aşgar ayədə bildirildiyi kimi ancaq Peyğəmbər övladları olanlara (seyyidlərə) xums verilməli seyyid olmayan kəslərə xüms verilmir)
Sual:
Zəkata hansı ayəyə görə iman gətirdin?
Cavab:
Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (Bəqərə surəsi, ayə: 43).
Sual:
Həccə hansı ayəyə görə iman gətirdin?
Cavab:
Orda (Kə'bədə) aydın nişanələr İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadı, onun yolunda imkanı olan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbətdə Allah aləmlərdən ehtiyacsızdır! (Ali imran surəsi, ayə: 97).
Sual:
Cihada hansı ayəyə görə iman gətirdin?
Cavab:
Ey mömünlər! Ağırlı və yüngüllü halda hamınız cihada qalxıb malınızla və canınızla Allah yolunda vuruşun! Əgər bilsəniz bu sizin üçün daha çox xeyirlidir! (Tövbə surəsi, ayə: 41).
Sual:
Əmr be məruf və nəh əz münkərə hansı ayələrə görə iman gətirdin?
Cavab:
Onlar Allaha və axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməli salehlərdir. Onları yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi (pəhrizkar) olanlara agahdır. (Ali-İmran surəsi, ayə: 114, 115)
Sual:
Təvəlla və Təbərraya hansı ayəyə görə iman gətirdin?
Cavab:
De: Ey Peyğəmbər, mən sizdən öz risalətim (peyğəmbərliyim) əvəzində, Əhli- Beytimə məhəbbət bəsləməkdən başqa heç bir əcr (mükafat) istəmirəm. (Şura surəsi, ayə: 23) (Şura surəsi ayə 23 Təvəlla və Təbərraya kifaətdir amma istəsəniz Təbərraya Əhzab surəsi ayə 57 də əzbərləyə bilərsiz) Allaha və onun Peyğəbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır! (Əhzab surəsi, ayə: 57)
Ey mömün və mömünələr Füruiddinin yeddincisinə əsasən öyrəndik ki, Allahın vacib buyurduqların bildiyimiz halda bilməyən kəslərə öyrətmək boynumuzda haqdı. Sizlər də əgər bu kimi vacib xəbərləri bilməyənlər varsa, bilməyənlərlə paylaşın. Bu ayələri əzbərləmək üçün və qəbir gecəmizdə suallara asan cavab vermək üçün Muhəmməd və ali Muhəmmədə salavat zikr edək:
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər