İmam Cəfər Sadiq (ə) |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 21-09-2015, 21:54 | Şərh sayı: (0) | Baxılıb: 2207
İmam Cəfər Sadiq (ə)
O Həzrətin imaməti.
518.Allahın Peyğəmbəri(s):« Oğlum Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn əbu Talib dünyaya gələndə onu Sadiq adlandırın.»
519.Məhəmməd ibn Müslim:«Əbu Cəfər Məhəmməd ibn Əli ibn Baqirin (ə) yanında idim. Oğlu Cəfər gəlib daxil oldu. O kəkilli idi, əlində bir çubuq var idi və onunla oynayırdı. Baqir (ə) onu tutub möhkəm sinəsinə sıxdı. Sonra buyurdu:«Atam-anam sənə fəda olsun ki, oyun-oyuncaq əhli deyilsən.» Daha sonra mənə buyurdu:«Ey Məhəmməd! Məndən sonra sənin imamın budur. Ona tabe ol və onun elmindən bəhrələn. And olsun Allaha ki, o Allahın Peyğəmbərinin(s) vəsf etdiyi Sadiqdir. Həqiqətən onun şiələri dünya və axirətdə qalibdirlər.»
145.O Həzrətin əxlaqı və gözəl davranışları.
520.Məhəmməd ibn Ziyad Əzdi:«Mədinənin alimi Malik ibn Ənəsin belə dediyini eşitdim ki: Cəfər ibn Məhəmməd Sadiqin (ə) yanına gedirdim və o Həzrət mənim üçün mütəkkə qoyur, mənə ehtiram göstərir və deyirdi: Malik! Mən səni çox istəyirəm. Mən həmin sözdən şad olurdum və Allaha şükr edirdim. Malik deyirdi: O Həzrət həmişə bu üç haldan birində idi: ya oruc olurdu, ya namaz qılardı, ya da zikr deyərdi. O, böyük abidlərdən və Allahdan qorxan zahidlərin ən əzəmətlilərindən idi. Çoxlu hədis deyərdi, onunla oturmaq insana xoş gəlirdi və o, bəhrələnməli adam idi.»
521.Hişam ibn Salim:«Elə ki hava qaralırdı və axşamdan bir az keçirdi İmam Sadiq (ə) içərisində çörək, ət və dirhəm olan bir dağarcıq götürüb çiyninə qoyaraq Mədinənin möhtac adamlarına aparar və onları həmin adamların arasında bölərdi. Onlar o Həzrəti tanımırdılar. İmam Sadiq vəfat edəndən sonra həmin köməklər kəsildi və Mədinənin yoxsulları başa düşdülər ki, həmin şəxs imam Sadiq (ə) olub.»
522.Müəlla ibn Xunəys: Əbu Abdullah (ə) bir gecə narın yağış yağarkən Bəni Saidənin eyvanına getmək məqsədi ilə evindən çıxdı. Mən o Həzrətin arxasınca düşdüm. Birdən onun əlindən yerə bir şey düşdü və imam dedi:«Bismillah, Allahım onu bizə qaytar.» Mən özümü ona çatdırıb salam verdim. Dedi: «Müəlla sənsən?» Dedim:«Bəli, sənə fəda olum.» Buyurdu:«Əlinlə axtar və bir şey tapsan onu mənə ver.» Mən çörək tikələri tapdım və onları o Həzrətə vermək üçün onun yanına apardım. Gördüm ki, çiynində bir çörək dağarcığı var. Dedim:«Sizə fəda olum, icazə verirsiniz onu mən götürüm?» Buyurdu:«Xeyr, bu işə mən özüm daha layiqəm, amma mənimlə gəl.» Müəlla deyir: «Bəni Saidənin eyvanına çatdıq. Gördük ki, orada bir dəstə adam yatıb. Həzrət onların hər birinin paltarının altına bir-iki tikə çörək qoydu və nəhayət axırıncı adama çatdı. Sonra qayıtdıq. Mən dedim:«Sənə fəda olum, bunlar haqqı tanıyırlar (sizin imamətinizə etiqadları var)?»Buyurdu:«Əgər tanısaydılar, onlara un da verərdik.»
523.Əbu Əmr Şeybani:«İmam Sadiqi (ə) əlində bir bel, əynində qalın bir paltar öz bostanında işləyən gördüm. Onun kürəyindən tər axırdı.» Dedim: «Fəda olum, icazə verin sizin yerinizə mən işləyim.» Buyurdu:« Mən kişinin öz yaşayışını təmin etmək üçün günəşin istisində əziyyət çəkməsini sevirəm.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər