Cəhənnəm odundan nicat tapmaq üçün salavat |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 21-04-2015, 21:26 | Şərh sayı: (0) | Baxılıb: 915
Cəhənnəm odundan nicat tapmaq üçün salavat
"Səvabul-əmal" kitabında nəql olunmuşdur ki, İmam Cəfər Sadiq (ə) Səbah ibni Səyyabəyə buyurdu: "Sənin üzünü cəhənnəm odunun istiliyindən saxlayan bir şey öyrənməyi istəyirsənmi? Ərz etdi: "Bəli" Həzrət buyurdu: "Sübh naazından sonra yüz dəfə "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd" de ki, Allah təala sənin üzünü cəhənnəm odunun istiliyindən saxlayacaqdır."
Bir illik günahın bağışlanması üçün salavat
İmam Cəfər Sadiq (ə) buyurmuşdur ki, hər kəs cümə günü Sübh namazından sonra bu (salavatı) deyərsə, bir ilədək ona heç bir günah yazılmaz.
"Əllahumməc-əl-səlavatikə və sələvuti məlaikətikə və həmələti ərşikə və cimi-i xəlqikə və səmaikə və ərzikə və ənbiyaikə və rusulikə əla Muhəmmədin və ali Muhəmməd." (Biharul-ənvar, cild 89, səh.354)
Bütün günahlardan pak olmaq üçün salavat
İbni Babəveyh (rəhmətullah əleyh) Əbu Həmzədən nəql etmişdir ki, deyib: "İmam Cəfər Sadiq (ə)- ərz etdim "Məhəmməd (s) və onun Əhli-beytinə necə salavat göndərim? Həzrət buyurdu: "Belə deyərsən:
"Sələvatullahi və sələvatu məlaikətihi və ənbiyaihi və rusulihi və cəmi-i xəlqihi əla Muhəmmədin və ali Muhəmməd. Vəs-səlamu ələyhi və ələyhim və rəhmətullahi və bərəkatuh."
Ərz etdim: "Onun savabı nə olacaqdır? "Həzrət buyurdu: "And olsun Allaha ki, bunu deyən şəxs günahlardan xaric olaraq anadan olduğu kimi (günahsız) olacaqdır."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər