Allahın canişini ilə Peyğəmbərin (s) canişini arasındakı fərq nədir? |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 30-01-2016, 12:27 | Şərh sayı: (0) | Baxılıb: 346
Allahın canişini ilə Peyğəmbərin (s) canişini arasındakı fərq nədir?
Şiə əqidəsinə görə, Allahın xəlifəsi həm Allah Rəsuluna, həm də rəsulun canişininə şamil olan ümumi bir ünvandır. Ona görə ki, hər ikisinin təyin olunması camaatın deyil, Allahın öhdəsinədir. Bu baxımdan Allahın xəlifəsi ilə Peyğəmbərin xəlifəsi məfhumları arasında heç bir fərq yoxdur. Lakin əhli-sünnənin baxışında Əməvi və Abbasi xəlifələrinə də “xəlifətullah” ünvanı şamil edilir. Hər iki məktəbdə bu ifadəyə fərqli yanaşmanın araşdırılmasından ötrü məsələyə fərqli yönlərdən nəzər salacağıq:
Quranda Allahın və peyğəmbərin xəlifəsi
Quran ayələri arasında bu iki kəlməyə (Allahın xəlifəsi və Peyğəmbərin xəlifəsi) rast gəlinmir. Lakin iki yerdə “xəlifə” kəlməsi qeyd olunmuşdur ki, bu da Allahın xəlifəsi mənasındadır:
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلاَئِكَةِ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً
“Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: “Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi və xəlifəsi) qoyacağam”. [1]
يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُم بَيْنَ النَّاسِ بِالْحَقِّ
“Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar”.[2]
Digər ayələrdə isə bu kəlmənin törəmələrindən istifadə olunmuşdur ki, bəzilərində mütləq və ümumi mənada[3], bəzilərində Allahın canişini[4], bəzilərində isə Peyğəmbərin canişini[5] mənasındadır.
Əhli-sünnə nəzərində Allah və Peyğəmbərin canişini
Əhli-sünnə arasında “xəlifə” kəlməsi təyin olunmuş bir yola malikdir:
1. Allah Rəsulunun canişini – Əbu Bəkr hakimiyyətə gəldiyi zaman camaat ona Peyğəmbərin canişini kimi xitab edirdi.
2. Allah Rəsulunun xəlifəsinin canişini – Ömər ibn Xəttabın xilafətinin əvvələrində camaat ona Peyğəmbərin xəlifəsinin canişini kimi xitab edirdi. Bir müddətdən sonra bu adın uzunluğuna görə elə ona da Peyğəmbər xəlifəsi deyə müraciət olundu. Belə ki bu barədə İbn Xəldun və Süyuti öz kitablarında söz açmışlar.[6] Ömərdən sonra xəlifə olan Osman və İmam Əlini (ə) də belə çağırırdılar.
3. Allahın xəlifəsi (canişini) – Lakin Əməvi və Abbasi xilafəti dönəmindən hakimlər və xəlifələr Allahın canişinləri adlandırılırdı. Məsələn, Həccac ibn Yusif öz xütbələrində Əbdülməlik Mərvanı Allahın xəlifəsi adlandırırdı. [7] O, hətta Peyğəmbər və Əbdülməlik Mərvanı müqayisə edərək “xəlifətullah” ünvanına görə Mərvanı Peyğəmbərdən üstün hesab edirdi.[8]
Əhli-sünnədə xəlifəni təyin etmək yolları
Əhli-sünnə Peyğəmbərdən sonra xəlifənin müxtəlif yollarla təyin oluna biləcəyinə inanır.
Qədim sünni alimlərindən olan Əli İbn Muhəmməd Mavərdi (vəfatı: h.q 450-ci il) “Əl-əhkamül-sultaniyyə” kitabında deyir:
“İmamətin vacibliyi cihad və elm öyrənmək kimi kifayidir. Deməli, əgər bir nəfər bu işi (imaməti) öz öhdəsinə götürüb bu mənsəbə sahib olarsa, artıq bu iş digərlərinin öhdəsindən götürülür. Bu işi öhdəsinə götürəcək bir fərd olmadıqda isə imam seçimi iki yolla həyata keçirilir: birincisi, (səlahiyyətli şəxslərdən ibarət) şura vasitəsi ilə; ikincisi isə özündən əvvəlki imamın təyin etməsi vasitəsi ilə”.
Sonra sözünə belə davam edir:
“Şurada iştirak edənlərin sayı barədə alimlər arasında fərqli nəzərlər vardır. Bəziləri bu şurada (bütün səlahiyyətli fərdlərin) hamının iştirakını zəruri hesab edirlər. Bəziləri beş, bəziləri dörd, bəziləri üç, bəziləri iki və bəziləri isə hətta imamın təyin olunmasından ötrü bir nəfərin də iştirak etməsini qənaətbəxş hesab edirlər“.[9]
Əhli-sünnə kəlam elminin böyüklərindən biri olan Taftazani də (vəfatı: h.q 793-cü il) öz fikrini buna bənzər ifadə ilə bildirir.[10]
Bu nəzərlərin ixtilaflı olması ilə yanaşı, nə qədər süst və əsassız göründüyü də aşkardır. Ümmətə seçiləcək imamın təyin edilməsinin beş, dörd, üç, iki nəfərin icması və ya bir nəfərin rəyinə əsaslanması nə qədər köklü və əsaslı bir nəzəriyyə ola bilər?
Ardı var...
[1]Bəqərə/30
[2]Sad/26
[3]Əraf/169 فَخَلَفَ مِن بَعْدِهِمْ خَلْفٌ وَرِثُواْ الْكِتَابَ – “Beləliklə, onlardan sonra kitabın (Tövratın) varisi olmuş (saleh olmayan) canişinlər(i) onların yerinə keçdilər”.
[4]Əraf/69 وَاذكُرُواْ إِذْ جَعَلَكُمْ خُلَفَاء مِن بَعْدِ قَوْمِ نُوحٍ –“Yada salın o zaman(ı) ki, sizi (yer üzündə) Nuhun qövmündən sonra canişinlər etdi”.
[5]Əraf/142 وَقَالَ مُوسَى لأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ – “Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: “Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma”.
[6]وذلك أنّه لمّا بويع أبوبكر رضي الله عنه وكان الصّحابة رضي الله عنهم و سائر المسلمين يسمّونه خليفة رسول الله صلّى الله عليه و سلّم و لم يزل الأمر على ذلك إلى أنه لكف لمّا بويع لعمر بعهده إليه كانوا يدعونه خليفة خليفة رسول الله صلّى الله عليه و سلّم Ət-Tarix İbn Xəldun, c/1, səh/282, Tarixül-Xüləfa, Süyuti, c/1, səh/11.
[7]عَنْ سُلَيْمَانَ الْأَعْمَشِ، قَالَ: جَمَّعْتُ مَعَ الْحَجَّاجِ فَخَطَبَ فَذَكَرَ حَدِيثَ أَبِي بَكْرِ بْنِ عَيَّاشٍ، قَالَ: فِيهَا «فَاسْمَعُوا وَأَطِيعُوا لِخَلِيفَةِ اللَّهِ، وَصَفِيِّهِ عَبْدِ الْمَلِكِ بْنِ مَرْوَانَ
Əs-Sünən Əbi Davud, c/4, səh/210, hədis/4645.
[8]عَنِ الرَّبِيعِ بْنِ خَالِدٍ الضَّبِّيِّ، قَالَ: سَمِعْتُ الْحَجَّاجَ، يَخْطُبُ فَقَالَ فِي خُطْبَتِهِ: «رَسُولُ أَحَدِكُمْ فِي حَاجَتِهِ أَكْرَمُ عَلَيْهِ أَمْ خَلِيفَتُهُ فِي أَهْلِهِ؟
Əs-Sünən Əbi Davud, c/4, səh/209, hədis/4642
[9]Əl-əhkamül-sultaniyyə c/1, səh/17-24
[10]الإمامة تثبت عند أكثر الفرق باختيار أهل الحل و العقد و إن قلوا للإجماع على إمامة أبي بكر من غير نص و لا توقف إلى اتفاق الكل
Şərhül-Məqasid, c/5, səh/252.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər