RSS
 

Login:
Şifrə:
» » İslam xəlifələri necə təyin olundu?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İslam xəlifələri necə təyin olundu?

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 13-10-2015, 00:09 | Şərh sayı: (0) | Baxılıb: 1240

İslam xəlifələri necə təyin olundu?


İslam xəlifələri necə təyin olundu?


Kiçik bir müəssisənin rəhbəri səfərə getdiyi zaman öz işini mütləq inanılmış bir şəxsə tapşırır. Müəssisə və ya idarənin başsız qoyulması, qısa müddət ərzində özbaşınalıq və hərc-mərcliyin yaranmasına səbəb olacaqdır. Bütün insanlardan müqayisəedilməz dərəcədə ağıllı və uzaqgörən bir şəxs olan Peyğəmbər (s) 23 il ərzində ağır zəhmətlərin və saysız-hesabsız şəhidlərin qanı hesabına qurduğu bir ideal hakimiyyəti özbaşına qoya bilərdimi? Hətta qısa müddətli səfərlərə getdikdə Mədinə şəhərinə canişin tə’yin edən bir şəxs ümməti öz ixtiyarına buraxıb gedə bilərdimi?
Bu sualın cavabı dinindən və məzhəbindən asılı olmayaraq, hər bir ağıl sahibinə mə’lumdur. Lakin burada bir addım geri çəkilərək əhli-sünnənin mö’təbər saydığı səsvermə və ya icma məsələsinə nəzər salırıq.
Peyğəmbərdən (s) sonra xəlifələrin tə’yin olunma məsələsini əhli-sünnənin iddia etdiyi səsvermə və ya icma üsulu ilə olub-olmadığını araşdıraq.
1.Peyğəmbər (s) vəfat etdiyi gün, hətta dəfn mərasimindən öncə bir dəstə müsəlman Səqifə adlı bir yerə toplanıb Әbu Bəkr ibni Qəhafəni xəlifə seçdilər.
Yə’qin ki, səsvermənin bütün xalqın iştirakı və əksəriyyətin səsverməsi ilə müəyyənləşdiyini hamı qəbul edir. Çünki, azlıq təşkil edən bir dəstə xalqın əksəriyyətinə hakim ola bilməz.
Səqifə dediyimiz məkan Bəni-Saidə tayfasının müzakirə üçün toplandığı üstü bağlı kiçik bir yer idi.
Peyğəmbər (s) vəfat edən gün bu kiçik yerdə müsəlmanların neçə faizinin toplanmasının mümkünlüyü hamıya aydındır.
Bəs digər müsəlmanların, yerdə qalan böyük əksəriyyətin bu seçkidə iştirak etmək hüququ yox idimi?
Yəmən, Taif və digər ölkələrdə yaşayan yüz minlərlə müsəlman özlərinə rəhbər seçmək hüququndan məhrum idilərmi?
Böyük əhli-sünnə alimləri imam Fəxri Razi, Cəlaləddin Süyuti, İbni Әbil Hədid Mö’təzili, Təbəri, Buxari, Müslim və s. öz kitablarında açıq şəkildə bəyan etmişlər ki, hətta bu səsvermədə Mədinə müsəlmanlarının böyük əksəriyyəti iştirak etmədilər.
Bəs icma və səsvermə dedikdə kimlər nəzərdə tutulur?
2.Әgər icma və səsvermə hüququ təkcə səhabələrə aiddirsə, əhli-sünnə alimlərinin yazdığı kitablar belə bir iş üçün tələb olunan yetərsayın olmadığını yazırlar. Peyğəmbərin (s) Mədinə şəhərində olan səhabələrinin böyük bir qismi nəinki bu səsvermədə iştirak etmədilər, hətta Әbu Bəkrə bey’ət etməkdən boyun qaçırdılar. Әhli-sünnə alimlərindən İbni Həcər Әsqəlani, Bilazəri öz tarix kitablarında, Məhəmməd Xandşah «Rövzətus-səfa» kitabında, İbni Әbdül-birr «İstiab» kitabında yazırlar:
«Sə’d ibni Ubadə, Xəzrəc tayfası (Mədinə şəhərində böyük tayfalardan biri), Qüreyş tayfasının bir hissəsi və 18 nəfər məşhur səhabə Әbu Bəkrə bey’ət etmədilər:
1.Salman Farsi;
2.Әbuzər Ğəffari;
3.Miqdad ibni Әsvəd Kəndi;
4.Әmmar Yasir;
5.Xalid ibni Səid ibn As;
6.Bəridəh əl-Әsləmi;
7.Әbi ibni Kə’b;
8.Xəzimə ibni Sabit zu-şəhadətəyn;
9.Әbul Heysəm ibn Teyhan;
10.Səhl ibni Hənif;
11.Osman ibni Hənif Zu-şəhadətəyn;
12.Әbu Әyyub Әnsari;
13.Cabir ibni Abdullah Әnsari;
14.Həzifə ibni Әl-yəman;
15.Səd ibni Ubadə;
16.Qeys ibni Səd;
17.Abdullah ibni Abbas;
18.Zeyd ibni Әrqəm.
Digər hədislərdə, o cümlədən Әhli-sünnə tarixçisi Yəqubinin tarixində Әli (ə)-ın və Peyğəmbərin (s) əmisi Abbasın beyət etmədikləri yazılmışdır. Ümumiyyətlə, Bəni-Haşim tayfasının beyət etmədiyi barədə geniş söhbət açacağıq.
3.Әgər həqiqətən müsəlmanlar yığışıb səsvermə yolu ilə özlərinə rəhbər seçirdilərsə, nə üçün bu işə bütün müsəlmanları, heç olmasa səhabələri dəvət etmədilər? Peyğəmbərin (s) pak cənazəsi qüsl-kəfən olunan bir zamanda səs-səmir salmadan bir xəlvətə çəkilib ümmətə rəhbər, xəlifə təyin etdilər. Nə üçün səsverməni İslam hakimiyyətinin, əziz Peyğəmbərimizin (s) iqamətgahı, idarə mərkəzi olan «Peyğəmbər məscidində» (Məscidun-nəbi) təşkil etmədilər? Peyğəmbər hərəmi olan bu məscidin kənarında, Peyğəmbərin (ə) nurlu evində o həzrətin dəfn mərasimi keçirilirdi. Әziz peyğəmbərlərinin qəlbləri yandıran əzasına cəm olan müsəlmanlar, səhabələr bu seçkidən nə üçün xəbərsiz qalmalı idilər? Әn məhşur tarixçi, əhli-sünnə alimi Məhəmməd ibni Cərir Təbəri öz tarix kitabının ikinci cildində yazır:
«Ömər ibni Xəttab (ikinci xəlifə) Peyğəmbərin (s) evinə yaxınlaşdı, lakin evə daxil olmadı. İçəri xəbər göndərib Әbu Bəkri çağırdı. Әbu Bəkr «indi vaxtım yoxdur» dedikdə, bir daha xəbər göndərdi ki «mühüm bir məsələ ortaya çıxmışdır, sənin olmağın lazımdır». Әbu Bəkr bayıra çıxdıqdan sonra Әnsarın (Mədinə əhli‒Ovs və Xəzrəc tayfaları) Səqifəyə yığışıb özlərinə rəhbər seçmək istədiklərini dedi. Onlar birlikdə Səqifəyə tərəf yola düşdülər. Yolda Әbu Ubeydə rast gəldilər, üç nəfər yollarına davam etdilər».
Belə bir səsvermə və belə bir icmanı necə adlandırmaqda çətinlik çəkirik.
4.Әgər bu səsvermə həqiqətən normal şəraitdə keçirilmişdisə və hakimiyyət hüququ Әbu Bəkr ibni Qəhafəyə verilmişdisə, nə üçün Ömər ibni Xəttab bu xilafətin batil olduğunu, birinci xəlifənin seçilməsinin bir fitnə olduğunu deyirdi.
5.Әgər İslam xəlifəsi icma və səsvermə yolu ilə təyin olunmalıdırsa, nə üçün ikinci xəlifə Ömər ibni Xəttabın xilafəti bu üsulla təyin olunmadı?
İstisnasız olaraq, bütün əhli-sünnə tarixçiləri Ömər ibni Xəttabın birinci xəlifənin vəsiyyəti ilə hakimiyyətə təyin olunduğunu yazırlar.
6.Görəsən üçüncü xəlifə Osman ibni Әfvanın seçki üslubunu necə adlandırmaq olar?
Әgər icma və səsvermə zəruridirsə, üçüncü xəlifənin təyin olunmasında heç bir səsvermənin olmadığı hamıya məlumdur.
Әgər Ömər ibni Xəttabın təyin olunduğu üsul qanuni idisə, bəs nə üçün o, vəsiyyətində özündən sonra müəyyən bir şəxsi xəlifə təyin etmədi?!
Digər tərəfdən, xəlifənin seçilməsində vəsiyyət üslubunu qəbul ediriksə, nə üçün Peyğəmbərin (s) bu məsələ ilə bağlı hər hansı bir vəsiyyət etdiyini qəbul etməyək? Göründüyü kimi xəlifələrin təyin olunmasında müəyyən bir üsul və qayda müşahidə etmək olmur.
Heç bir xəlifənin təyin olunma üsulu bir-biri ilə uyğun gəlmir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor