RSS
 

Login:
Şifrə:
» » Üçüncü xəlifə Osman İbni Әfvan

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Üçüncü xəlifə Osman İbni Әfvan

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 3-11-2015, 14:37 | Şərh sayı: (0) | Baxılıb: 838

Üçüncü xəlifə Osman İbni Әfvan


Üçüncü xəlifə Osman İbni Әfvan


İkinci xəlifə Ömər ibni Xəttabın vəfatından sonra onun müəyyənləşdirdiyi altı nəfərlik şura Osman ibni Әfvanı müsəlmanların üçüncü xəlifəsi təyin etdi. Üçüncü xəlifənin qarşısında qoyulan ilkin şərtlərin ən mühüm tərəfi onun Peyğəmbər (s), Әbu Bəkr və Ömərin rəftarlarına uyğun xilafət etməsi idi. Lakin çox təəssüflər olsun ki, üçüncü xəlifə bu şərtlərin əksinə olaraq, Peyğəmbər (s) və əvvəlki iki xəlifənin rəftarlarına da əməl etmədi.
Məşhur əhli-sünnət alimləri İbni Xəldun, İbni Әsəm Kufi, Məsudi, İbni Әbil Hədid və başqaları yazırlar:
«Osman ibni Әfvan xilafətə çatdığı gündən Peyğəmbər (s) və iki şeyxin (Әbu Bəkr və Ömər) rəftarlarına uyğun əməl etmədi.»
Məsudinin «Mürucuz-zəhəb» kitabında, İbni Әbil Hədidin «Şərhu-nəhcil-bəlağə» kitabında yazdıqlarına əsasən Osmanın ümdə səhvlərindən biri Әbu Bəkr və Ömərin əksinə olaraq israfçılığa yol verməsi idi. O, ilk xəlifə idi ki, gözəl qapıları olan böyük daş imarət tikdirdi. O, Azərbaycan torpaqlarından gələn beytul-malın 20 faizini 100 min dirhəm nəqd pulla birlikdə əmisi oğlu Mərvan ibni Həkəmə bağışladı.
Lakin həmin kitablarda qeyd olunur ki, ikinci xəlifə Ömər, oğlu Abdullahla birlikdə həcc ziyarətinə gedib qayıtdıqdan sonra xərclədikləri cəmi 16 dirhəm pulun israfçılıq olduğunu deyirdi.
Xəlifə Osmanın ən böyük səhvi Peyğəmbərin (s) tapşırıqlarına zidd olaraq, Bəni-üməyyə tayfasına öz hakimiyyət orqanlarında geniş yer verməyi idi. Osman ibni Әfvan özü də Bəni-üməyyə tayfasından idi. Lakin o, öz tayfasının əksinə olaraq İslamın çətin günlərində iman gətirmiş, həmişə Peyğəmbərin (s) ətrafında olmuşdu. Bəni-üməyyə tayfası barəsində gələcək bəhslərimizdə geniş söhbət açacağıq. Qısa şəkildə qeyd edirik ki, bu tayfa bütün əhli-sünnət alimlərinin yazdıqlarına görə, Qurani-Kərimdə «lənətlənmiş ağac» adını almışdır.
«...Biz sənin gördüyün yuxunu xalq üçün bir imtahan qərar vermişik; Həmçinin lənətlənmiş ağacı Quranda zikr etmişik...»
İmam Fəxri Razi «Məfatihul-ğeyb» kitabında, Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, Fazil Nişapuri «Ğəraibul-Quran» kitabında, Qazi Şukani «Fəthul-qədir» kitabında, Şəhabuddin Alusi «Ruhul-məani» kitabında və Məhəmməd Təbəri «Təfsiri Kəbir» kitabında yazır:
«İsra surəsində «lənətlənmiş ağac» İbni Abbasın nəql etdiyi hədisə əsasən Bəni-üməyyə tayfasıdır. Peyğəmbər (s) yuxuda onların meymun şəklində onun mənbərinə çıxdıqlarını gördüyü gecə bu ayə nazil olmuşdur.»
Xəlifə Osmanın Bəni-üməyyə tayfasına əsassız şəkildə xüsusi ehtiramla yanaşmasına, hətta onlara səlahiyyətli vəzifələr tapşırmasına bir neçə misal gətiririk.
1.Bütün tarixçilərin yazdığına əsasən, Osmanın əmisi Həkəm ibni Әbil As oğlu Mərvanla birlikdə Peyğəmbər (s) tərəfindən lənətlənərək Mədinə şəhərindən sürgün olunmuşdu.
Hakim Nişapuri «Әl-müstədrək» kitabında İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında yazır:
Mərvan ibni Həkəm uşaq olduğu zaman Peyğəmbər (s) onun barəsində buyurdu: «O, ilan oğlu ilan, məlun oğlu məlundur...»
İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında Hələbi «Әs-sirətul-hələbiyyə» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, İmamul-hərəm «Zəxairul-uqba» kitabında və Duməyri «Həyatul-həyəvan» kitabında yazır:
«Həkəm ibni Әbil As Peyğəmbərin (s) evinə daxil olmaq üçün icazə istədi. Həzrət onun səsini tanıyıb - buraxın gəlsin... Allah ona və onun belindən gələnlərə lənət eləsin! - deyə buyurdu.»
İmam Fəxri Razi öz təfsirində İsra surəsinin 60-cı ayəsində işlənmiş «lənətlənmiş ağac» kəlməsini şərh edərkən Ummul-möminin Aişədən nəql edir:
«(Mərvan ibni Həkəmə üzünü tutaraq) Allah sənin atanı lənətləyən zaman sən onun belində idin. Sən məlunun bir parçasısan...»
Bu iki şəxs (Həkəm və Mərvan) Әbu Bəkr və Ömərin dövründə Osmanı dəfələrlə vasitəçi salsalar da, Mədinəyə daxil ola bilmədilər. Lakin xəlifə Osman hakimiyyətə gələn kimi onları Mədinəyə gətirdi və hətta xilafətin idarə işlərini Mərvana tapşırdı.
2.Xəlifə Osmanın xilafət işlərində ağına-bozuna baxmadan ləyaqətsiz adamlara vəzifə verməsinə daha bir nümunə Vəlid ibni Üqbəni Kufə şəhərinə hakim təyin etməsi idi.
Məsudi «Mürucuz-zəhəb» kitabında yazır:
«Peyğəmbər (s) Vəlid ibni Üqbənin barəsində buyurdu: O, cəhənnəm əhlindəndir.»
Siyuti «Tarixul-xüləfa» kitabında, Әbul Fərəc «Әğani» kitabında, İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Təbəri «Tarixul-uməmi vəl-müluk» kitabında, Beyhəqi «Sünən» kitabında» İbni Әsir «Üsdul-ğabə» kitabında və Yəqubi «Tarix» kitabında yazır:
«Vəlid ibni Üqbə xəlifə Osmanın hökmü ilə Kufə şəhərində hakim olarkən bir gecə sübhə qədər eyş-işrət məclisində şərab içdi. Sübh azanı verildikdən sonra məst halda məscidə gedib camaat namazına imam durdu. O, iki rəkət sübh namazını dörd rəkət qıldı. Xalq səs-küy salanda Vəlid, istəyirsiniz bir az da artırım, dedi.»
3.İslam tarixinə silinməz ləkə olan Müaviyə ibni Әbu Süfyanın Şam şəhərinə hakim təyin olunması da üçüncü xəlifənin səhvlərindən biri idi. Müaviyənin kim olduğunu bir neçə cümlə ilə yazmaq təbii ki, kifayət etməz. Buna görə də bu ləyaqətsiz şəxsin əhli-sünnət kitablarında lənətlənməsi və onun mənfur cinayətləri barədə xüsusi söhbət açacağıq. Amma əziz oxucular intizarda qalmasınlar deyə, görkəmli alim Məhəmməd Təbərinin öz tarix kitabında nəql etdiyi bir hədisi gətiririk:
«Bir gün Peyğəmbər (s) gördü ki, Әbu Süfyan bir ulağa minmiş, Müaviyə ulağın cilovunu tutmuş, Yezid isə ulağı arxadan qırmancla sürür. Həzrət buyurdu: Allah o ulağa minənə də, cilovunu tutana da, qırmancla sürənə də lənət eləsin...»
Xəlifə Osmanın bu diqqətsizlikləri, xüsusilə hakimiyyət orqanlarında yerləşmiş Bəni-üməyyə tayfasının zülmləri bütün xalqı Osmana qarşı üsyan etməyə vadar etdi. Nəhayət Osman ibni Әfvan öz səhvləri ucbatından bir dəstə qiyamçı tərəfindən öldürüldü.
Xəlifə Osmanın dövründə baş verən hadisələr o qədər acınacaqlı idi ki, bütün səhabələr xəlifəyə etiraz edir, ona ağıllı məsləhətlər verməyə çalışırdılar.
İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında, Məsudi «Әxbaruz-zaman» kitabında və Sibt ibni Cuzi «Xəvassul-ummə» kitabında yazır:
«Ummul-möminin Aişə fəryad edərək Osmanın barəsində deyirdi: Öldürün bu yəhudi sifəti, Allaha and olsun ki, o kafir olmuşdur.»
Lakin xəlifənin öldürülməsinin nə demək olduğunu bilən Әli (ə) bütün tarixçilərin yazdığına görə var qüvvəsi ilə bu fitnənin qarşısını almağa çalışırdı.
İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Әli (ə) son nəticədə Osmanın öldürüləcəyini başa düşdüyü üçün onun yanına gedib çoxlu nəsihətlər verdi. Tövsiyələrinin sonunda Әli (ə) xəlifə Osmana dedi: Səni and verirəm Allaha ki, bu ümmətin qətlə yetirilən xəlifəsi olma! Әvəllər deyilərdi ki, bu ümmətin bir xəlifəsi öldürüləcək. Onun qətli ilə müsəlmanlar arasında başlanan qanlı müharibə qiyamətə qədər qurtarmayacaqdır...»



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor