RSS
 

Login:
Şifrə:
» » Kərbəla qiyamının səbəbləri

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Kərbəla qiyamının səbəbləri

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 19-01-2016, 15:34 | Şərh sayı: (0) | Baxılıb: 836

Kərbəla qiyamının səbəbləri


Kərbəla qiyamının səbəbləriİmam Hüseyn (ə) inqilabında aşağıda qeyd edəcəyimiz üç səbəbin böyük təsiri olmuşdur:
- İmamdan Yezid üçün beyət almaq və bu məqsədlə təzyiqlər göstərmək.
- Kufə camaatının o Həzrəti İraqa (Kufəyə) dəvət etməsi.
- Əmr be-məruf və nəhy əz-münkər amili. İmam Hüseynin (ə) Mədinədən çıxdıqı andan şüarı da məhz bu olmuşdur.

YEZİDƏ BEYƏTƏ QARŞI MÜXALİFƏT
Zaman nöqteyi-nəzərindən İmam Hüseyn (ə) inqilabının ilk səbəbi Yezidin hökuməti tərəfindən İmam Hüseyndən beyət istəmək və o Həzrətin bununla müxalifəti olmuşdur. Tarixçilərin dediyi kimi hicrətin 60-cı ili rəcəb ayının 15-də Müaviyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazdı ki, İmam Hüseyndən onun üçün beyət alsın və bu işi əsla yubatmasın. Məktub çatan kimi Mədinənin valisi İmam Hüseyni çağırıb onu məsələdən agah etdi. Hələ Müaviyənin sağlığında Yezidin vəliəhdliyi ilə müxalif olan İmam Hüseyn (ə) bu dəfə də beyətdən boyun qaçırdı. Çünki Yezidə beyət etmək təkcə Yezid kimi alçaq bir şəxsin hakimiyyətini təsdiqləmək deyil, həm də əsasını Müaviyə qoymuş diktatura rejimi kimi böyük bir bidəti təsdiqləmək demək idi.
Mədinənin hakimi tərəfindən bir neçə gün təzyiqlər davam etdi. Ancaq Hüseyn ibn Əlinin müqavimətini qıra bilmədilər. Təzyiqlərin artması nəticəsində İmam Hüseyn rəcəb ayının 28-də ailəsi və Bəni-haşimdən olan bir dəstə ilə birlikdə Mədinəni Məkkə məqsədi ilə tərk etdi və şəban ayının 3-ü Məkkəyə çatdı. Şəhərlər arasından məhz Məkkəni seçməyin səbəbi oranın əmin-amanlıq yeri olması idi. Bundan da əlavə, qarşıdan Həcc mərasimi gəlirdi. Hacıların tez bir zamanda Məkkəyə yığılacağını nəzərə aldıqda, bu şəhər İmam Hüseynin öz məqsədini müsəlmanlara çatdırması üçün ən münasib yer idi.
İmam Hüseyn inqilabı bura qədər reaksiya mahiyyəti daşıyırdı. Özü də qeyri-şəri bir istəyə qarşı mənfi reaksiya. Çünki Yezid hökuməti ondan zor gücünə beyət almaq istəyir, amma İmam Hüseyn (ə) da buna razı olmurdu. Məlumdur ki, İmamı Kufə əhalisi dəvət etməzdən qabaq o Həzrət Yezid hökumətinin təzyiqlərinə qarşı müxalifətdəydi. Əgər Kufə əhalisinin dəvəti olmasaydı da, İmam Hüseyn (ə) Yezidə beyət etməyəcəkdi.

KUFƏLİLƏRİN DƏVƏTİ

İmam Hüseyn (ə) şəban ayının 3-də Məkkəyə çatıb düşərgə saldı və hökumətin əsl mahiyyətini açıb söyləməklə məşğul oldu. Bu xəbər İraqa çatdı. Təxminən 20 il qabaq Həzrət Əlinin ədalətli hakimiyyəti yadında qalmış, o Həzrətin təlim-tərbiyəsini hələ tamamilə unutmamış Kufə əhalisi - böyütdüyü yetimlər və himayəsinə aldığı dul qadınlar bir yerə toplaşaraq vəziyyəti yoxladıqdan sonra qərara gəldilər ki, Yezidin hakimiyyətinə qarşı çıxaraq İmama itaət etsinlər.
Bu müzakirədən sonra Kufə şiələrinin başçıları, o cümlədən, Süleyman ibn Sürəd, Müsəyyib ibn Nəcəbə, Rüfaə ibn Şəddadi Bəcəli və Həbib ibn Məzahir İmam Hüseynə məktub yazıb onu dəvət etdilər ki, İraqa gəlib onlara rəhbər olsun.
Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar kəlməkdə davam edirdi. İmam Hüseyn (ə) camaatın müsbət reaksiya göstərməsini, məktubların axınını və istəkləri nəzərə alaraq iraqlıların dəvətinə müsbət cavab verməyi qərara aldı. Buna görə də, əmisi oğlu Müslim ibn Əqili vəziyyəti araşdırıb nəticəni ona xəbər vermək üçün İraqa göndərdi. Əgər (İraq) Kufə camaatı əməldə, yazdıqlarına vəfalı qalacaqdılarsa, İmam (ə) özü də ora yola düşəcəkdi.
Göründüyü kimi, İmam Hüseynin kufəlilərin dəvətinə qarşı münasibəti müsbət olmuş və bir növ həmkarlıq xüsusiyyəti daşımışdır. Tarixi faktlardan məlum olur ki, İmam Hüseyn Məkkədə Yezidin hökumətinə beyət etməməkdən başqa vəzifəsi yox idi. Onu da yerinə yetirmişdi (Yəni, beyət etməkdən imtina etmişdi). Ancaq Kufə camaatının dəvəti hadisəyə təzə bir cəhət verdi və İmam Hüseyn (ə) üçün yeni bir məsuliyyət ortaya çıxdı. Elə bil İmam Hüseyn (ə) belə bir nəticəyə gəldi ki, əgər Kufə camaatı bu cür həvəslə dəvət edirsə, onda İraqa getməlidir. Əgər vədələrinə vəfa etsələr, çox yaxşı, vəfa etməsələr, onda yenə də Məkkəyə qayıdar, ya da başqa bir İslami məntəqəyə üz tutar.
Buna əsasən, zaman nöqteyi-nəzərindən İmam Hüseynin Yezidə beyətdən imtina etməsi kufəlilərin dəvətindən qabaq olmuşdur. Kufədən gəlmiş ilk məktub İmam Hüseyn (ə) Məkkəyə çatdıqdan 40 gün sonra yetişdi. Beləliklə, hətta yer üzünü İmama darısqal etsəydilər, yenə də Yezidə beyət etməyəcəkdi.

ƏMR BE-MƏRUF VƏ NƏHY ƏZ-MÜNKƏR AMİLİ
İmam Hüseyn (ə) ilk gündən Mədinədən əmr be-məruf və nəhy əz-münkər şüarı ilə hərəkət etmişdi. Öncə də qeyd etdiyimiz kimi səbəblərdən üçünün də İmam Hüseyn inqilabında rolu olmuş, hər biri ona yeni bir təklif və vəzifə irəli çıxartmışdı. İmamın bu üç amilə nisbət mövqeyi bir-birindən fərqli olmuşdur. Birinci amil baxımından İmam Hüseyn (ə) müdafiə rolunu oynayırdı. Çünki ondan zorla beyət istəyirdilər, o da bundan imtina edirdi.
İkinci amil baxımından İmam Hüseyn (ə) köməkçi rolunu ifa edirdi. Çünki onu (Kufə çamaatı) həmkarlığa dəvət etmiş, o da bu dəvətə müsbət çavab vermişdi.
Üçüncü amil baxımından isə İmam Hüseyn (ə) etiraz edərək hücuma keçmişdi. Çünki İmamdan heç beyət istəməsəydilər də, hökumətə qarşı inqilab edib onu qeyri-İslami hökumət adlandıracaqdı.

İndi gəlin krək bu üç amildən hansı daha çox əhəmiyyət daşıyır? Şübhəsiz, Kufə çamaatının dəvətini qəbul etmək amilinin özünəməxsus əhəmiyyəti var. Çünki Yezidin qanunsuz hakimiyyətinə etiraz edib İmamı rəhbər olmağa dəvət edən camaata hazırlığını bildirmişdi. Əgər şərait yaxşı olsaydı, şübhəsiz, İmam İslam hökuməti quracaqdı. Lakin İmamın Yezidə beyət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki İmam Hüseyn (ə) dəfələrlə elan etmişdi ki, nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb Yezidə beyət etməyəcək.
Üçüncü, yəni əmr be-məruf və nəhy əz-münkər amili isə daha çox əhəmiyyət daşıyır. Çünki burada İmam Hüseynin hərəkəti nə müdafiə, nə də köməklik və dəvətə qarşı cavab idi. İmamın hərəkəti yalnız hökumətə qarşı etiraz və hücum idi.
Əgər Kufə camaatının dəvəti əsas səbəb olsaydı, kufəlilərin vəfasızlıq xəbəri o Həzrətə yetişərkən öz məqsədindən dönüb mövqeyini dəyişərək İraq səmtinə hərəkətini saxlayardı. Ancaq görürük ki, İmamın ən əsas xütbələri, ən həyəcanlı və təhrikedici çıxışları məhz Həzrət Müslimin şəhadətindən sonra olmuşdur. Buradan İmam Hüseynin əmr be-məruf və nəhy əz-münkər amilinə nə qədər üstünlük verməsi və Yezidin azğın hökumətinə nə qədər kəskin etiraz edib hücuma keçməsi aydınlaşır.
Bura qədər verdiyimiz şərhlərdən məlum olur ki, əgər Yezid İmam Hüseyn əleyhissəlamdan beyət almaq üçün onu təzyiqlərə məruz qoymasaydı da, yenə batil hakimiyyətə qarşı müxalifətçilik edəcəkdi. Həmçinin, əgər kufəlilər İmam Hüseyni dəvət etməsəydilər belə, yenə bu inqilab həyata keçəcəkdi.
İndi isə bu inqilabda İmam Hüseynin əmr be-məruf və nəhy əz-münkər amilinə nə dərəcədə diqqət yetirməsini göstərən bir neçə canlı sənədi nəzərinizə çatdırırıq.

İMAM HÜSEYNİN (Ə) ƏQİDƏVİ-SİYASİ VƏSİYYƏTNAMƏSİ

İmam Hüseyn (ə) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. O bu vəsiyyətnamədə özünün təvhid, nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır:
"...Mən Mədinədən nə özümü qorumağa, nə azğınlığa, nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah, əmr be-məruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O, hakimlərin ən yaxşısıdır".

Göründüyü kimi İmam Hüseyn (ə) bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir:
- Ümməti islah etmək;
- Əmr be-məruf;
- Nəhy əz-münkər;
- Babası Peyğəmbərin (s), atası Əlinin (ə) sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək.

SÜNNƏNİN MƏHVİ, BİDƏTİN TÜĞYANI
İmam Hüseyn (ə) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam Hüseyn (ə) üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və öz inqilabının səbəbini belə açıqladı: "Camaat! Allahın Peyğəmbəri buyurmuşdur: "Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (s) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, nərəkəti və ya sözü ilə etiraz etməsə, Allah (sükut edən) həmin şəxsi o hökmdarın düçar olacağı əzabla (Cəhənnəm əzabına) qarşılaşdırar.
Camaat! Agah olun, bunlar (Bəni-Üməyyə) Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış, Allahın qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus olan payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini hidayət edib onlara rənbərlikdə, cəddimin dinini min cür fəsadlarla dəyişmiş bir hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm..."
İmam Hüseyn (ə) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O, məktubda keçmiş xəlifələrin dövründə İslamın həqiqi rəhbərlərinin siyasət səhnəsindən uzaqlaşdırıldığını, onların ixtilaf və təfriqənin qarşısını almaq və İslamın ali məsləhətləri naminə bu vəziyyətə dözmələrini vurğuladıqdan sonra belə buyurdu: "Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın Kitabı və Peyğəmbərin sünnəsinə dəvət edirəm. İndi elə bir vəziyyətdəyik ki, Peyğəmbərin sünnəsi tamamilə itib batmış, aradan getmiş və onun yerini bidətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız, sizi düz yola hidayət edərəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!?"

DÜŞÜNÜLMÜŞ VƏ HAZIRLIQLI QİYAM
Hüseyn ibn Əli (ə) İraq yolunda Zi-Husum adlı bir yerdə ayağa qalxıb öz səhabələrinə aşağıdakı xütbəni buyurdu: "Vəziyyəti artıq özünüz görürsünüz. Zəmanə doğrudan da, dəyişmişdir. Pisliklər meydana çıxmış, yaxşılıqlar və fəzilətlər isə aradan getmişdir. Camaat zillət və alçaqlıq içində ömür sürür. Həyat səhnəsi daş-kəsəkli, az otlu bir otlağa, çətin vəziyyətli bir yerə çevrilmişdir. Görmürsünüz ki, daha haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə vaxtda imanlı bir şəxsin (canından keçib) Allaha qovuşmağa haqqı var. Belə bir çirkin və alçaq həyatda mən ölməyi səadət, zalımlarla bir yerdə yaşamağı isə zillət və alçaqlıq hesab edirəm. Bu camaat dünyanın quludur. Din onların dilində lağlağaya çevrilib. Nə qədər ki, asayiş və rifahdadırlar, dinə kömək edirlər, elə ki, imtahana çəkilirlər, sayları azalır."
Bu günkü zamanda materialistlərin verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir, təbii ki, belə bir vəziyyətdə qiyam baş verməlidir. Başqa sözlə desək, qiyam - kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun.
İmam Hüseynin tarixi məktub və çıxışlarından (qeyd etdiyimiz çıxışlardan) məlum olur ki, bu böyük şəxsiyyətin qiyamı ictimai partlayış deyildi. Onun qiyamı agahlıq əsasında, məsuliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (əleyhissəlam) təkcə özü agah halda şəhadətə tərəf getmədi, hətta səhabələrə də şəhadəti könüllü seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (ə) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki, hamı azaddır, kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Vəfalı səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor