Məhərrəm ayının 3-cü günü |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 19-10-2015, 02:00 | Şərh sayı: (0) | Baxılıb: 1370
Məhərrəm ayının 3-cü günü
1-Həzrət Məhəmmədin (s) insanları ilk dəfə beynəlxalq şəkildə islama dəvət və çağırışı günü
2-Həzrət Hüseynin (s) Kufə camaatına məktubu
3-Ömər ibn Sədin qoşununun Kərbəla diyarına daxil olması
4-Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınması
1)Həzrət Məhəmmədin (s) islama dünyəvi çağırışı günü…
İslam, Mədinə və onun ətrafında bərqərar olduqdan sonra hicri təqvimi ilə 7-ci il, məhərrəm ayının 3-ü, bütün dünyanı islamın zühura gəlməsi xəbəri və dünyanı bu dinə dəvət etmək məqsədi ilə müxtəlif ölkələrin şah və imperatorlarına məktub göndərməklə onları rəsmi olaraq bu dinə səsləməyə başladı. Tarixçilər o məktubların sayının 12 ilə 26 ədəd arasında olduğunu yazırlar. ("Lühuf”, səh. 97- "Feyzül-əllam”, səh. 142)
2-Həzrət Hüseynin (s) Kufə camaatına məktubu...
Məhərrəmin 2-ci günü, imam Hüseyn (ə) kufəlilərin yazdığı məktublara cavab yazdı. Məktubda onların dönə-dönə dəvət və yazılarını xatırladaraq beyətlərinə sadiq qalmalarınını və o həzrətə kömək etmələrini istədi. Həzrət, Qeys ibn Müsəhhər Seydaviyə göstəriş verdi ki, məktubu Kufəyə çatdırsın. Lakin məmurlar yolda onu həbs edib şəhadətə çatdırdılar. ("Əl-irşad”, c. 2, səh. 37- "Biharül-ənvar”, c.44 səh, 381)
3-Ömər ibn Sədin qoşunun Kərbəla diyarına daxil olması...
Hürr ibn Yəzid, imam Hüseyn (ə) və onun köməkçilərini Kərbəladə mühasirəyə alıb onların Kufəyə tərəf getməsinin qarşını adlıqdan sonra Übeydullah ibn Ziyad, Yezid qoşununun başçılığını Ömər ibn Sədə tapşırdı. Ömər ibn Səd, hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 - də altı və ya doqquz min nəfər döyüş qüvvəsi ilə Kərbəlayə varid oldu. ("Əl-irşad”, c. 2, səh. 84 - Məaliul-Sibtəyn, c. 1, səh.301)
4-Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınması...
Hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 - də, imam Hüseyn (ə), hazırda pak məzarının yerləşdiyi torpaq sahəsini 60 min dirhəmə, Neynəva və Qazəriyə əhalisindən alıb onlarla şərtləşdi ki, onların qəbrini ziyarət etmək istəyən zəvvarlara yolu göstərib onları üç gün öz yanlarında qonaq etsinlər. (Məcməül-bəhreyn, c.5, səh. 461, "Kərbəl” bölməsi).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər