İdris Hüseyni Məğribi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-01-2016, 20:35 | Şərh sayı: (0) | Baxılıb: 361
İdris Hüseyni Məğribi

1. O, yazır: "İmam Hüseynin (ə) məqsədi ümməti alışdığı kortəbiilikdən, dardüşüncəlikdən xilas etmək, hakimiyyəti qəsb etmiş Əməvilərə qarşı inqilab üçün hazırlamaq idi. Bu, fədakarlıq, qan tələb edirdi”
2. O, yazır: "İmam Hüseyn (ə) ümmətin xeyrini istəyirdi və elə buna görə də Yezidə qarşı çıxdı. Bəli, Hüseyn (ə) tək qaldı, halbuki ümmətin yardımına böyük ehtiyacı var idi” 1.O, Aşura hadisəsi haqqında qısa məlumat verdikdən sonra "Məni Hüseyn (ə) şiə etdi”, - deyə bildirir və yazır: "Öz canıma and olsun! Bu elə bir şəxsin şəhadət hekayəsidir ki, onun fəryadı daim ən müqəddəs məkanlarda göylərə ucalır. Bu fəryad bütün hallarda məni qəmləndirir.Mən Kərbəla hadisəsini təfsilatı ilə oxuduqca ruhumda, təfəkkürümdə oyanış yarandı. Elə buradan da daxili inqilab başladı. Bu inqilab, sələflərimdən mənə irs qalmış bütün fikirlər əleyhinə yönələn üsyan idi. Bəli, Hüseyn (ə) ruhumun, fikrimin dərinliklərində inqilab etdi...Şamlılar və kufəlilər qılıncları ilə gəldilər. İmam Hüseyn (ə) isə qanı ilə gəldi və qan qılınca, tarixi azğınlığa qələbə çaldı. Çünki Hüseyn (ə) təhrifin üstələyə bilməyəcəyi bir nurdur. Biz bu faciəni yaşadır və bilirik ki, Hüseyn (ə) haqq yolunda öldürüldü. Onun yalnız bir damcı qanı düşmənlərini tarixin məzarlığına gömdü. Lakin biz o insanlara acıyırıq ki, Hüseynin (ə) və tərəfdarlarının qatillərini özlərinə örnək, təqva nümunəsi kimi qəbul edirlər və onlara tapınırlar. Hüseyni (ə) qətlə yetirənlər onun, xəlifələrindən üstün və ərəblərin ağası olduğunu bilirdilər. Onlar yalnız Yezidin söz verdiyi hədiyyələrə tamahlanaraq Hüseyni (ə) öldürdülər. Belə olan halda onlar Yezidin hədiyyəsinə görə İslamı da təhrif edə bilərdilər. Bəli, bu Hüseyn (ə) idi ki, məni özünün və Əhli-beytinin (ə) çəkdiyi müsibətlərin təsiri ilə şiə etdi. O, məni Kərbəlada sarı qum gillərinin üzərinə axan qanları, övladlarının fəryadı, qadınlarının növhəsi ilə şiə etdi. Mən o günü yad edərək fəryad çəkdim, gözlərimdən yaş axmağa başladı, ürəyim hüznlə doldu. Qəm-qüssədən parçalanan qəlbimlə dedim:و یرثی ربابک دنیا السجون و دمع النواح و فیض الدماİmam Hüseynin (ə) düşmənləri onu qətlə yetirməklə özləri üçün qəbir qazdılar, öz cənazələrini ayaqlar altına atdılar. Xar olaraq, zillətlə tarixin məqbərəsində dəfn edildilər. Ey Əbu Abdullah! Mən həmişə səni tarixin gözündə böyük görürəm. Həyat sənin pak, xoş ətirli qanınla işıqlandı.سطعت بریقا کومض الشموس و شاع سناک کبر السماMən Kərbəla hadisəsini nə zaman oxusam, bir cazibə məni özünə doğru çəkir. Nəfəsim təngiyir. Hüseynin (ə) yanımda qan içində olduğunu hiss edirəm. Kaş mən onunla birgə olub böyük feyzə nail olaydım.Kərbəla mənim tarixə daxil olduğum yerdir; Həqiqətə, İslama yetdiyim yer”...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər