İki zinadan əmələ gələnin törətdikləri |
Müəllif: L-e-y-l-a | Bölmə: Məqalələr | Vaxt: 15-12-2015, 22:19 | Şərh sayı: (0) | Baxılıb: 385
İki zinadan əmələ gələnin törətdikləri
Ömər ibn Səd öz sərkərdəliyi altında 4000 nəfər əsgərlə Kərbəlaya tərəf yola düşdü. Kərbəlaya çatdıqdan sonra onun ordu komandiri sayılan Hürrün qoşunu da daxil olmaqla 5000 nəfərə sərkərdəlik edirdi. Əvvəlcə qərara aldı ki, Hüseyn ibn Əlinin(ə) yanına bir nümayəndə göndərərək Kufə tərəfə gəlmələrinin səbəbini öyrənsin. Çünki o, xoşagəlməz hadisə ilə nəticələnməyən bir yol axtarırdı. Öncədən də bu ümidlə sərkərdəliyi öz boynuna götürmüşdü. Ömər Səd qərarını ordu komandirləri arasında müzakirə etdi. Lakin onlardan heç biri xəcalətdən nümayəndə kimi İmamın(ə) yanına getməyə razı olmadı. Çünki onlar özləri məktub yazaraq İmamı(ə) Kufəyə dəvət edən həmin namərdlər idilər.
İki zinadan əmələ gələnin törətdikləri
Sonda Kəsir ibn Übeydulla adlı bir nəfər bu işə razı oldu. Lakin etdiyi şeytanlığa görə İmamla(ə) görüşə nail ola bilmədi. Ondan sonra Qürrət ibn Qeys (Həbib ibn Məzahirin bacısı oğlu) bu işə məmur oldu. O, İmamın(ə) yanına gəlib, elçiliyini yerinə yetirdi. Həzrət(ə) buyurdu: «Sizin şəhərin adamları çoxlu məktub yazaraq, məni buraya dəvət etmişlər. İndi əgər mənim buraya gəlməyimdən narahatdırlarsa, qayıdım».
Bu görüşdə İmam(ə) Həbib ibn Məzahirin bacısı oğlunu xeyirxah işlər görməyə dəvət etməsinə baxmayaraq, Qürrət onun sözünü çatdırmaq və sonra da onların ordusuna qayıtmaq bəhanəsilə Ömər Sədin qoşununa tərəf getdi.
Ömər ibn Səd İmamın(ə) fikrindən xəbərdar olduqdan sonra öz-özünə dedi: Ümidvaram ki, Allah məni onunla vuruşmaqdan azad edər». O, vaxt itirmədən Übeydulla ibn Ziyada yazdı:
İki zinadan əmələ gələnin törətdikləri
- Allaha çox şükür ki, fitnə sakitləşdi və döyüş baş vermədi. Hüseyn ibn Əli aşağıdakı üç yoldan birini qəbul etməyə razıdır:
1. Məkkəyə qayıdıb digər müsəlmanlar kimi yaşamaq;
2. Hicaz və İraqdan başqa bir məmləkətə getmək;
3. Şama gedib Yezidə beyət etmək. (Seyid Cəfər Şəhidi». Hüseynin(ə) qiyamı»; Seyid Möhsin Əmin Amili. «Əyanul-şiə»).
İki zinadan əmələ gələnin törətdikləri
Tarixdə qeyd olunan bütün mənbələrdə bu məsələdə vahid fikir var ki, İmamın(ə) cavabı qəti və açıq-aydın olmuşdur. Kufəlilər məktub yazıb dəvət etmişlər, indi əgər peşmandırlarsa, mən qayıdım. «Qayıdım» sözündə bəlkə də Məkkəyə, Mədinəyə və ya hər hansı bir naməlum nöqtəyə qayıtma nəzərdə tutula bilərdi. Amma Şama gedib Yezidə beyət etmək məsələsi əsla işlənməmişdir. Bu fikri yəqin ki, Ömər Səd ya müharibə olmasın deyə, bu iki nəfər arasında sülh yaratmaq üçün yazmışdır, ya da sonralar Əməvilərdən bəziləri İmamın(ə) adını ləkələmək üçün bunu etmişlər.
Hər halda əvvəla, olan hadisələr bu mətləbin əksini göstərir. Əgər İmam(ə) beyət etmək istəsəydi, bu qədər cəncəl lazım gəlməzdi. İkincisi, bu söz İmamın(ə) ilkin bəyanatlarına yaddır. İmam(ə) Yezid hakimiyyətini qeyri-islami hesab edir və ummətin işlərini islah etmək üçün hərəkət etmişdi. Üçüncüsü, Həzrətin(ə) dəfələrlə və təkidlə buyurduqları bu həqiqətdən xəbər verir ki, Şama getmək təklifi onun azadlıqsevərliyindən və şənindən uzaq bir məsələdir. O, buyururdu:
انى لاارى الموت الاّ سعادة، والحياة مع الظالمين الا برما
İki zinadan əmələ gələnin törətdikləri
«Mən ölümü səadətdən və zülmkarlarla yaşamağı ar və başqa bir şey hesab etmirəm».
Dördüncüsü, belə bir təklif Rəsulullah(s), Əli Murtəza(ə) və həzrət Siddiqeyi Kubranın qabaqcadan dediklərinin əksinədir. Onları əsla hesaba gətirməmək olmaz. Beşincisi, Şimr ibn Zilcuşənin Übeydullanın məclisində dediyindən, habelə Übeydullanın Ömər Sədə yazdığı məktubundan (aşağıda qeyd ediləcəkdir) dəqiq şəkildə məlum olur ki, İmamın(ə) bəyanatında Şama getmək təklifi barədə söhbət olmamışdır.
Bu məlumatın yalan olmasının dəlillərindən biri də tarixçilərin Üqbə ibn Səmandan nəql etdikləri mətləbdir. O, deyir: «Mən Mədinədən Məkkəyə, Məkkədən İraqa və Hüseynin(ə) şəhadətə çatdığı anadək o həzrətin yanında olmuşam. Bu müddətdə Hüseynin(ə) şəhadətədək olan bütün xütbə və söhbətlərini eşitmişəm. Hüseyn(ə) heç vaxt demədi ki, beyət əlini Yezidin əlinə versin. Ya da icazə versinlər, islam sərhədlərindən kənara getsin. Hüseynin(ə) buyurduğu bu idi ki, məndən əl çəkin, imkan verin əsl vətənimə gedim, ya da bu geniş yer kürəsinin bir güşəsində yaşayım və görüm ki, xalqın vəziyyəti necə olacaq. Hüseynin(ə) dediyi söz bu idi, ondan qəbul etmədilər». (Məhəmməd Mehdi, Səmsəddin «İmam Hüseynin(ə) həyatı» kitabında Təbərinin «Tarix», İbn Əsirin» Kamil» və «Əyanul-şiə» əsərlərindən nəql etməklə).
İki zinadan əmələ gələnin törətdikləri
Seyid Cəfər Şəhidi «Hüseynin(ə) qiyamı» kitabında Ömər Sədin məktubunu nəql etdikdən sonra yazır: «Şübhəsiz ki, bu təklifin üçüncü bölməsi doğru deyildir. Bəzi tarixçilərin yazdığı kimi, Sədin oğlu döyüşdən vaz keçmək və məsuliyyətin altından çıxmaq üçün bunu əlavə etmişdir».
İki zinadan əmələ gələnin törətdikləri
İbn Ziyad Ömər Sədin məktubunu oxuduqdan sonra dedi: «Bu, xeyirxah bir məktubdur və fikirləşdi ki, təkliflərdən hər biri araşdırılmalıdır. Lakin Şimr ibn Zilcuşənin rəy və fikirləri Übeydullaya daha çox təsir göstərdi və o dedi: «İndi ki, əmirin caynağı onu tutmuşdur, istəyir özünü xilas etsin. Əgər bu hadisədə özünü azad etsə, sən zəif, o isə qüvvətli olacaqdır və qəti şəkildə gələcəkdə Əmirəlmöminin üçün böyük bir təhlükəyə çevriləcəkdir».
İki zinadan əmələ gələnin törətdikləri
İbn Əsəm «Əl-Fütuh»da, Seyid Möhsin «Əyanul-şiə»də və başqaları Übeydulla ibn Ziyadın Ömər Sədə yazdığı cavabda bu cümlənin olması barədə yekdil fikirdədirlər. O, yazmışdı: «Hüseyn(ə)və onun tərəfdarlarını Yezid ibn Müaviyəyə beyət etməyə çağır. Əgər beyət etsələr, onda mənə məlumat ver ki, bu barədə öz rəyimi bildirim».
İki zinadan əmələ gələnin törətdikləri
Sanki bu mərdanə cavab polad çəkic kimi Ziyadın oğlunun başına vuruldu. Odur ki, iki zinanın acı və zəhərli meyvəsi olan İbn Ziyad (atası məşhur fahişə Süməyyənin balası, anası Şirazlı Mərvanədir) ən pis ailənin, ən nəsafətli və alçaq ünsürü istəyir ki, ali nəsəb sahibi, Zəhranın(ə) ürəyinin meyvəsini zəlil kimi öz qarşısına gətirsin və beləliklə, öz alçaq nəslinin intiqamını Peyğəmbər(s) övladının nəcabətli nəslindən alsın.
İki zinadan əmələ gələnin törətdikləri
Elə ki, Hüseynin(ə) 8 min silahlı qoşunun mühasirəsində təslim olmadığını gördükdə hirs və qəzəblə qərara alır ki, silahlı qüvvələri bir az da artırsın və mühasirə dairəsini daha da daraltsın. Odur ki, təxirə salmadan Ömər Sədə yazır: «Hüseynin(ə) işini çətinləşdir. Suyu onun və tərəfdarlarının üzünə bağla, yalnız mənim şəxsimdə Yezidə beyət etdikdən sonra azad burax». («Hüseynin(ə) qiyamı barədə yeni təhqiqat». Seyid Cəfər şəhidi).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər