İmam Hüseyn (ə) Müaviyyənin dövründə 10 il İmamlıq etdi, lakin qiyama qalxmadı. Bəs nə üçün Yezid hakimiyyətə gələn kimi qiyam etdi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 23-10-2015, 23:39 | Şərh sayı: (0) | Baxılıb: 998
İmam Hüseyn (ə) Müaviyyənin dövründə 10 il İmamlıq etdi, lakin qiyama qalxmadı. Bəs nə üçün Yezid hakimiyyətə gələn kimi qiyam etdi?
Bu, bir neçə əsas səbəblə bağlıdır: 1. Müaviyyə zahirdə özünü mömin və din fədaisi kimi göstərirdi 2. Zahirdə dinin bütün göstərişlərinə əməl etməyə çalışırdı 3. İdarəçilik məsələlərində və Əhli-beytin haqqında çox diqqətli və tədbirli davranırdı .
Müaviyyədə olan bu xasiyyətlərin heç biri oğlu Yeziddə yox idi. Yezid açıq şəkildə günah edir, it və meymun oynadır, şərab içir, hərəmxanasında əxlaqsızlıq edir, məsihiliyə açıq şəkildə meyllənir, bütün günahları heç kimdən çəkinmədən açış-aşkar edirdi. Peyğəmbər (s) minbərində oturub özünü müsəlmanların rəhbəri kimi göstərən şəxs bu hərəkətlərə yol verməməli idi. İmam Hüseyn (ə) qiyam üçün Yezidin dövrünü əlverişli və müsbət nəticə ilə (özünü qurban verərək İslamı xilas etmək) sona çatacağını bildiyi üçün qiyam etdi. Digər tərəfdən Müaviyyə Əhli-beytə qarşı çox həssas davranırdı, Yezid isə dərhal beyət istədi: “Ya Hüseynin başı, ya da beyət”. İmam Huseyn (ə) də, təbii ki, qiyam yolunu seçdi. Əslində qiyamın şəraitini Yezid hazırlamışdı. İmam Hüseyn (ə) isə İslamı Yezid kimi çirkin şəxsdən qurtarması üçün çox əlverişli zamanın yetişdiyini vaxtında dəyərləndirdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər