İmam Huseyndən (ə) hədislər |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 17-11-2014, 21:14 | Şərh sayı: (3) | Baxılıb: 4671
İmam Huseyndən (ə) hədislər
-"Bir gün Peyğəmbər (s.ə.s), Hüseyn(ə.s)i qucağına oturdaraq belə buyurdu: "Hüseynin şəhadəti üzərə möminlərin ürəyində bir eşq vardır, o eşq əsla soyumaz."
Sonra buyurdu ki: "Atam, hər gözyaşının sonu olana (Hüseynə) fəda olsun."
Ey Rəsulullahın nəvəsi, hər gözyaşın sonu nədir? Dediklərində; "Onu anan hər mömin, mütləq ağlar" buyurdu.
-Bəra Min Azıb deyir ki: Rəsulullahı (s.ə.s) Hüseyni (kürəyində) daşıyarkən gördüm, belə buyurmaqda idi: ‘'Allahım! Mən onu sevirəm sən də sev.''
- Həsən və Hüseyn Cənnət Gənclərinin əfəndiləridirlər. Ataları isə onlardan daha üstündür.
- Həsən və Hüseyn Cənnət Gənclərinin əfəndiləridirlər.
İmam Hüseyn (ə.s) Haqqında Hədislər
- Cəlaləddin Siyuti, İbrahim və Zeyd ibni Ziyaddan nəql etmişdir ki: "Səma tək Hz. Yəhya peyğəmbər (ə.s) və İmam Hüseyn (ə.s) üçün ağladı. Ağlaması isə onda olan qırmızılıqdır. Hz. Yəhya (ə.s) öldürüldüyündə, səma qırmızılaşdı və göydən qan damladı; Hz. Hüseyn (ə.s) də öldürüldüyündə, səma qırmızılaşdı."
- İmam Cəfər ibni Məhəmməd (ə.s):
"Hz. Hüseynin (ə.s) qəbiri ətrafında dörd min mələk (bir başqa rəvayətə görə isə yetmiş min mələk) toza bulanmış və qəmli bir halda qiyamətə qədər Hz. Hüseynə (ə.s) ağlayacaqlar."
- İbni Əbi Ziyad belə rəvayət etmişdir:
"Bir gün Rəsulu Əkrəm (s.ə.s), arvadı Aişənin evindən çıxıb, qızı Hz. Fatimənin (ə.s) evinin qarşısından keçərkən oğulu İmam Hüseynin ağladığını eşitdi. Cənabı Fatiməyə (ə.s) "Bilməzsənmi ki Hüseynin ağlayışı məni incidər." deyə buyurdu."
- İbni Abbas, Allah Təalanın Rəsulullaha (s.ə.s) belə vəhy etdiyini nəql edir:
"Yəhya ibni Zəkəriyyənin qanı üçün yetmiş min adam öldürdüm; Hüseynin qətli üçünsə bunun iki misli adam öldürəcəyəm."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər