Gündə Quran xətm edən Kərbəla qəhrəmanı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-11-2015, 04:00 | Şərh sayı: (0) | Baxılıb: 532
Gündə Quran xətm edən Kərbəla qəhrəmanı
Bureyr ibn Əbdürrəhman Ənsari Həzrət Əli ibni Əbitalibin (ə) tərəfdaşlarından olmuşdur ki, Kufə məscidinin tanınmış qarilərindəndir. O, hər işa namazının dəstəmazı ilə sübh namazını qılar və sonra da Quran xətm edərdi. O zamanında ən abid insanlardan hesab edilirdi. İmam Səccad (ə) ona etimad edirdi. Bureyr hədis əhli idi.
IxlasAz deyerler.org-a istinadən bildirir ki, O zaman ki, İmam Hüseynin (ə) Mədinədən Məkkəyə gələcəyi xəbəri yayılır, Bureyr Məkkəyə tərəf hərəkət edir. O, İmamın (ə) ordusuna qoşulur və şəhid olana qədər Həzrətlə (ə) bir yerdə olur.
Məhərrəm ayının 2-də İmamın (ə) ordusu Kərbəlaya daxil olur. Orada xütbə oxuyur və hər bir ənsarı onunla yenidən beyət edir. Bureyr Zuheyrdən sonra ayağa qalxıb dedi: "Ey Rəsulallahın oğlu! Allah Təala mübarək varlığınla bizə minnət qoymuşdur. Sizin bayrağınızın altında vuruşuruq. Sizin yolunuzda bədənimiz tikə-tikə olsun. Qiyamət günü sizin cəddiniz bizim şəfihimiz olar".
Əhli-beyt (ə) üçün ən çətin gecə - Aşura gecəsi idi. Ancaq Bureyrin halı bir başqa idi və o, Əbdürrəhmanla zarafat edirdi. Əbdürrəhman da buna görə irad tutmuşdu. Bureyr isə belə cavab vermişdi: "Ey qardaş! Mənim qəbiləm bilir ki, o zaman ki, cavan idim, zarafatcıl deyildim, o ki, qaldı indi qoca yaşımda. Ancaq mən tezliklə qovuşacağım şeyə çatmışam. Allaha and olsun ki, bizimlə huruleyn arasındakı fasilə bu qəbiləyə qılıncla hücum etmək qədərdir. Necə də istəyirəm ki, bu zaman indi olsun".
Aşura günü İmam Hüseyn (ə) ona düşmənə xitab etmək icazəsi verir. O, Ömər ibni Sədin (lən) ordusuna yaxınlaşan zaman sözünü belə başladı: "Ey insanlar! Allah Təala Muhəmmədi (s) müjdəverən, qorxudan və Allah Təlaya dəvət edən və bizim aramızda aydın çıraq qərar vermişdir. Bu Fərat çayı hətta bütün heyvanlara mübahdır. Bəs niyə Peyğəmbər (s) qızının övladına qadağan etmisiniz? Məfər Muhəmməd (s) risalətinin muzdu budur?". Ömər (lən) dedi: "Ey Bureyr, çox danışırsan. Allaha and olsun ki, Hüseyn (ə) gərək susuz olsun, necə ki, ondan əvvəlkilər də susuz idilər". Bureyr dedi: "Məgər qəbul etmirsiniz ki, Hüseyn (ə) gəldiyi yoldan geri qayıtsın? Vay olsun ki, sizə, Kufə əhli! Məktub yazdınız, əhd aldınız və Allahı şahid tutdunuz, unutmusunuz? Peyğəmbərin (s) Əhli-beytini (ə) İbn Ziyada təslim etmək istəyirsiniz? Peyğəmbərdən (s) sonra onun övladı ilə necə də pis rəftar edirsiniz! Sizə nə olubdur? Allah Qiyamət günü sizi sirab etməsin, siz pis ümmətsiniz. Allahım, mən bu qəbilənin rəftarından bezaram. Sən özün onların arasına oxlar at ki, Səninlə qəzəbləndiyin halda görüşsünlər".
Onu oxladılar və o, xeymələrə tərəf qayıtdı.
Aşura günü Yezid ibni Məqəl fəryad çəkir: "Ey Bureyr! Allahın səninlə rəftarını necə görürsən?". O, cavab verdi: "Allahdan özümə qarşı yaxşılıq və sənə qarşı pislikdən başqa bir şey görmədim. Yezid dedi: "Bundan da artıq yalançı olmaz. Yadındadır ki, bir yerdə olanda deyirdin ki, Müaviyə yolunu azıb və İmam Əli (ə) hidayətdir". Bureyr deyir: "Bəli, belədir və mən buna şəhadət verirəm". Yezid deyir: "Mən də şəhadət verirəm ki, sən yolunu azmısan".
Bureyr onu mübahilə etməyə dəvət edir. Hər ikisi də əlini göyə qaldırdı. Allahdan istədilər ki, Özü yalançını rüsvay etsin. Sonra vuruşmağa başladılar. Bureyr onun başına zərbə vurur və Yezidin başı yarılır. Qılıncını elə zərbə ilə vurmuşdu ki, başında ilişib qalmışdı və Bureyr çalışırdı ki, qılıncını dartıb çıxartsın. Bu zaman Rəzi ibni Mənqəz ona hücum etdi. Bureyr onu yerə yıxıb sinəsində əyləşdi. Rəzi öz dostlarını yardıma çağırdı. Kəəb ibni Cabir arxadan Bureyrə hücum etdi və nizəsini onun belindən soxdu. Bu zaman Bureyr Rəzinin sinəsinə yıxıldı. Kəəb qılıncı ilə İmam Hüseynin (ə) vəfadar dostuna zərbə vurdu və onu şəhid etdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər