RSS
 

Login:
Şifrə:
» » Onun hicrəti yeni bir təvəllüd idi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Onun hicrəti yeni bir təvəllüd idi

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 22-10-2015, 03:23 | Şərh sayı: (0) | Baxılıb: 484

Onun hicrəti yeni bir təvəllüd idi


Onun hicrəti yeni bir təvəllüd idi


İbn Əsəm «Əl-Fütuh»da qeyd edir ki, Yezid ibn Müaviyənin məktubu Mədinənin hakimi Vəlid ibn Ütbəyə çatdıqda dedi:
انا لله و انا الیه راجعون
«Vay olsun Vəlidə, kim onu hakimiyyətə gətirdi, mənim Hüseyn ibn Əli ilə nə işim var?»
Dərhal adam göndərib Mərvan ibn Həkəmi məşvərətə dəvət etdi. Soruşdu: Bu dörd nəfər barəsində nə məsləhət görürsən? Mərvan dedi: «Məsləhət budur ki, bu saat dördünü də çağırıb Yezidə beyət etmələrini tələb edəsən. Əgər qəbul etməsələr, boyunlarını vurmaqla işi tamamlamalısan. Əks təqdirdə camaat Müaviyənin ölümünü və bunların Yezidə beyət etmədiklərini bilsələr, onların ətrafına toplaşar və bundan sonra onlara gücün çatmaz».
Vəlid başını aşağı salıb bir saat heyrət içində qaldı və sonra ağlamsınıb dedi: «Kaş, heç doğulmayaydım. Naçar qalıb bir nəfəri Hüseyn ibn Əli(ə), Əbdürrəhman ibn Bəkr və Abdulla ibn Zübeyrin ardınca göndərdi ki, onları çağırsın. Vəlidin elçisi onların hər üçünü Peyğəmbər məscidində tapıb onun sözünü çatdırdı.
Abdulla ibn Zübeyr soruşdu: Ya Əba Abdulla, bu çağırışda məqsəd nə ola bilər? Buyurdu: Zənn edirəm ki, Müaviyə ölmüşdür. Vəlid də istəyir ki, bir kəs bilməmiş bizdən Yezid üçün beyət alsın. Əgər belə olsa, mən Yezidə beyət etməyəcəyəm. Abdulla və Əbdürrəhman Vəlidin yanına getməyib Məkkəyə qaçdılar. Amma Rəsulullahın (s) balası evə gəldi. Yuyunub paltarını dəyişdi. Rəsulullahın (s) əsası əlində 30 nəfər Bəni Haşimlə birlikdə Vəlidin sarayına getdi. Onunla birlikdə gələnlərə buyurdu: «Sarayın qapısında gözləyin. Əgər mənim səsim ucalsa, daxil olun və əgər məni öldürmək istəsələr, dəf edin».
Seyid Möhsin Əmin Amili «Əyanul-şiə» kitabında Şeyx Müfiddən nəql edərək yazır: «Kələbi, Mədaini və başqa tarixçilər demişlər: O həzrət içəri daxil olduqda gördü ki, Vəlid Mərvanla oturmuşdur. Öncə Mərvan Müaviyənin ölümündən xəbər verdi. İмам (ə):
انا لله وانا الیه راجعون
dedi. Sonra Yezidin məktubunu həzrət üçün oxuyub beyət məsələsini araya gətirdi. İmam(ə) belə qərara aldı ki, beyət etməməsi barədə bir söz deməsin və bunlarla toqquşmadan məclisdən çıxsın. Odur ki, üzünü Vəlidə tutub buyurdu: «Mən yəqin bilirəm ki, siz mənim gizlin beyətimlə kifayətlənməyəcək və Yezidə aşkar beyət etməyimi istəyəcəksiniz». Vəlid dedi: Belədir.
Həzrət buyurdu: «Hər zaman məsələni xalqa çatdırıb hamını beyət üçün dəvət etsəniz bizim də xəbərimiz olacaqdır. Onda hamımız birlikdə qərar qəbul edərik». Məclisdə olan Mərvan Vəlidə dedi: «Əgər indi Hüseyn beyət etmədən buradan getsə, daha ona əlin çatmayacaqdır. Yalnız səninlə onun arasında çoxlu adamlar öldürüldükdən sonra onu əldə edə biləcəksən. Elə indicə onu zindana sal, əgər beyət etsə daha yaxşı, əks təqdirdə isə boynunu vur». Hüseyn bu sözü eşitcək yerindən qalxıb dedi:
- Vay olsun sənə, ey Zərqanın oğlu, məni öldürmək göstərişi verirsənmi? Yalan deyib öz alçaqlığını göstərdin. Sonra üzünü Vəlidə tutub dedi: Vəlid! Biz peyğəmbər ailəsi və risalətin mərkəziyik. Bizim ailəmiz Allah mələklərinin get-gəl etdiyi yerdir, ilahi hidayətin başlanğıcı və sonu bizimlədir. Yezid pozğun, əxlaqsız, əyyaş və açıq-aşkar günah edən bir qatildir. Mənim kimi bir şəxs əsla onun kimi bir adama beyət etməyəcəkdir.
Seyid Mühsin Əmin Amilinin yazdıqlarına əsasən, həzrət təhlükədən xilas olub Vəlidin mənzilindən xaric olduqdan sonra evinə qayıtdı. Hicrətin 60-cı ilinin rəcəb ayının 27-si şənbə gecəsinə təsadüf edən o gecəni səhər etdi. Səhər isə bu iş barədə olan söhbətlərlə bağlı məlumat almaq məqsədilə xalq arasına çıxdı. Yolda Mərvanla rastlaşdı. Mərvan dedi: Ey Əbu Abdulla, mən sənə bir öyüd-nəsihət verirəm ki, əgər qəbul etsən qarşında düz yol açılacaqdır. İmam (ə) buyurdu: «De eşidim». Mərvan dedi: «Mən sənə tövsiyə edirəm ki, Yezid ibn Müaviyəyə beyət edəsən və bu yolla həm dinini, həm də dünyanı qoruyasan». Həzrət buyurdu:
انا الله و انا اليه راجعون، و على الاسلام السلام اذ قد بليت الامة براع مثل يزيد
«Əgər Yezid kimi bir adam islam ümməti hökumətinin rəhbərliyini ələ alarsa, onda İslam məhv olar və ona yas saxlanılar».
İmamin (ə) Mərvanla söhbəti uzun çəkdi, sonda Həzrət (ə) qəzəbli halda ondan ayrıldı.
Şənbə gününün axırlarında Vəlid bir neçə nəfəri İmamın(ə) ardınca göndərərək, onu Yezidə beyət etmək üçün dəvət etdi. Həzrət (ə) buyurdu: «Bu gecə keçsin, görək sabah nə olur». Onlar da gecəni İmamdan (ə) əl çəkdilər ki, ertəsi gün işi biryolluq etsinlər.
Gecənin qaranlığında Rəsulullahın (s) nəvəsi Mədinədən çıxmaq üçün hazırlaşdı. Öncə məzlum anasının qəbri üstünə gedib xudahafizləşdi və oradan qardaşının qəbri üstünə gələrək onunla da vidalaşdı. Sonra qardaşı cənab Məhəmməd Hənəfiyyə ilə görüşdü. Yazmışlar ki, o, xəstə idi və onların arasında olan müfəssəl bir müzakirə tarixdə qeyd olunmuşdur. Sonda İmam (ə) buyurdu:
أنت يا أخى فلا عليك أن تقيم بالمدينة فتكون لى عيناً لاتخفى عنى شيئاً من امورهم
«Еy mənim qardaşım, sənin Mədinədə qalmağın üçün heç maneə yoxdur və xalqın işləri ilə əlaqədar xəbərləri mənə çatdırasan».
Sonra kağız-qələm istədi və мəşhur оlаn vəsiyyət məktubunu yаzdı:
بسم الله الرحمان الرحيم هذا ما او صى به الحسين بن على بن أبيطالب الى اخيه محمد المعروف بابن الحنفيه ...
«Bağışlayan və mehriban Allahın adı ilə! Bu, Hüseyn ibn Əli ibn Əbi Talibin (ə) qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətidir. Həqiqətən, Hüseyn (ə) Allahın yeganəliyinə, ondan başqa pərəstişə layiq olan bir mövcud olmadığına və Allahın şərikinin olmamasına şəhadət verir. Yenə də şəhadət verir ki, Məhəmməd (s) onun bəndəsi və haqqı haqqın yanından gətirən elçisidir. Cənnət və cəhənnəm haqdır. Haqq-hesab günü çatar və onda heç bir şəkk-şübhə yoxdur və Allah ölüləri dirildər».
Sonra yazdı: «Bu hərəkəti etməkdə məqsədim sizləri dikbaşlığa, tüğyana, nəfsi istəklərə və fitnə-fəsada təhrik etmək deyildir. Əslində mənim məqsədim babam Peyğəmbərin (s) ümmətini çətin vəziyyətdən xilas etməkdir. Nəzərdə tutmuşam ki, sizləri pis işlərdən çəkindirim və xeyirxah işlərə dəvət edim. Məni və məqsədlərimi haqq, doğru hesab edən hər bir kəs bilməlidir ki, Allah haqq və doğruluğa layiqdir. Mənim bu rəyimi rədd etsəniz, mən bu problemlərlə təklikdə qalacağam».
Sonra gecə vaxtı qardaşları, qardaşı uşaqları və öz Əhli-beyti (ə) ilə birlikdə aşağıdakı ayəni oxuduğu halda Mədinədən çıxdı.
فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ قَالَ رَبِّ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ
(«QƏSƏS», ayə 21)
Həzrət(ə) əsas yollа Məkkəyə tərəf yola düşdü. Yoldaşları təklif etdilər ki, sən də İbn Zübeyr kimi başqa yolla get. O, buyurdu: «Mən əsla belə etməyəcəyəm və ilahi qəzavü-qədərin intizarındayam ki, Allah nə istəsə, qoy olsun».
Şəban ayının 3-ü, cümə günü Həzrət(ə) Məkkəyə daxil oldu. O gün onun təvəllüd günü idi və həmin gün siyasət və din meydanında yeni bir təvəllüd günü yarandı. Məkkədə qaldığı müddətdə (şəban, ramazan, rəbiələvvəl, ziğəddə ayları) dörd ay beş gün müddətində şəhərin bütün adamları, habelə digər islam şəhərlərindən gəlmiş sayılıb-seçilən adamları onunla görüşdülər. Eləcə də öncədən Məkkəyə gəlmiş Abdulla ibn Zübeyr bu camaatla bərabər iki gündə bir dəfə və bəzən də bir az çox İmamın (ə) yanına gəlir və ona bəzi rəylərini bildirirdi. Amma bilmək lazımdır ki, İmamın (ə) Məkkədə olmağı hamıdan çox İbn Zübeyr üçün ağır idi. Çünki o, bilirdi ki, Hüseyn ibn Əli (ə) Məkkədə nə qədər qalsa, xalq ona beyət etməyəcəkdir.
Məhəmməd Mehdi Şəmsəddin İbn Kəsirin «Əl-bidayə vənnihayə» kitabından nəql edərək yazır: «Hüseyn (ə) və Abdulla ibn Zübeyr Mədinədən Məkkəyə getdikləri zaman camaat Hüseynə (ə) şiddətli məhəbbət göstərdilər. Belə ki, ardıcıl olaraq onun mənzilinə get-gəl olur, onun məclisində dövrə vurub oturur, həvəslə onun sözlərini dinləyir və ondan eşitdikləri rəvayətləri yazırdılar».
Yenə də Əbul Fərəc İsfahaninin «Məqatil Talibin» kitabından nəql edərək yazır: «Hüseynin (ə) Hicazda qalması Abdulla ibn Zübeyr üçün çox ağır idi. İbn Zübeyr çox istəyirdi ki, Hüseyn (ə) İraqa tərəf getsin ki, o, Hicazı öz təsiri altına alsın. O, bilirdi ki, Hüseyn (ə) Hicazdan çıxmamış öz məqsədinə çata bilməz».



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor