RSS
 

Login:
Şifrə:
» » Kufəlilərin imam Huseyni (ə) dəvət etməsi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Kufəlilərin imam Huseyni (ə) dəvət etməsi

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 22-10-2015, 03:18 | Şərh sayı: (0) | Baxılıb: 700

Kufəlilərin imam Huseyni (ə) dəvət etməsi


Kufəlilərin imam Huseyni (ə) dəvət etməsi


«Əyanul-şiə» kitabının müəllifi yazır: «Kufə camaatı Müaviyənin ölüm xəbərini eşitdi və adamlar bildilər ki, Hüseyn ibn Əli (ə) Yezidə beyət etməkdən imtina etmişdir. Dərhal Süleyman ibn Sürəd Xüzainin evində toplaşıb günün mühüm məsələləri barədə söhbətə etdilər. Süleyman bu toplantıda günün vəziyyətini oradakılara şərh edərək sonda dedi:
- Hüseyn ibn Əli(ə) Yezidə beyət etməkdən imtina edərək Məkkəyə tərəf yola düşmüşdür ki, Əməvi qiyamçılarının caynağından xilas ola bilsin. Siz Kufə camaatı əvvəldən onun və onun atasının şiələri idiniz. İndi onun sizin köməyinizə ehtiyacı vardır. İndi baxın, əgər özünüzdə ona kömək etməyə və onun düşməni ilə müharibəyə hazırlığınızı görürsünüzsə, ona məktub yazıb Kufəyə dəvət edin. Amma əgər öz süstlük və gücsüzlüyünüzdən qorxursunuzsa, onu aldadıb düşmən əhatəsində qoymayın. Hamı bir ağızdan dedi: «Biz onun düşmənləri ilə vuruşacaq, canlarımızı onun ali məqsədləri yolunda qurban edəcəyik». Hazırlıq elan olunduqdan sonra aşağıdakı məzmunda bir məktub yazıb Əbu Abdulla Əlcədəlinin iştirak etdiyi qrupla birgə göndərdilər.
«Bağışlayan və mehriban Allahın adı ilə! Bu, Hüseyn ibn Əliyə (ə) Süleyman ibn Sürəd, Müseyyib ibn Nəcbə, Rüfaə ibn Şəddad, Həbib ibn Məzahir, Abdulla ibn Val və digər şiə tərəfdarları tərəfindən yazılmış bir məktubdur.
Salam olsun sənə! Allaha şükürlər olsun ki, o, sizin və atanızın düşmənini həlak etdi. Həmin kinli, zülmkar, qəsbkar və ədalətsiz adam islam ümmətinə qələbə çalaraq hökumət işlərini ələ aldı, beytulmalı dağıtdı, xalqın razılığı olmadan onlara rəhbərlik etdi və Allah malını özünün, ailəsinin və ədalətsiz dostlarının eyş-işrəti üçün istifadə etdi. Allah Səmud qövmünü etdiyi kimi, onu da öz rəhmətindən uzaq etsin.
Ay Rəsulullahın (s) balası, bil ki, bizim səndən başqa bir imamımız yoxdur. Bizim şəhərimizə tərəf gəl. Ümidvarıq ki, Allah sənin bacarıqlı əlinlə bizi haqqın mehvərinə toplasın. Hazırda Höman ibn Bəşir hökumət qəsrində oturmuşdur. Amma bizim heç birimiz onunla yoldaşlıq etmir, cümə və bayram namazlarında iştirak etmirik. Əgər sənin Kufəyə tərəf yola düşdüyünü bilsək, dərhal onu Kufədən qovacağıq. Qoy, gedib öz rəhbəri Yezidə qovuşsun, inşallah».
Bu məktub ramazan ayının 10-da Məkkəyə çatdı. Məktub yazıldıqdan iki gün sonra Qeys ibn Müsəhhər Seydavi, Əbdürrəhman ibn Abdulla ibn Şəddad və Əmmarə ibn Abdulla Sellulidən ibarət başqa bir qrup 150 məktubla Məkkəyə tərəf yola düşdü. Həmin məktubların hər birində Kufənin sayılıb-seçilən böyüklərindən bir, iki və ya dörd nəfərin imzasını görmək olardı.
İmamın (ə) kufəlilərin məktublarının cavabında susmasına baxmayaraq, hiss etdiyi məsuliyyətə görə Yezid hökumətindən narazılığını da gizlətmirdi. Bu, onunla görüşüb öz vətənlərinə qayıdan adamların səfər ərmağanı hökmündə olan ən mühüm bir məsələnin hisslərindən idi.
Nəhayət, kufəlilərin sonuncu nümayəndəsi, yəni Hani ibn Hani Əssəbii və Səid ibn Abdulla Əl-Hənəfiyyə mühüm bir məktubla Məkkəyə yola düşdülər. Məktubun mətni belə idi:
- Atası Əmirəlmöminin Əlinin (ə) şiələrindən Hüseyn ibn Əmirəlmöminin Əli ibn Əbi Talibə (ə) məktub. Əmirəlmömininə məlum olsun ki, Kufə əhalisi sənin qədəmlərinin intizarını çəkir, hamı sənin xəlifə seçilməyini istəyir və onların seçimi sənin üstündə dayanmışdır. Bacardıqca tez özünüzü Kufəyə yetirin. Xalqın gözü sizin yolunuzdadır. Onlar sizdən başqa heç bir rəhbəri qəbul etmirlər. Odur ki, tələsin, tələsin, tələsin. Vəssalam.
İbn Əsəmin « Əl-Fütuh» əsərində yazdığına görə bu məktub Səbəs ibn Rəbii, Həcar ibn Əbcər, Yezid ibn Haris, Yezid ibn Rüveym, Ürvə ibn Qeys, Əmr ibn Həccac və Məhəmməd ibn Ümeyr tərəfindən göndərilmişdi.
Doktor Seyid Cəfər Səhidi «Qiyamul Hüseyn» kitabında yazır: «Məktubların sayı həddindən artıq çox olduğundan Hüseyn(ə) lazım bildi ki, iraqlıları bundan artıq intizarda qoymasın. Odur ki, Kufənin başbilənlərinə bu məzmunda bir məktub yazdı:
- Hani və Səid sizin məktublarınızı gətirən axırıncı elçilər idilər. Yazmısınız ki, bizim yanımıza gəl, rəhbərimiz yoxdur, bəlkə sənin gəlişinlə düz yola gəldik və haqqı əldə etdik. Mən öz qardaşım və əmim oğluna etimad etdiyim üçün onu sizin yanınıza göndərirəm. O, məni sizin halınız və şəhərinizdəki vəziyyət barədə xəbərdar edəcəkdir. Əgər o, mənə yazsa ki, sizin başçı və ağıllılarınız məktubda yazdıqlarınız kimidir, onda sizin yanınıza gələcəyəm. Öz canıma and içirəm, imam o şəxsdir ki, Qurana uyğun rəftar etsin, ədalətlə iş görsün, haqqı tapsın və Allahı özünə nəzarətçi hesab etsin.
Hüseyn (ə) öz atası kimi ömrü boyu ədalətli olmuş, elə onun kimi siyasət deyil, din adamı kimi yaşamışdır. O, dini babasının ilk günlərdəki dəvətində elan etdiyi «Ədaləti icra etməklə zəiflərin haqqını təcavüzkarlardan almaq» kimi qəbul edirdi. Halbuki həmin dövrün islam dünyasında ədalətdən, ümumiyyətlə, əsər-əlamət yox idi. Kufə, Məkkə, Mədinə, Dəməşq və Bəsrə məscidlərində din adı ilə keçirilən mərasimlər, ərəblərin Məhəmmədin (s) Məkkədən Mədinəyə köçməsindən qabaq Məscidül-həramda, Kəbə evinin yanında keçirdikləri mərasimlərdən o qədər də yaxşı deyildi.
O, əlavə edir: «Bizim bəzi müsəlman və ya qeyri-müsəlmanlarla, eləcə də keçmiş, yaxud müasir tarixçi və sosioloqlarla fikir ayrılığımız burdadır. Onlar İmam Hüseynin (ə) qiyamına siyasi nöqteyi-nəzərdən yanaşırlar. Halbuki o, bu qiyamla dini istəyirdi (Xalqın da onlardan istəyi dindən başqa bir şey deyildi).
Sonra o, Həzrət Hüseynin (ə) Məkkədən İraqa tərəf yola düşməsinin fəlsəfəsi barədə yazır: «Yezidin öz hakimiyyətinin ilk günlərində yazdığı «Hüseyni beyət etməyənədək buraxma və əgər beyət etməsə, onu öldür» məktub göstərirdi ki, Dəməşqin hakimi ondan əl çəkməyəcəkdir. İstər Məkkədə qalsın, istərsə də Mədinədə onu öldürəcəkdir. Buna görə də o, Abdulla ibn Zübeyrə dedi: «Məkkədə qalmaram, çünki qorxuram ki, məni Allahın müqəddəs evində öldürsünlər və mənim öldürülməyimlə bu evin hörməti zay olsun. Eləcə də bu tarixi hadisələr barədə son dərəcə dar düşüncə və bədbinliklə aparılan təhlilə əsasən bunu deyə bilərik: «Hüseyn (ə) İraqda öz qələbəsinə elə arxayın idi ki, arvad-uşağını da özü ilə apardı». Əsla belə deyildir. O, bilirdi ki, Məkkədə onu hədələyən həmin təhlükə o getdikdən sonra onun qohum-əqrabasını hədələyəcəkdir. Yalnız bircə fərq budur ki, əgər Məkkədə qalsa, onu şəhərin hakimi öldürəcək, yaxud zindana salacaq. Bu isə ardınca heç bir hərəkata səbəb olmayacaq.
Halbuki bildiyimiz kimi, onun bacılarının Kufə və Şam cəmiyyətində qoyduğu təsir onun öldürülməsinin təsirindən heç də az olmayacaqdı.
Bu, hadisənin bir tərəfidir ki, camaat Peyğəmbər (s) balası ilə birlikdədir və onlar islam haqq-ədalətinin bərpasını istəyirlər. Bunu da bilirdilər ki, həqiqi mənada islam ədalətini Hüseyn ibn Əlinin (ə) evindən başqa heç bir yerdə axtarmamalıdırlar. Məsələnin digər tərəfi isə qəbilə başçıları ilə bağlıdır. Çünki onların düşüncəsi xalq kütləsinin düşüncəsi ilə üst-üstə düşmürdü. Onlar öz qəbilələrinə rəhbərlik etmək fikrində deyildilər. Əgər məsləhətə görə bir məktubun altında imza atsalar belə, tarixdə həmişə olduğu kimi, qaçmağa yol axtarırlar.
Odur ki, tarix deyir: «Təəssüflər olsun ki, Məkkəyə kütləvi şəkildə göndərilən məktublarla yanaşı, Kufədən Yezid ibn Müaviyəyə də başqa məktublar göndərilirdi. Həmin məktublarda «Əgər Kufəni istəyirsənsə, bu şəhərə kifayət qədər güclü hakim göndərməlisən. Çünki Höman qüdrətsiz bir adamdır, ya da özünü gücsüzlüyə qoymuşdur» – deyilirdi.
Doktor Səhidi yazır: «Əfsuslar olsun ki, Məkkəyə və Dəməşqə göndərilən bütün məktubların mətni və onları imza edənlərin adları bu günədək gəlib çıxmamışdır. Əgər bu sənədlər əlimizdə olsaydı, yaxud həmin məktublar bu günədək qalsaydı, dəqiq şəkildə görərdik ki, (namərdlərdən) bir çox dəstələr öz mühafizəkarlıqlarına və o gündən qorxduqlarına görə hər iki məktubların altını imzalamışlar. Bilirəm ki, belə bir nəticə yazıçının bədbinliyi kimi qəbul ediləcəkdir. Lakin xoşbəxtlikdən tarix Məkkəyə məktub yazanlardan bir neçəsinin adlarını bizim üçün qoruyub saxlamışdır. Onların İmam Hüseyni(ə) dəvəti digərlərindən fərqli olaraq daha gözəl ibarələrlə yazılmasına baxmayaraq, elə onlar məhərrəm ayının 10-da ona məktub yazmayanlardan daha çox onun işini çətinləşdirdilər.
Nə etmək olar, olan oldu, keçən keçdi. Bu məktuba diqqət edin. Onu Səbəs ibn Rəbii, Həccar ibn Əbsər, Yezid ibn Haris, Ürvə ibn Qeys ibn Həccac və Məhəmməd ibn Əmr imzalamışlar. Məktubda deyilir: «Səhralar yaşıllaşmış, meyvələr yetişmişdir. Odur ki, əgər zati-alilərinizin istəyinə uyğun olsa bizə təşrif gətirin. Ordumuz hazır və silahlanmış vəziyyətdə sizin əmrinizi gözləyir..».



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor