Bəşəriyyət üçün inqilab |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 28-07-2016, 13:40 | Şərh sayı: (0) | Baxılıb: 401
Bəşəriyyət üçün inqilab
İmam Mehdinin inqilab və qələbəsinin faydası özü və imamlardan daha çox bəşəriyyət üçün xeyirlidir. Müəmmər ibn Xəllad İmam Rzaya dedi: “Allah sizin fərəcinizi tezləşdirsin.” İmam cavabında belə buyurdu: “Bu fərəc sizin asayiş və rahatlığınızın mənbəyidir. Allaha and olsun, mənim ondakı payım yalnız içində bir ovuc un olan ağzı bağlı qab qədərdir.” (“Biharul-Ənvar”, c.77) İslam mətnlərində Fərəc intizarı dedikdə, İlahi fərəc, möminlərin fərəci, imamların fərəci və Əsrin İmamının fərəci nəzərdə tutulur. Bütün bu ibarələr doğrudur. Çünki bu arzu olunan nizamın yaradıcısı Allahdır və bu inqilabı gerçək xilaskarın əli ilə reallaşdıracaqdır. Bu qiyamda həm imamların həm də möminlərin hədəfləri nəzərə alındığı üçün fərəc haqqında yuxarıda söylənilən bütün mülahizələri haqlı saya bilərik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər