İmamların həyatından ibrətamiz |
Müəllif: EBU_ISAK | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 3-09-2013, 20:48 | Şərh sayı: (0) | Baxılıb: 923
İmamların həyatından ibrətamiz
Kərbəla əsirləri Şama daxil olduqda bir kişi İmam Zeynülabidinin (ə) qarşısında durub dedi: “Həmd olsun o Allaha ki, sizi öldürməklə camaatı sizin şərinizdən qurtardı və Əmirəl-möminini (Yezidi) sizin üzərinizdə qalib etdi”.
İmam Səccad (ə) sakit qalıb gözlədi. Şamlı kişi bütün ürəyində olanları dedi. Sonra İmam Səccad (ə) ondan soruşdu:
— Quran oxumusan?
— Bəli!
— Bu ayəni oxumusanmı? “De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.”
— Bəli!
— Bəs bu ayəni necə? “Qohum-əqrəbanın haqqını ödə.”
— Bəli!
— Bu ayəni də oxumusan? “Ey peyğəmbərin Əhli-beyti, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir.”
— Bəli!
— Ey qoca, bu ayələr bizim haqqımızda nazil olmuşdur. Bizik Peyğəmbərin qohum-əqrəbası, hər cür çirkinlikdən uzaq olanlar bizik”.
Qoca bildi ki, bu əsirlər barədə eşitdikləri doğru deyil. Onlar heç də xarici deyillər, əksinə, Peyğəmbər övladlarıdırlar. Buna görə də, dediyindən peşman olub dedi: “İlahi, mən bunlara qarşı ürəyimdə olan kin-küdurətdən Sənə pənah aparıram! Mən Məhəmməd (s) və Ali-Məhəmmədin (s) düşmənlərinə nifrət edirəm!”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər