Sərvət istəyi və «istidrac» qanunu |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-06-2016, 18:20 | Şərh sayı: (0) | Baxılıb: 335
Sərvət istəyi və «istidrac» qanunu

Allah-taala azğınlıq yolunu tutub istidrac qanununa tuş gələnlər haqqında, eləcə də hidayət yolunda xoşbəxtlik üçün daha çox çalışanlar barəsində buyurur: "Hər kəs ötəri dünyanı istəsə, tezliklə istədiyimizə dilədiyini verərik. Sonra cəhənnəmi ona məskən edərik. O məzəmmət olunmuş və zəlil halda oraya daxil olar. Hər kəs axirəti istəsə, onun yolunda çalışsa və mömin olsa, zəhmətini mükafatlandıracağıq. Bunlara və onlara Rəbbinin ətası ilə əl tutarıq. Rəbbinin ətası (kimsəyə) qadağa olunmayıb.” (İsra”, 18-20)
İstidrac qanununa məhkum olan kəs islah olmayan şagird və ya övlada bənzəyir. Müəllim, ya da ata onun islahından ümidini üzdükdən sonra özbaşına buraxır. Demək, Allah-taala həm doğru yolu tutana, həm də azğınlıq yolunu seçənə yardım göstərir. Hər kəs öz istək və iradəsi ilə nəzərdə tutduğu məqsədə çatır.
Allah-taala birinci qrup haqqında buyurur: "Doğru yola üz tutanları (Allah) mümküncə hidayət etdi, onlara təqva verdi.”(Muhəmməd”, 17) İkinci qrup haqqında buyurulur: "(Haqdan) Dönən kimi Allah onların qəlblərini döndərdi.”(Səff”, 5)
Allah-taala azğınlığa layiq olanların qəlbini döndərir. Həmin vaxtdan bütün hidayət yolları onun üzünə bağlanır, daha çox azğınlıq vasitəsi önə çıxır. Yol açılır ki, belə bir şəxs Allahın əbədi cəzasına daha sürətlə çatsın.
Deyilənlərə əsasən var-dövlət və yoxsulluq insan üçün sınaq vasitəsidir. Dünya nemətlərinə çatmış insan qürrələnməməlidir. Əksinə, sərvət əldə etdikdə diqqətli olmaq, bu sınaqdan uğurla çıxmaq lazımdır. Eləcə də sərvət və neməti əldən çıxarmış insan sınağa çəkildiyini unutmamalı, ümidsizliyə qapılmamalıdır. Belə bir məqamda məyus olmuş insan uğursuzluğa düçar olmuşdur: "Əlinizdən çıxan şeyə görə qəmlənməyin, sizə verilənə görə sevinməyin. Allah fəxr edən xudpəsəndi sevmir.” ("Hədid”, 23)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər