RSS
 

Login:
Şifrə:
» » DİNDARLIQDA MÖHKƏMLİYİN, DÜZLÜYÜN SƏMƏRƏLƏRİ

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






DİNDARLIQDA MÖHKƏMLİYİN, DÜZLÜYÜN SƏMƏRƏLƏRİ

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 6-01-2016, 23:35 | Şərh sayı: (0) | Baxılıb: 476

DİNDARLIQDA MÖHKƏMLİYİN, DÜZLÜYÜN SƏMƏRƏLƏRİ


DİNDARLIQDA MÖHKƏMLİYİN, DÜZLÜYÜN SƏMƏRƏLƏRİ


İmam Sadiq (ə) buyurur: «Ey Cündəb oğlu, əgər bizim şiələrimiz (tərəfdarlarımız) möhkəm olsalar, mələklər onlarla görüşər, buludlar onlara kölgə salar, başları üstündən və ayaqları altından onlara ruzi göndərilər, bütün istədikləri onlara əta olunar».
Bütün insanlar səadət sorağındadırlar. Onlar çətinlikdən sıxılır, xilas olmaq üçün yol axtarırlar. Amma hər zaman səadətə can atan insan həqiqi xoşbəxtliyi tanımaqda çətinlik çəkir.

Çoxları belə təsəvvür edir ki, onların fitri istəyi olan xoşbəxtlik ötəri dünya ləzzətlərindədir. Ona görə də həqiqi səadəti tanımamış öz təsəvvürlərinin əmri ilə dünya ləzzətləri dalınca qaçırlar.
İkinci bir qism insan isə anlayır ki, ötəri dünya ləzzətləri səadət ola bilməz. Onlar açıq-aşkar görür ki, hər hansı dünya ləzzətini xoşbəxtlik bilən insan bu ləzzətə çatdıqdan bir müddət sonra nəinki özünü xoşbəxt hiss etmir, hətta bədbinliyə qapılır. Bu insanlar səadəti nədə görürlər? Bu sualın cavabında onlar da iki qrupa bölünür:
Birinci qrupa mənsub olanlar öz ağılları və ilahi peyğəmbərlərin köməyi ilə həqiqi səadəti Allaha yaxınlıqda tapırlar. Onlar əmin olurlar ki, əbədi xoşbəxtlik yalnız Allaha yaxınlıqdır. İkinci qrupa mənsub insanlar isə gecə-gündüz baş sındırır, mübahisə edir, şəkk-şübhəyə düşür və ömürlərinin son nəfəsinədək əzab çəkirlər.
Həqiqi səadəti tanımaq istəyənlər və onu Allahla yaxınlıqda görənlər əvvəlcə bu məqama aparan yolu tanımalıdırlar. Amma səadəti Allahla yaxınlıqda görənlərin əksəriyyəti bu səadət yolunu tanımaq üçün lazımınca səy göstərmirlər. Onlar cəmiyyətin təsiri altına düşərək həqiqi təkamül yolundan uzaqlaşırlar. Əlbəttə ki, bu sahədə müvəffəqiyyətlər də fərqlidir. Kimi fərdi, kimi ictimai, kimi də siyasi məsələlərdə zəruri agahlığı əldə edə bilmir. Amma doğru yolu tanımaq da azdır. Bu yolu tanıdıqdan sonra hərəkətə başlamaq lazımdır. Doğru yola düşmüş insanın səadətə çatması onun iradəsindən, ifratla təfrit arasında orta həddi tuta bilməsindən çox asılıdır.
MÖMİN VƏ İLAHİ NEMƏTLƏR
Araşdırma aparıb doğru hədəfi tanıyan və düzgün əməl edən insan hansısa dünya və axirət nemətindən məhrum ola bilərmi? Allah-taala kainatı insanın təkamülə çatması və əbədi səadətə nail olması üçün yaratdığından doğru yol yolçusunun ilahi nemətlərindən məhrum edilməsi məntiqsiz olardı. Hətta azğın insanlar bu nemətlərdən faydalandığı halda, mömin şəxs nə üçün məhrum olmalıdır?! Allah-taala mömin üçün faydalı olan bütün nemətləri ona əta edir. «Hədid» surəsinin 21-ci ayəsində buyurulur: «Göylər və yer qədər geniş olan behiştə nail olmaq üçün çalışın!». Bitib-tükənməz behişt nemətləri dünya nemətlərindən tamamilə fərqlənir. Bu nemətlərdən istifadə edən doyub çəkinməz. Orada nə yorğunluq, nə zəiflik, nə də ağrı-acı olar. Doğru yolu tanıyıb onunla son məqsədə çatanlar üçün axirətdə heç bir çətinlik yoxdur. «Zuxruf» surəsinin 71-ci ayəsində buyurulur: «Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır». Əlbəttə ki, bu nemətləri təsəvvür etmək çətindir. Amma dünya nemətləri, hətta halal olduqda belə məhdudiyyətlərə məhkumdur. İnsan bu nemətlərdən istifadə edərkən həddi gözləməsə fəsadlarla üzləşər. Allah istədiyi bəndələrə dünya nemətlərini məhdud verir ki, insan bu nemətlərin əsarətinə düşüb axirət səadətinin təminatçısı olan imandan məhrum olmasın. Elə bu səbəbdən də bəzi layiqli bəndələr dünya çətinlikləri ilə üzləşirlər.
Əslində dünya həyatında çətinliklər labüddür. Əgər dünya nemətlərinin çoxluğu insanın kamilləşməsi üçün faydalı olsaydı, Allah öz layiqli bəndələrini bu nemətlərə qərq edərdi. Layiqli bəndələr Allaha təvəkkül edərək adətən belə dua edirlər: «Ey Rəbbimiz, bizə faydalı bildiklərini nəsib et». Beləcə, Allah öz istəkli bəndələrinə yalnız faydalı nemətlər əta edir. Əgər bir mömin üçün dünya çətinlikləri yaranırsa, bu işdə məqsəd onun axirət məqamını yüksəltməkdir.
Bəs bu insanlar kimdir? Yaranış məqsədini anlayanlar, yoxsa həqiqi məqsədə doğru hərəkət edənlər? Bu insanlar yəhudi, məsihi, yoxsa buddistdirlər?
Bizim əqidəmizə görə, yeganə doğru yol İslamdır. Axirət səadətini yalnız müsəlman anlaya bilər. İnsanın həqiqi itkisi Allaha yaxınlıqda axtarılmalıdır. Müsəlmanın həqiqi istəyi Allahdır. Allaha çatmaq üçün yeganə yol İslam göstərişlərinə əməl etməkdir. Bir müsəlmanın İslam göstərişlərindən xəbərsiz qalması qeyri-mümkündür. Demək, məqsədi tanıyan az-çox doğru yolu da tanıyır. Dünya və axirət nemətlərinə çatmaq belə bir şəxsin haqqıdır.

İMAN DƏRƏCƏSİNDƏ SƏADƏT
İslamda da müxtəlif firqələr vardır. Təəssüf ki, doğru yolu tapmaq istəyən insanlar bəzən buna müvəffəq olmur. Xüsusi ilə məsum imamların dövründə zalım hökumətlərin yaratdığı çətin-liklər səbəbindən həqiqi İslamı tanımaq çətin olmuşdur. Əgər insan öz məlumatsızlığında günahkar deyilsə də bildiyi qədər vəzifəlidir. İnsanların məhrum edildikləri həqiqətlərdə onlar üçün nəzərdə tutulmuş kamilliklər vardır. Başqalarının təqsiri ucbatından əsl həqiqəti tapa bilməmiş insanlar çatdıqları məqama uyğun mükafatlandırılacaqlar: «Biz yaxşı iş görənlərin mükafatını zay etmərik». («Kəhf» surəsi, ayə 30.)
Amma həqiqi yolu tanıdıqdan sonra bu yolda tər tökənlər üçün bildiklərinə əməl etdiklərinə görə də mərtəbələr vardır. Əhli-beyt yolunu gedən insanlar arasında da fərqlər mövcuddur. Bəziləri bu yolun incəliklərindən xəbərsiz də qala bilər. Yolu kamil tanıyanlar üçün nəticələr də yüksəkdir.
İslam dinində Əhli-beyt yolunu tutanların həqiqəti tanımaqda heç bir problemi yoxdur. Qalır əməl etmək! Bütün bəşəriyyət bu doğru yolu tutarsa, Allah hər bir insanı öz nemətlərində qərq etmək qüdrətindədir: «Bir şeyi istədiyi zaman Allah yalnız «ol» buyurar». («Yasin» surəsi, ayə 82.) Dünyaya aid olan məhdudiyyətlər axirətə aid deyildir.
Məqsədi düzlükdə bilib ona çatmaq üçün bütün gücünü səfərbər edənlər Əhli-beyt yolunu düzgün tanımış müsəlmanlardır.

DÜZLÜK SƏADƏTİN ŞƏRTİDİR
Qurani-Kərimin bir neçə ayəsində Allah-taala öz peyğəmbərini «istiqamətə»-səbr və düzlüyə, möhkəmliyə, ardıcıllığa çağırır. «Hud» surəsinin 112-ci ayəsində buyurulur: «(Ya Məhəmməd) Əmr edildiyi kimi düz ol. Səninlə birlikdə iman gətirənlər də düz olsunlar». Həzrət Peyğəmbər (s) buyurur: «Hud» surəsinin bu ayəsi məni qocaltdı».
Mərhum imam (r) öz söhbətlərində təkrar-təkrar bu hədisi xatırladaraq buyurur ki, insanı qocaldıb qəddini əyən həmin bu «istiqamətdir». «Fussilət» surəsinin 90-cı ayəsi istiqamətli insanları müjdələyir: «Şübhəsiz ki, «Rəbbimiz Allahdır» deyən, sonra da düz olan kəslərə mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin, vəd olunmuş cənnətə sevinin».
Allaha iman, həqiqi din və Əhli-beyt məktəbinin qəbulu kifayət deyildir. Bu yolda möhkəmlik göstərib düz olmaq lazımdır. İnsan bir an olsun belə özünü itirib büdrəməməlidir. Belə bir insandan Allah heç nəyi əsirgəməz, beləsinin duaları qəbul olar. Belə insan mələklərlə görüşər, yüksək kamillik məqamına çatarsa mələkləri görə də bilər.

DÜNYA NEMƏTİ, MÖMİN VƏ ALLAHIN MƏSLƏHƏTİ
İmam Sadiqin (ə) buyuruğunda Əhli-beyt ardıcılları üçün sadalanmış imtiyazlar mütləq deyil, saysız xüsusiyyətlərdən bir neçəsidir. Yəni bir insanın başına bulud kölgə salmırsa bu o demək deyil ki, bu şəxs mömin deyil. Hər şey Allahın məsləhətindən asılıdır. Bu qayda ruzi məsələsinə də şamildir. «Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis işlərdən) çəkinsəydilər, onların başlarına göydən və yerdə bərəkət yağdırardıq». («Əraf» surəsi, ayə 96.) Diqqət edin, Allahdan çəkinməkdə nümunə olan xalis mö’minlərə Allahdan dünya neməti yox, onun məsləhətini istəyir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor