Kin və ücb haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-10-2015, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 742
Kin və ücb haqqında
Kin
Allah düşmənləri istisna olmaqla insanlara sevgi və məhəbbət vacibdir. Yaxınları yoxlamaq (sileyi-rəhm) dində vacib buyurulmuş xeyir əməllərdəndir. Kinli insan bu xeyir işdən məhrum olur. Kin insanın qəlbini çirkləndirir, onun ruhunu zülmətə qərq edir, nəhayət insanı Allahın rəhmətindən uzaq salır.
Həzrət Peyğəmbər (s) buyurur: «Cənab Cəbrayıl hər dəfə mənim yanıma gələndə dedi: «Ey Məhəmməd, xalqla düşmənçilikdən çəkin.»
Həzrət Əli (ə) buyurmuşdur: «Nadanlığın başı xalqla düşmənçilikdir»; «Xalqla düşmənçilik nadanların xüsusiyyətidir.»
İmam Sadiq (ə) buyurmuşdur: «Xalqla düşmənçilikdən çəkin. Bu, həlakətə və eyiblərin açılmasına səbəb olar».
Ücb (Özündən razılıq)
Özünə güvənmək, öz əməlindən razı qalmaq çox çirkin günahdır. İnsan Allahın mülküdür, onun həyat və ölümü Allahın əlindədir. Ruzi, ibadət və istənilən hər hansı bir başqa xeyir iş yalnız Allahın iradəsi ilə mümkün olur. Əgər insan müstəqil halda heç bir iş bacarmırsa, hansı əsasla başını dik tutmalıdır?!
İmam Sadiq (ə) buyurur: «Xudpəsəndliyə düçar olan şəxs həlak olasıdır.» «Alim bir şəxs abidin yanına gəlib dedi: Necə namaz qılırsan? Abid cavab verdi ki, mənim kimidən soruşursan ki, necə namaz qılırsan? Mən elə əvvəldən Allaha belə-belə ibadətlər edirəm. Alim soruşdu ki, ağlamağın necədir? Abid cavab verdi: Gözümdən yaş sellələnədək ağlayıram. Alim dedi: Düzü, ağlayıb lovğalanmaqdansa, gülüb Allahdan qorxmağın daha yaxşıdır. Doğrudan da, özünü bəyənənin heç bir işi Allah dərgahına qalxmaz.»
İslam Peyğəmbəri (s) buyurur: «Allah-Taala Davuda buyurdu: Ey Davud! Günahkarlara müjdə ver, siddiqləri (möminləri) qorxut. Davud ərz etdi ki, günahkarlara müjdə verim siddiqləri qorxudum? Allah-Taala buyurdu: Ey Davud! Günahkarlara müjdə ver ki, tövbələrini qəbul edər, günahlarını bağışlayaram. Siddiqləri qorxut ki, əməllərini bəyənib lovğalanmasınlar. Çünki mənə hesab verən bəndə (bağışlamasam) həlak olar».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər