Azğınlıq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-01-2016, 10:26 | Şərh sayı: (0) | Baxılıb: 325
Azğınlıq
Azğınlığın səbəbləri
Quran:
«Kim imanı küfrlə əvəz etsə, həqiqətən, doğru yolu azmışdır.»
«Kim Allaha, mələklərə, kitablara və Onun rəsullarına küfr etsə, şübhəsiz ki, uzaq və uzun azğınlığa düçar olmuşdur.»
«Kim Allaha və Onun Rəsuluna itaətsizlik edərsə, şübhəsiz ki, açıq-aşkar azğınlığa düşmüşdür.»
«Nəfsi istəyini, həvəsini öz məbudu edən şəxsi gördünmü? Allah-taala onu elmi olduğu halda azğınlığa buraxdı, onun qulağına, qəlbinə möhür vurdu, gözləri önünə pərdə çəkdi. Allahdan başqa onu kim hidayət edər? Məgər nəsihət götürmürsünüzmü?»
3755. İmam Əli (ə): «Hər azğınlıqçün bir səbəb və hər əhdi sındırmaq üçün bir şübhə var.»
3756. İmam Əli (ə): «Bilin ki, dinin hökmləri (şəriət) vahid və yolları məqsədə çatdırandır. Kim bu yollara qədəm qoysa, məqsədə çatar və xeyir qazanar. Kim bu yolları getməkdən imtina etsə, azğın və peşiman olar.»
3757. İmam Əli (ə): «Peyğəmbərimizin əhli-beytinə baxın, onların yol və üslubundan ayrılmayın... Onlardan qabağa keçməyin ki, yolu azarsınız və onlardan geri də qalmayın ki, məhv olarsınız.»
3758. İmam Əli (ə): «Kim hidayəti, onun əhli olmayandan istəyərsə, yolunu azar.»
1157. Yolu azdıranlar
3759. İmam Əli (ə): «Allah yanında ən pis insan, özü azğın və başqalarının azğınlığına səbəb olan, əməl olunan sünnəni aradan götürən və tərk olunmuş bidəti bərpa edən zalım rəhbərdir.»
3760. İmam Əli (ə): «Allahın yanında iki nəfər ən nifrət olunmuş şəxs var. Bunlardan biri Allahın onu özbaşına buraxdığı şəxsdir. Belə şəxs doğru yoldan azmış və qəlbini bidətəbənzər sözlərə, azdırıcı dəvətlərə bağlamışdır. Buna görə də, ona aldanan şəxslərin fitnə və fəsadına səbəb olur. O, ata-babalarının doğru yolundan çıxıb və öz ardıcıllarını azdırır. Həyatı zamanı və ölümündən sonra başqalarının günahlarının yükünü öz çiyninə çəkər və xətalarının girovu olar...»
3761. İmam Əli (ə) (münafiqləri təsvir edərkən): «Sizi münafiqlərdən uzaq durmağa çağırıram. Çünki onlar həm özləri azıblar, həm də başqalarını azdırarlar, özləri büdrəyiblər və başqalarını da büdrədərlər.»
1158. Azğınlığın əsaslarını dağıdan amillər
3762. İmam Əli (ə): «Çətinliyə düşəndə Qurandan kömək alın. Çünki Quran ən böyük dərdlərin-yəni küfr, nifaq, əyinti və azğınlıq kimi dərdlərin şəfasıdır.»
3763. İmam Əli (ə): «Bu İslam Allahın dinidir, onu özünüzçün seçin... və onun əsasları azğınlığın əsaslarını viran edər.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər