Allaha ümidvar olmaq |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 2-10-2015, 16:01 | Şərh sayı: (0) | Baxılıb: 2041
Allaha ümidvar olmaq
Allaha ümidvar olmaq
Duanın şərtlərindən biri də Allaha xoşbin olub ona etimad etməkdir. İnsan şəkk etməməlidir ki, onun hacəti nə qədər də böyük olsa Allahın qüdrəti qarşısında heçdir. İmam Sadiq əleyhis-salam buyurur: Dua edən zaman elə fikirləş ki, hacətin qəbul olmaq üzrədir.
Duanın şərtləri çoxdur. Amma Allah-Taala o şərtlərin qarşısında müəyyən vaxtları təyin edibdir ki, əgər o şərtlər olmasa da dua qəbul olur. Həmin vaxtlardan biri gecənin axırıncı 1÷3 hissəsidir. Başqa bir vaxt gecənin 2-ci hissəsinin 1-6 hissəsidir. Əgər bu cür vaxtlarda insan namaz qılsa, hacət istəsə, qəbul olar. Başqa bir vaxt günorta çağıdır. Həmçinin, gün batan çağı, xüsusilə cümə axşamı və cümə gününün axırıncı saatı. Bu vaxtlar duanın qəbul olunan vaxtlarıdır.
Fizzə rəvayət edir ki, Həzrəti Zəhra əleyha salam mehrabda idi. Məni damın üstünə göndərdi ki, hər vaxt günəş batsa qürub etsə o Həzrətə xəbər verim.
Dua etməyin ibtidai ədəbləri
Zahiri və batini paklıq duanın əvvəlinci ədəblərindəndir. Bədən və paltar dua edən vaxt gərək pak olsun. İnsan duadan qabaq gərək qüsl etsin, ya dəstəmaz alsın. Müstəhəb qüsllərdən biri hacət qüslüdür. Batini paklaşdırmaq üçün gərək dua edən vaxt qəlbi pak edəsən. Məsələn, əgər bir müsəlmana qarşı kin-küdurət və ya bədbindirsə bunu ürəyindən çıxartsın, ya əgər günah edibsə tövbə etsin.
Rəvayət olunur ki, Həzrət Davud əleyhis-salam səhraya münacat etməyə getməmişdən bir həftə qabaq onun müqəddimələrini hazırlaşardı. Məsələn, bir həftə oruc tutardı. O cümlədən, əgər qəlb Allaha tərəf yönəlməsə, işlər düzəlməyəcək. Allaha tərəf ürəyi yönəldiyinə görə gərək ürəyi təmizləyəsən, sonra Allaha tərəf üz gətirəsən.
İmam Sadiq əleyhis-salamdan hədis nəql olunur ki, o Həzrət buyurur: Bəni İsrail tayfasından olan bir nəfər üç il dua edərək Allahdan oğul istəyirdi. Lakin duası qəbul olmurdu. Üç ildən sonra o kinayə edərək dedi: "Pərvərdigara, üç ildir ki, duam qəbul olmur!” Gecə yatdı və yuxuda gördü ki, bir nəfər ona deyir: "Sən üç ildir ki, Allahı çirkin dillə, napak niyyətlə, qürurlu qəlblə çağırırsan. Gərək dilini pis, nalayiq sözlərdən qoruyasan, ürəyini Allah qorxusu ilə doldurasan. Təki duan qəbul ola.”
Həmin kişi bir il qəlbini və dilini paklaşdırdı. Allah da onun duasını qəbul etdi və ona bir övlad verdi.
"İddətüd-dai” kitabının müəllifi bu hədisi nəql edəndən sonra duanın qəbul olması üçün dörd şərt sayır:
1-Dili günahdan paklaşdırmaq;
2-Qəlbin qəsavət bağlamaması (daş ürək olmaya);
3-Niyyəti gözəlləşdirmək. Məqsəd yaxşı niyyətə malik olmaqdır, yəni Allaha qarşı yaxşı niyyətə malik olmaqdır. Bilməlidir ki, Allah-Taala onun duasını qəbul edəcək. Əgər dua gec qəbul olsa bilsin ki, məsləhət o cürdür. O cümlədən məsləhət bəndənin halını islah etməkdir.
4-Etdiyi günahlardan tövbə etməkdir, yəni dua etməmişdən qabaq etdiyi günahların hər biri üçün peşman olsun və tövbə etsin.
Duanın ədəblərindən biri də duadan qabaq sədəqə verməkdir. Necə ki, Allah-Taala Qurani Məciddə buyurur:
"Mal və sərvət sahibi öz sərvətindən gərək infaq edə. Yaşayışı çətinləşən və ya fəqir olan adam da Allahın ona verdiyi nemətlərdən infaq etsin”.
Allah tərəfindən vəhy oldu ki, hər kəs Rəsuli Əkrəm ilə nəcva etsə, sədəqə versin. Bu ayəyə ancaq İmam Əli əleyhis-salam əməl etdi. Sonra bu ayə nəsx olundu. Xülasə, sədəqə ürəyi şad etdiyinə görə Allah-Taala da sədəqə verənin ürəyini şad edir. Həmçinin, dua etməmişdən qabaq gərək ətir vurasan.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər