Allaha yaxınlaşma yolu |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 23-05-2016, 23:58 | Şərh sayı: (0) | Baxılıb: 781
Allaha yaxınlaşma yolu
Möminin mərifət və himmət (səy) dərəcələri
Bildiyimiz kimi, imanın mərtəbələri vardır və insanlar dini həqiqətləri eyni dərəcədə dərk etmir. Əgər insan ali bir hədəfə çatmaq istəyindədirsə əvvəlcə bu hədəfi tanıyıb ona dərindən inanmalıdır. İkinci iş həmin hədəfə çatmaq üçün lazımi dərəcədə səy göstərməlidir. Mərifəti və imanı zəif olanlar bu zəifliyi aradan qaldırarlarsa daha çox səy göstərə bilərlər. Amma hətta dünya işlərində himməti və çalışqanlığı zəif olanlar əlverişli mərifət şəraiti yaransa da irəli gedə bilməzlər. Bu insanlar əvvəlcə doğru yol seçməlidirlər. İmam Sadiq (ə) şiələrdə ilahi himmət və çalışqanlıq görmək istəyir. İmam (ə) onların nəzərinə çatdırır ki, yalnız əbədi əzabdan qurtulmaq üçün göstərilən səylər aşağı iman mərtəbəsinə aiddir. Amma yuxarı iman mərtəbəsində olanlar qəbr əzabı və bərzəx haqqında da düşünürlər. Bundan da yuxarı mərtəbədə olanlar təkcə əzabdan qaçmaq yox, həm də behişt nemətləri üçün səy göstərirlər. Behiştin də öz dərəcələri vardır. Bəzi rəvayətlərdə buyurulur ki, behiştin Quran ayələrinin sayı qədər dərəcələri vardır. Buradan məlum olur ki, möminlərin behişt mərtəbələri də fərqlənir. Ən yüksək mərtəbədə olanlar üçün isə dünya və axirət ləzzətləri əhəmiyyətli deyil. Onlar Allaha könül verib, Onun razılığı üçün çalışırlar. Əlbəttə ki, heç kəs əzabı xoşlayıb, ləzzətə nifrət etmir. Lakin ali məqamda olanlar Allahla yaxınlıq ləzzətini bütün ləzzətlərdən üstün tuturlar. Zalım Firon öz möminə xanımını ölümlə hədələyib Allahdan dönməyə çağırdığı vaxt bu qadın belə dua edir: «Ey Rəbbim, mənim üçün öz dərgahında-cənnətdə bir ev tik»(«Təhrim» surəsi, ayə 11.). Bu imanlı xanım əzablara dözərək imanını qoruyur, behişt nemətləri haqqında yox, Allah dərgahına qovuşmaq barədə düşünür. Hər insan əzab və nemətə əhəmiyyət vermədən Allah razılığı haqqında düşünməyə qadir deyil. Allahın razılığı olan yerdə heç şübhəsiz ki, bütün nemətlər də var. Amma əsl aşiq üçün bu nemətlərdən yox, Allahdan uzaq düşmək qorxuludur. Sözsüz ki, belə bir məqama çatmaq üçün xüsusi bir himmət və çalışqanlıq lazımdır. İnsan cəhənnəm əzabı və behişt nemətləri kimi düşüncələrdən əl götürüb yalnız Allahın razılığı haqqında düşünərsə öz iman mərtəbəsini artıra bilər.
Allaha yaxınlıq məqamının yolu
Bu məqama çatmaq üçün Allahıtanıma, Ona iman elə bir səviyyədə olmalıdır ki, insan Allahın razılığını hər şeydən üstün tutsun. Bu məqama çatmaq üçün elə bu dünyadaca hazırlıq görülməlidir. Dünya məhəbbəti, nəfs istəkləri bizi bu məqsəddən uzaqlaşdıra bilər. Bu məqamı arzulayan insan ömrün hər dəqiqəsini qiymətli bilib məqsədi yolunda çalışmalıdır. Çoxları hər şeyə hazır olsa da ali məqama çatmağın yolunu tapa bilmir. İmam Sadiq (ə) Allahla yaxınlıq məqamına çatmaq istəyənlərə yol göstərir: «Cəlal sahibi olan Allahınla yaxınlıq istəyirsənsə xəlq olunmuşlar arasında Allaha ən yaxın olmağa çalış, heyvani alçaq məqamdan uzaqlaş, möminlər arasında yüksəlib elə bir məqama çat ki, bu məqam yaranmışlar üçün son yüksəklik olsun. Dünyanı sənin nəzərində xar edəcək bir iş gör».
Həzrətin buyuruğundan məlum olur ki, təkamül yolunda insan üçün ən böyük maneə dünyadır. Dünyaya məşğul qəlb hara, Allah eşqi hara? Dünya bər-bəzəyinə könül verdikcə kamillikdən uzaqlaşan insan üçün Allahla yaxınlıq əlçatmazdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər