ELM YAXŞIDIR YOXSA VAR DÖVLƏT? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 29-12-2014, 01:24 | Şərh sayı: (0) | Baxılıb: 1584
ELM YAXŞIDIR YOXSA VAR DÖVLƏT?
Qədim zamanlardan indiyə qədər bu sualı verirlər ki, elm yaxşıdır, yoxsa sərvət? Hər bir insan da öz zəmanəsinin ehtiyaclarını nəzərə alıb, bu suala cavab verərlər.
İmam Əli (ə) buyurur: "Ey Kumeyl ibni Ziyad! İnsanlar üç dəstədir. İlahi alimlər və elm axtarışında olanlar ki, nicat yolunda elm təhsilinin ardınca olarlar. Axmaqlardır ki, hər səsin ardınca qaçarlar. Hər bir küləklə hərəkət edərlər. Onlar elm nuru ilə aydınlanmayıblar. Möhkəm sütunlara pənah aparmayıblar. Ey Kumeyl! Elm maldan daha yaxşıdır. Elm səni qoruyar. Ancaq sən gərək malını qoruyasan. Mal infaq edərək azalar, ancaq elm infaq edərək artar. Ey Komeyl! Elm öyrənmək elə bir şeydir ki, onunla cəza verilər, hamıya lazımdır. Onun vasitəsilə insan həyatda olan zaman Allaha itaət edər. Öləndən sonra isə onun yaxşı adı qalar. Elm hakimdir, mal isə məhkum və məğlub”.
İmam Sadiq (ə) buyurur: "Elm öyrənməklə deyildir. Bəlkə elm tək nurdur ki, Allah hər kimi hidayət etmək istəsə, qəlbində nur saçar. Ona görə də əgər elm istəyirsənsə gərək ilk mərhələdə İlahi bəndəlik istəyəsən”.
İmam Əlinin (ə) nirani kəlamında insanlar üç qrupa bölünürlər. İnsanlar ya Rəbbani alimlərdir, ya Allahı tanımağa çalşırlar, ya da bu iki dəstə kimi deyil, insanlıqdan xaric olublar. Çünki xilqətin hədəfi - Allahı tanımaq və Ona bəndəlik etməkdir. Rəbbani alimlər o kəslərdir ki, elmləri çox və bəndəlikləri başqaları ilə müqayisədə daha artıqdır. Bu insanlar başqalarını tərbiyə edir və onlara bəndəlik yollarını tanıdırlar.
İkinci dəstə isə elm axtarışında olan insanlardır. Onlar həqiqi yol olan sirat yolunu axtarır və onu tapmağa çalışırlar.
Üçüncü dəstə isə xəbis insanlardır. Hədislər bu cür insanları dəyərsiz ağcaqanadlara bənzədir. Bu insanlar harada səs eşitsələr, ona tərəf qaçarlar. Ancaq onun haqq və ya nahaq olduğunu tədqiq etmirlər. Bu insanlar bu gün beyət edir, sabah beyəti pozurlar. Onlar zülmət və cəhalət içindədirlər.
İmam Əli (ə) dəfələrlə sərvətlə elmi müqayisə etmişdir. Həmişə elmi daha üstün bilmişdir. İmama (ə) görə elm 4 şərtə görə üstündür:
1. "Elm səni şeytanı vəsvəsəsindən, fitnələrdən, həyat çətinliklərindən, axirət giriftarlıqlarından hifz edər. Cahil insanların sorağına gələn ziyandan amanda qalar. Halbuki, mal nəinki səni hifz etməz, əslində sən özün onun hafizi və gözətçisi olmalısan. Çünki insan çarəsiz öz vaxtının, fikir və gücünün bir hissəsini malını qorumaq üçün əldən verər”.
2. "Mal sahibi malının bir miqdarını kiməsə verərsə, bağışladığı qədər malından azalar. Ancaq elm sahibi hər nə qədər elmindən başqalarına bağışlayırlar, yəni hər nə qədər elmlərini başqalarına öyrədirlər, elmi artar”. Belə ki, başqalrına dərs verərək öz biliklərini də daha möhkəm və sabit edərlər. Elmi məharətlərində daha mahir olarlar.
3. "O zaman ki, mal-sərvətləri əldən gedər, həmin mal ilə mal sahibinin əlinə keçən hər şey əldən gedər”. Məsələn, əgər kimsə hansısa vəzifəni malına görə əldə edibsə, onun malı əlindən çıxan kimi həmin vəzifə də əldən gedər. Halbuki, alim insan elminə görə hər şeyi əldə edə bilər. Heç bir zaman əldən verməz.
4. "Elm həmişə hakim olar və sərvət isə məhkum”. Əgər insan bir mala sahibdirsə, elminə görə onu idarə etməlidir. Hətta onu xərcləyən zaman belə, elminə əsasən xərcləməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər