Bəlkə Ona tərəf qayıdaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-12-2015, 21:07 | Şərh sayı: (0) | Baxılıb: 373
Bəlkə Ona tərəf qayıdaq
“Tövbə” sözünün ərəb dilindən tərcüməsi “qayıdış” deməkdir. Dini anlamda insanın öz günahını etiraf edib peşman olmasına və bir daha bunu təkrar etməyəcəyi barədə Allaha vəd verməsinə deyilir.
Tövbə edən şəxs də günahlardan itaətə doğru qayıtmış olur (“tövbə” sözünün mənasına uyğun olaraq).
Allah-Təala tövbə haqqında buyurur: "Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun" ("Zumər" surəsi, ayə 54).
"Tövbə" Allaha üz tutmaq, Ona doğru qayıdış mənasındadır. Tövbə üç cür olur:
- Qəlblə olan tövbə; Bu tövbədə insanın qəlbi həmişə Allahla olmalıdır və insan düşüncəsində, çıxarmaq istədiyi qərarda Allaha yaxınlaşmağı tələb etməlidir. Necə ki, Allah buyurur: "Rəbbinin hüzuruna haqqa dönən qəlblə qayıtdı" ("Qaf" surəsi, ayə 33).
- Dillə olan (sözlə) tövbə; Bu tövbədə insan daima Allahı zikr etməklə, Onun nemətlərini, Ona yaxın bəndələri yad etməklə məşğul olur. Allahın buyurduğu kimi: "(Bu nemətləri) ancaq tövbə edib Rəbbinə dönən kimsə yad edər" ("Mumin" surəsi, ayə 13) (“Mumin” suresi daha çox “Ğafir” suresi kimi tanınır və Qurani-Kərimin mündəricatında da “Ğafir” kimi yazılır.)
- Əməli tövbə. Tövbənin bu bəndində insanın etdiyi işlər və ibadətlər Allaha qürbət qəsdi ilə olur. Məsələn, vacib və müstəhəb namazlar, müqəddəs ziyaratgahlara getmək, Allah bəndələrinə ehsan, sədəqə vermək, insanlara mənfəət verib, zərəri onlardan dəf etmək, müamilədə düzgün olmaq, özü və ailəsi ilə insaflı davranmaq və xülasə şəriətin bütün hökmləriylə Allaha yaxınlaşmaq, Onun razılığını cəlb etmək qəsdi ilə olmalıdır. Allah da bu baradə buyurur: "Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir): "Bu, vəd olunduğunuz cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu əbədiyyət günüdür!" Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, o cümlədən Allahın camalına tamaşa etmək və s.) mövcuddur!" ("Qaf" surəsi, ayə 31-15).
Tövbə etmək imkanı Allahın öz bəndəsinə bir lütfüdür. İmam Cəfər Sadiq (ə) buyurub: “Mömin günah edəndən 20 il sonra da olsa, xatırlayıb tövbə edər və Allah onu bağışlayar. Kafir isə heç bir saat keçməz ki, günahını unudar və tövbə etməz”. İmam Əlidən (ə) rəvayət edilən, “Tövbə etmək imkanı verilmiş şəxs onun qəbul edilməsindən məhrum edilməz” hədisi də buna sübutdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər