RSS
 

Login:
Şifrə:
» » Dünya və dünya əhlinin tənqidi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dünya və dünya əhlinin tənqidi

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-12-2015, 21:05 | Şərh sayı: (0) | Baxılıb: 339

Dünya və dünya əhlinin tənqidi


Dünya və dünya əhlinin tənqidi


Quran və rəvayətlərdə dünyanın tənqid edilib axirətin təriflənməsi və dünya əhlinin qınanıb axirət əhlinin də mədh edilməsi, ölümdən sonrakı həyat üçün deyil, dünya həyatı üçündür. Yəni dünya əhlindən məqsəd bu dünyada yaşayanlar və axirət əhlindən məqsəd də ölüb axirət aləminə köçənlər deyil. Dünya əhli də axirət əhli də bu dünyada yaşayanlardır.

Digər bir əhəmiyyətli nöqtə isə dünya sevilməməlidir dediyimiz zaman, məqsəd dünyada olan torpaq, su, ağaclar, səma və.s deyil, əksinə, bunlar Allahın ayələri olduğu üçün sevilməlidir. Bundan əlavə, dünyada məscidlər, müqəddəs məkanlar və Allah dostlarının məqbərələri sevilməlidir.

Demək, qınanılan dünya əhlindən məqsəd düşüncələrini, əməllərini və hər şeyə baxışlarını maddi dünyəvi edənlərdir. Məqsədləri yalnız dünyanın ləzzət və nemətlərinə çatıb, axirəti düşünmədən dünyada istədikləri kimi yaşayanlardır. Dünyanı sevən və dünyaya bağlı olan insanların hamısı eyni dərəcədə deyildirlər, aralarında dünyaya olan sevgi baxımından fərqlidirlər. Onlardan bəziləri axirəti tamamilə inkar edib hər şeyi dünya həyatı olaraq görürlər. Onların əsla xilası yoxdur, çünki özləri nicat yolunu inkar ediblər. yəqinə çatmaq kimi fikirləri olmadığı üçün də hidayət olmazlar. Uca Allah onlar haqqında belə buyurur: Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq. (“Furqan” surəsi, ayə 11)

Dünya əhlindən digər bir qrup isə axirəti inkar etmirlər, inanırlar, amma əmələ gəlincə inkar edənlərdən heç bir fərqləri yoxdur. Belə bir imanın praktikada heç bir faydası olmadığı kimi, qalıcı da deyil, suyun çatmadığı ağac kimi quruyacaq.
"Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" (“Rum” surəsi, ayə 10)

İnsan imanının tələb etdiklərinə əməl etmədikcə zamanla imanını itirəcək və kafirlərin sırasına qoşulacaq. Digər bir qrup isə dünya və axirəti bir-birinə qarışdııb, hər ikisi üçün çalışırlar. Allah bunları bizə belə tanıtdırır: "(Münafiqlərin) bir qismi də günahlarını etiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (“Tövbə” surəsi, ayə 102)

Bu dünya əhli və dünyanı sevənlərin müqabilində axirət əhli, axirətə inananlarda var. Ayə və hədislər bu qrupu çox tərifləyir. Əlbəttə axirət əhli də eyni səviyyədə deyillər, onlar da öz aralarında fərqli dərəcədədir. Ən üstünləri də dünyanı dəyərsiz sayanlardır. Dünyanın onlar üçün zərrə qədər belə cazibədarlığı yoxdur, sırf Rəblərinin əmrinə itaət etmək üçün dünyada yaşayar və maddi ehtiyaclarını aradan qaldırmağa çalışarlar. Dünyaya baxarlar, amma yalnız Allahın ayələrini, məzhərini və sifətlərinin təcəllisini görmək üçün. Əslində onlar dünyanın harasına baxsalar və hər nə maddi işlə məşğul olsalar belə onda Allahın əzəmətini görərlər.

Bunları demək asandır, amma əməldə buralara çatmaq çətindir. Həqiqətən insanın dünyanı çox dəyərsiz görməsi, ona heç əhəmiyyət verməməsi və yalnız Allahı göstərən bir ayna, əbədi səadətə çatdıran bir vəsilə olaraq qəbul etməsi çox böyük bir işdir. Əlbəttə axirət səadətinə çatmaq istəyənlərdə fərqlidirlər, bəziləri cənnətə gedib dünyada olan ləzzətlərə çatmaq istəyərlər. Bəziləridirsə cənnətə belə diqqət etməzlər. Onlar üçün yeganə səadət Allaha çatmaqdır. Onların xoşbəxtlikdən anladıqları, Allahın yanında olmaq, onun razılığını qazanmaqdır. (Ayətullah Misbah Yəzdi, “Meracdakı sirlər”)

Demək, ayə və rəvayətlərin təriflədiyi axirət əhli yaxud tənqid etdiyi dünya əhlindən məqsəd bu iki qrupdur. Qeyd olunduğu kimi bu iki qrup, müxtəlif dərəcələrə malikdir. Bunun üçün də ayə və rəvayətlər bu iki qrupun xüsusiyyətlərini fərqli baxışlardan açıqlayır. Bəzi ayə və hədislərdə bütün xüsusiyyətlər qeyd olunur, bəzilərin də bəzi xüsusiyyətlər. Bəziləri ən xüsusi nəzərə çarpan xüsusiyyəti açıqlayır.

Ayə və rəvayətlərin buyurmuş olduğu dünya əhlinin xüsusiyyətlərindən yalnız birini özündə saxlayan dünya əhlindən sayılar.
Merac hədisinin bu hissəsində qeyd olunan dünya əhlinin iyirmi xüsusiyyətindən hamısı deyil, yalnız bir neçəsi bizdə varsa, dünyanı sevənlərdən olmadığımızı zənn etməyək. Çünki dünyanı sevənlər müxtəlif dərəcələrdə olduqları üçün xüsusiyyətləri də müxtəlifdir. Eyni şəkildə ayə və rəvayətlər axirət əhlinin xüsusiyyətlərini sayarkən, hamısını özümüzdə görmədiyimiz zaman, "dünya əhliyik, axirət əhli deyilik" - deyə düşünməyək, çünki axirət əhli də müxtəlif dərcələrdədir.

Quranın bir çox ayəsində dünyanı sevən, onun arxasıyca qaçanlar, kafir və bədbəxt insanlarla eyni qrupa daxil edilib. Əbədi bir əzabın onları gözlədiyi buyurulub. Bunun müqabilində isə Quran, axirət əhlini səadətlə birlikdə zikr edib, onlar üçün əbədi xoşbəxtliyin olduğunu xəbər verib. Bundan əlavə, Allah dünyada onların qarşısındakı maneələri qaldıraraq kamala doğru yüksəlmələrini təmin edəcəyi vədini verib.

Bəli, dünyanı yəni əslində əbədi cəfanı istəyənlər üçün lazım olanlar hazırdır və axirəti, sonsuz səadəti istəyənlər üçün də mənəvi yüksəliş yolu onlara göstərilib. Lazım olan hər şey onlar üçün hazırlanıb. Nəhayət hər şey insan üçün hazırdır. İstər səadəti seçsin, istərsə də bədbəxtçiliyi.

Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar! (“İsra” surəsi, ayə 18)
Quran buyurur ki, bəzi insanlar keçici, tez yox olan dünyanı sevməkdə və onun kənarındakı həyata heç əhəmiyyət vermirlər. Allah buyurur biz bu xüsusiyyətlərdəki dünyanı istəyənlərə, istədiklərini verəcəyik, amma hamısını deyil, bəzi istəklərini verəcəyik. Elə isə dünya arxasında olanlar heç bir zaman tam olaraq arzularına çata bilməyəcəklər və çatdıqları arzuları üçün də əbədi cəhənnəmə alçaldılmış bir halda girəcəklər. Bu müvəqqəti dünya həyatında bir sıra yalan ləzzətlərə çatmaq istəyənlərə qarşılıq olaraq verilən əzabdır.
Dünyanı sevən kəslərin müqabilində axirəti sevənlər var. Uca Allah onlar haqqında belə buyurur:
Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar. (“İsra” surəsi, ayə 19)

Axirət həyatını arzulayan, dünyadakı həyatdan sonra başqa bir həyatın olduğuna inanan və əbədi səadəti istəyən şəxs bütün gücü ilə ora üçün çalışmaq məcburiyyətindədir. Yaxşı, bu əbədi səadəti istəyən şəxs nə qədər çalışmalıdır? Bu suala doğru cavab verə bilməyimiz üçün dünyanı arzulayan və müvəqqəti dünya ləzzətinə çatmaq istəyənlərin nə qədər çalışdıqlarına baxmaq lazımdır. Əgər min il də yaşasaydılar yenə dünya ləzzətlərinə çatmaq üçün çalışardılar. Əgər bir gün üçün iyirmi dörd saat yerinə qırx səkkiz saat olsaydı hamısını dünya işləri üçün xərcləyərdilər. Möminlərin rəhbəri Həzrət İmam Əli (ə) gecələri səhərə qədər ibadət etməsi, o qədər ağlayıb, Allahla münacat etməsinə baxmayaraq belə buyurur:
Ah azuqənin azlığından, yolun uzunluğundan və səfərin uzaqlığından. (Nəhcül Bəlağə, Kəlam 74)

Heç şübhəsiz axirət üçün çox işin yanında, ən əhəmiyyətli şərt yerinə yetirilməlidir o da, bütün işlərin Allah rizası üçün olmasıdır. Şübhəsiz möminlərə mükafat olaraq veriləcək olan, onların əməllərinin qarşılığında deyil, daha çox veriləcək. Bu barədə Allah belə buyurur:
Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. (“Ənam” surəsi, ayə 160)

Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə, səmimi-qəlbdən imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar. (“Nəml” surəsi, ayə 89)
Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. (“Bəqərə” surəsi, ayə 261)
Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, Allahın rizasını və s.) mövcuddur! (“Qaf” surəsi, ayə 35)

Allah, cənnətliklərə ləzzətini anlaya bilməyəcəyimiz, xəyal belə edə bilməyəcəyimiz nemət verəcək, O yaxşı insanların istədiyindən daha çoxunu verər. Çünki insan ağılının qəbul edə bildiyi ölçüdə istəyər. Amma bizim düşünə bilməyəcəyimiz şeyləri istəyə bilmərik, lakin Allah ağılların dərk edə bilmədiyini cənnətə gedənlərə verəcək onu.

Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz! (“Səcdə” surəsi, ayə 17)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor