RSS
 

Login:
Şifrə:
» » Kasıblarla dostluq etmək

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Kasıblarla dostluq etmək

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-12-2015, 23:03 | Şərh sayı: (0) | Baxılıb: 1495

Kasıblarla dostluq etmək


Kasıblarla dostluq etmək


“Qızıl-gümüşü xəzinə toplayıb onu Allah yolunda sərf etməyənlərə ağrılı bir əzabdan xəbər ver.” (“Tövbə” surəsi, ayə 34)

Heç bir şeyə bağlılığı olmayan və dünyanın bəzəklərinə aldanmayan kasıblar, Allahın sevdiyi bəndələridir, onları sevmək isə Allahı sevməkdir. Onlar ifadə edilən o gözəl xüsusiyyətlərlə özlərini bəzəmişlər, bax bu kasıblar haqqında Uca Allah, Rəsuluna (s) belə əmr edir: “Bu xüsusiyyətlərə sahib olan fəqirlərlə dostluq et, onları özünə yaxınlaşdır, məclislərində iştirak et, əgər kasıbla varlı birlikdə yanına gəlsələr, dərhal kasıbın yanında oturt və heç bir zaman onları yanından uzaqlaşdırma, bacardığın qədər onları sev ki, beləliklə də mən səni özümə yaxınlaşdırım.” (“Merac” hədisindən)

Burada çox mühüm bir sual yaranır, yaxşı nə üçün Allah bu qədər kasıblara əhəmiyyət verir və varlılara əhəmiyyət vermir, heç şübhəsiz həm varlılar və həm də kasıbların yaxşı və pisi vardır?

Buna belə cavab olaraq deyə bilərik ki, Allahın bu əmri bütün kasıbları əhatə etmir. Hər kasıbı sevib ona yaxınlaşmaq nəzərdə tutulmur. Burda məqsəd Peyğəmbərin (s) sualının cavabında buyurmuş olduğu xüsusiyyətlərə sahib olan kasıblardır. (“Onlar aza qane olub yoxsulluğa səbr edib və rifah halında Allaha şükür edənlərdirlər. Ac qalmaqdan nalə etməzlər və yalan danışmazlar. Rəblərinə qəzəblənib əldən verdikləri şeyə qəmgin olmazlar. Allahın onlara əta etdiyi şeylərə görə qürurlanmazlar.”) Təbii ki, əgər varlı şəxslərdən biri o xüsusiyyətləri özündə cəmləşdirsə onu sevmək də Allahı sevməkdir. Əgər imkanlı şəxs Allahın ona bəxş etdiyi nemətlər qarşısında şükür etsə və Allahın o nemətləri əlindən alındığı zaman özünü itirməsə onunla dost olub, sevmək lazımdır. Necə ki, İmam Sadiq (ə) buyurur: “Həqiqətən də, Allah bu çoxlu malı sizə vermişdir ki, onları Allahın məlum etdiyi yollarda işlədəsiniz. Onları sizə yığmaq üçün verməmişdir.” (Mizanul-Hikmət)

Demək hər kasıbı sevmək və hər varlıdan da uzaq dayanmaq Allahın istəyi deyil. Allahın sevməyimizi, yaxud uzaq dayanmağımızı istədiyi şəxslərin meyarı yaxşı və ya pis, Allaha yaxın və ya Allahdan uzaq olmaları ilə ölçülür. Diqqət etsək görərik ki, Allah öz sevgisinin ölçüsünü xüsusilə "kasıblar" anlayışını istifadə edərək deyib. Kasıblar yerinə salehlər, səbir edənlər, qəza-qədərə razı olanlar və ya təvəkkül edənlər olaraq da buyura bilərdi, amma bütün bunların yerinə xüsusilə “kasıblar” sözündən istifadə edib. Bunun səbəbi isə varlı və sərvət sahibi onların daha çox üsyan, fəsad, tüğyan təhlükəsində olmalarıdır, Allahdan uzaqlaşmaq imkanlı şəxslərdə daha çoxdur. Qurani-Kərimdə belə buyurulub: “(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. Xeyr, insan azğınlıq edər. Özünün dövlətli olduğunu gördüyü üçün. Axı sənin axır dönüşün Rəbbinədir! (“Ələq” surəsi, ayə 5-9)”

Varlı şəxs sərvətinə güvənərək onunla qürurlana bilər, kasıb isə heç bir şeyi olmadığı üçün buna görə yaranacaq qürurdan uzaqdır. Ən böyük günahların, şirk və pisliklərin qaynağı ümumiyyətlə imkanlı şəxslərin mübtəla olduğu qürur xəstəliyidir. Varlılar daha çox özlərini bəyəndiyi və təkəbbürlü olduqları üçün Allah Quranda belə buyurur: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (“Hədid” surəsi, ayə 23)”

Varlılar çoxu qürurludur və kasıbların çoxu isə təvazökardır, Allah da təvazökar insanları çox sevdiyindən, yaxşı və Allah dostu şəxslərin çoxu kasıblardan olduğunu söyləyə bilərik. Bunun üçün də Allah əvvəl ümumiyyətlə kasıbları sevməyi əmr edir, sonra isə bir “qırmızı xətt” elan edir. “Küfr və üsyan edən kasıblar isə istisnadır” deyir. Amma əgər, "varlıları sevin" deyə buyursaydı, çox insan kənarda qalardı və az bir qrup sevilərdi. Çünki varlıların çoxu pis sifətlərə sahibdirlər.

Digər tərəfdən isə insan bir kasıbı sevərsə, bu sevgidə ixlas daha çoxdur, amma saleh əməli olan bir varlını sevərsə, bu tamamilə Allah rizası üçün olmur, insan özü də bilmədən bəzi maddi səbəblərə görə ona hörmət edir.
İnsan fitri olaraq sərvəti bir dəyər olaraq görür. Buna görə də varlı şəxslə qarşılaşdıqda imkanlı olduğu üçün ona daha çox dəyər verir. Çünki şüuraltı zənginliyi sevib, ona daha çox əhəmiyyət verib.
İmanlı və varlı şəxsi pulu üçün deyil, yalnız imanı üçün sevməyi özünü tərbiyə etmiş insanlar edə bilər. Əgər həqiqətən imkanı olanı Allaha olan yaxınlığına görə sevirsə, ondan daha imanlı olan bir kasıbı daha çox sevməlidir.

Nəticədə kasıblar Allaha daha yaxın olduqları və onları sevmək daha ixlaslı olduğu üçün uca Allah, Peyğəmbərinə kasıbları sevməyi əmr edir.

Gəlin görək, Allahın buyurmuş olduğu xüsusiyyətləri özündə saxlayan kasıblar hansılardır:

1- Aza razıdırlar: Bəziləri kasıb və yoxsul, amma eyni zamanda varlı olmaq arzusunda və tamahkardırlar. Onlar əsla aza qənaət etməzlər, əldə etdikləri maddiyyatdan tez faydalanarlar. Hədisdə deyilən kasıbları sevməkdə məqsəd təbii ki, bunlar deyil. Məqsəd, gözü başqasının malında olmayan, aza qənaət edib, dünyanın az nemətləri ilə xoşbəxt olanlardır.
2- Yoxluğa və aclığa səbir edərlər: Bəzi kasıblar kasıbçılığa görə həmişə Allaha üsyan edib, "Nə üçün Allah bizi belə kasıb etdi" - deyə şikayətlənərlər. Bunun müqabilində bəzi kasıblar isə kasıb olduqları üçün əsla Allaha üsyan etməzlər, Allahın təqdirinə razı olub səbir edərlər. Əlbəttə, kasıb olmalarının səbəbi özləri deyil, yəni tənbəlliklərinə görə kasıb deyillər. Onların kasıbçılığı xarici və təbii faktorlar üzündəndir. Məsələn, zəlzələ, sel, yaxud bunun kimi təbii fəlakətlər bütün sərvətlərini əllərindən alıb. Onlar səbir etməklə, əllərindən gəlini edirlər. Kasıb olmalarını başqalarından gizlədib, vəziyyətlərini düzəltməyə çalışırlar.
3- Rahatlıq zamanı şükür edərlər: Allah tərəfindən onlara nemət verildiyi və rahatlığa qovuşduqları zaman Allahı unutmazlar, rifaha qovuşduqları zaman daim Allaha şükür edərlər.
4- Aclıq və susuzluqlarından şikayətlənməzlər: Bu xüsusiyyət səbrin nəticəsidir. Səbir edən fəqir, aclıq və susuzluğuna görə digər insanların yanında öz halından şikayətçi olmaz.
5- Əsla yalan danışmazlar: Bəzi kasıblar başqalarından kömək almaq üçün yalan danışar, kiçik bir məsələni böyük göstərib, çətinliklərinin çox olduğu təəssüratını yaradarlar. Beləliklə, başqalarının hisslərini oyadaraq, yardım alarlar. Ümumiyyətlə, kasıbları təhdid edən ən böyük təhlükə də budur, amma Allahın sevdiyi kasıb bəndələr hər nə olsa belə, qətiyyən yalan danışmazlar.
6- Allaha qəzəbli olmazlar: Kasıblığa səbir edib, öz vəziyyətindən şikayətçi olmayanlar Allaha da qəzəblənməzlər. Onlar yalnız insanların yanında belə deyillər, Allaha qəzəb edib, şikayətçi olmağı heç qəlblərindən belə keçirməzlər. Çünki Allaha üsyan edib, şikayətlənməyin bir möminə yaraşmadığını dərk edirlər.
7- İtirdikləri üçün kədərlənməz və əldə etdikləri üçün isə sevinməzlər: Son olaraq ifadə edilən bu iki xüsusiyyət digər xüsusiyyətlərdən daha əhəmiyyətlidir, bunu Allah Qurani-Kərimdə belə tərif edir: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!” (“Hədid” surəsi, ayə 23)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor