Ailəyə bəxşiş etməyin əzəməti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 21:59 | Şərh sayı: (0) | Baxılıb: 290
Ailəyə bəxşiş etməyin əzəməti
Qurani məcidin əzəmətli göstərişinə əsasən, adi sədəqənin 10, dini qardaşa sədəqə verməyin 20, yaxın qohum-əqrəbaya ehsan etməyin 24 həsənəsi varsa, ailəyə ehsan edib onların rifahının yüksəldilməsinə sərf edilən hər ehsanın müqabilində 700 savab verilir. Bu hədislər ailəyə ehsan edilməsinin əhəmiyyətini göstərir. Ev sahibi–kişi gərək ailə üzvlərinin rifahını imkan daxilində yüksəltsin. Bu barədə səhlənkarlıq və ya etinasızlıq edərsə, şübhəsiz ki, sorğu-suala tutulacaqdır. Allah taala səxavətli kişilərə çoxlu savab mərhəmət edəcək, paxıl kişiləri isə cəza verəcəkdir. İmam Riza (əleyhissalam) buyurur: "Bir kişinin imkanı olarsa, ona vacibdir ki, ailəsinin rifahını yüksəltsin.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: Başqa bir hədisdə buyurur: "Səfərdən qayıdanda heç vaxt evə hədiyyəsiz (əliboş) qayıtmayın, hətta bir daş parçası ilə də olsa.” İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kəs öz ailəsinin hüququnu pozsa (tapdalasa), etinasız yanaşsa, günahkar sayılır.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Həyat və məişətinin xərclərini başqasının boynuna atan şəxs məlundur. O şəxs də məlundur ki, ailəsinin hüququnu zay edir.” (Həzrət bu cümləni iki dəfə təkrar etdi.) Cabir ibni Əbdüllah Ənsari deyir: Həzrət Peyğəmbərin hüzurunda oturmuşduq. Həzrət buyurdu: "Ümmətimin kişilərinin ən yaxşı xüsusiyyətlərini sizə deyimmi?” Dedik ki, bəli, ya Rəsuləllah! Həzrət buyurdu: "Onların ən yaxşı xüsusiyyətlərindən biri budur ki, bağışlayan və səxavətli olsunlar.” İmam Riza (əleyhissalam) əsirin barəsində buyurur: "(Həyat yoldaşı) Ailə başçısının ixtiyarında olduğu üçün əsir hökmündədir. Buna əsasən, kişilərin vəzifəsi budur ki, imkanı qədər öz ailəsinə bəxşiş etsinlər.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Həqiqətən mömin həyatında Allah taalanın ədəbini əxz edir və əgər Allah ona bir nemət mərhəmət edərsə, o da ailəsinin rifahını yüksəldər və o nemətin şükrünü əməli olaraq yerinə yetirər.” O Həzrət başqa bir hədisdə buyurur: "Kişilərin ən yaxşısı odur ki, öz ailəsinə qarşı kobud və təkəbbürlü olmasın, onlara tərəhhüm, nəvaziş və ehsan eləsin.” Bu hədislərdən aydın olur ki, ailələrə ehsan və bəxşiş etmək Allah dərgahında ən böyük mükafata səbəb olur və bu sifət yaxşı kişilərin gözəl və imtiyazlı sifətləri sayılır; habelə həyat yoldaşının məhəbbətini cəlb etməkdə, ailənin məhəbbət tellərini möhkəmlətməkdə daha təsirlidir və hər şeydən daha artıq ailənin əxlaqi inhirafa yuvarlanıb başqalarına meyl etməsinin qarşısını alır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər