Övladlara ehtiram |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 07:50 | Şərh sayı: (0) | Baxılıb: 322
Övladlara ehtiram
Hər bir insanın batini istəklərindən bir də ona qarşı məhəbbət və özünü sevməkdir. Habelə o, istəyir ki, başqaları da ona hörmət etsinlər, ehtiram nəzərləri ilə ona baxsınlar. Bu istək bütün insanlarda təbii və fitri şəkildə mövcuddur və şəxsi mənfəətlərin cəlb olunması səbəbidir. Əgər bu xüsusiyyətə lazımınca riayət edilməzsə, çox hallarda fərdi başqaları tərəfindən istismar olunmasına gətirib çıxaracaqdır. Bu səbəbdən də İslam dini bizə göstəriş verir: Bir-birinizlə qardaşlıq münasibətində olun, bir-birinizə məhəbbət nəzərləri ilə baxın. Çünki bu cür rəftar cəmiyyətdə yaxşı rəftarın, qarşılıqlı ehtiramın yaranmasına səbəb olacaqdır.
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) öz oğlu Məhəmməd Hənəfiyyəyə vəsiyyətində buyurur ki: "Başqalarının sənə yaxşılıq etmələrini istədiyin kimi, sən də bütün insanlara yaxşılıq et.”
Yenə o Həzrətdən rəvayət olunub ki: "Bütün insanlarla yaxşı danış ki, onlardan yaxşı cavab eşidəsən.”
Bu hədislərdən göründüyü kimi, Həzrətin bu göstəriş müəyyən bir qrupa məxsus olmayıb əksinə, böyük və ya kiçik, müsəlman və ya qeyri-müsəlman, qohum və ya yad, ata və ya oğul və s. olmasından asılı olmayaraq bütün insanlara xitab edir və Həzrət bu vəzifəni hamı üçün müəyyənləşdirir. Bəli, övladlar da istəyirlər ki, öz valideynləri yanında sevilsinlər, valideynləri onlara şəxsiyyət verib ehtiram gözü ilə baxsınlar. Bu cəhətdən də bizim məsum rəhbərlərimiz həm öz övladlarını, həm də başqalarının övladlarını sevir, onlara ehtiram qoyur və öz ardıcıllarına da tövsiyə edirdilər ki, övladlarınızı sevib əzizləyin, onlara qarşı təvazökar olun, hətta müəyyən hallarda onlarla oynayın, beləliklə də onların özlərinə və ailələrinə qarşı məhəbbətlərini cəlb edə bilin, onları fəsad bataqlığına düşmələri azğın, əxlaqsız dostlara qoşulmalarının qarşısını alın. Çünki, uşaqlar məhəbbətə, səfa-səmimiyyətə çox ehtiyac duyur və öz mənəvi ehtiyaclarını mümkün olan hər yolla təmin etmək istəyirlər. Əgər bəzən təcrübəli, ürəyi yanan və mehriban ata və ana bu təbii ehtiyacları təmin edə bilməsələr, şübhəsiz övladlar azğınların, satqınların və yaramazların arxasınca gedərək onların aldadıcı məhəbbət və əxlaqlarına uyacaqlar. Rəsuli Əkərm (səlləllahu əleyhi və alih) buyurur: "Hər kəsin uşağı olsa, onunla uşaq kimi rəftar etsin. Bu yolla uşağı daha yaxşı tərbiyə edə bilər.”
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Hər kəsin uşağı olsa, gərək onunla uşaq kimi oynasın.”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Uşaq birinci 7 yaşına qədər ağa, ikinci 7 ildə (14 yaşa qədər) xidmətçi, üçüncü 7 ildə (21yaşınadək) isə ailənin vəziridir.”
Yəni övladlar həyatın ilk çağlarında zəif və bacarıqsız olduqlarına görə ağa kimi ehtirama layiq görülməli, nəvaziş görməlidirlər. İkinci dövrdə işlətməklə, qayda-qanunları və iş üslubunu öyrətməklə onları böyütmək, üçüncü yeddi ildə isə topladığı təcrübə sayəsində onların şəxsiyyət və təfəkkürünə həddindən artıq ehtiram qoymaq, onlara ailənin vəziri kimi baxmaq, müəyyən hallarda onların fikir və təkliflərindən istifadə etmək lazımdır. Ənəs ibni Malik öz həyatını Peyğəmbərin hüzurunda keçirənlərdən idi. O deyir: Peyğəmbər hər vaxt uşaqlarla qarşılaşsaydı, onlara salam verər, şəxsiyyətlərinə ehtiram qoyar, bununla da cəmiyyətdə uşaqlara ehtiram məsələlərini öz ardıcıllarına göstərərdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: "Öz övladlarınıza ikram edin (əzizləyin) və onların ədəblərini gözəlləşdirin.”
İmam Sadiq (əleyhissalam) buyurur: "Həqiqətən Allah taala bir bəndəsinə, onun öz övladına məhəbbəti xatirinə rəhm edir.”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Həsən və Hüseynin üzündən öpəndə, Əbra ibni Haris dedi: "Mənim on dənə övladım vardır, amma onların heç birinin üzündən öpməmişəm.” Həzrət buyurdu: "Hər kəs rəhm etməsə, ona rəhm olunmaz.”
İmam Sadiq (əleyhissalam) buyurur: "Bir kişi Peyğəmbərin yanına gəlib dedi: "Mən indiyə qədər heç bir uşağın üzündən öpməmişəm.” Elə ki, Peyğəmbərin yanından getdi, Həzrət buyurdu: "Bu adam mənim nəzərimdə cəhənnəm əhlidir.”
İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kəs öz övladını öpsə, Allah onun üçün bir həsənə yazar. Hər kəs övladını sevindirsə, Allah da onu qiyamət günü sevindirər.”
İndi isə əziz oxucuların diqqətini aşağıdakı mühüm hekayələrə cəlb edirik:
1- Bir gün Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Mədineyi-Münəvvərədə bir dəstə adamla namaz qılırdı. Yəhudilərdən biri də onlara diqqət edirdi. (Həzrət Həsən və Hüseyn (əleyhiməssalam) uşaq vaxtı Peyğəmbər səcdəyə gedəndə hər vaxt onun dalına minir və ayaqlarını yellədirdi. Həzrət səcdədən qalxanda, onu əli ilə götürüb yerə qoyardı.) Bütün səcdələrdə bu hadisə təkrar oldu. Namazdan sonra həmin yəhudi Həzrətə yaxınlaşıb dedi: "Ya Mühəmməd, siz öz uşaqlarınızla elə rəftar edirsiniz ki, biz əsla o cür rəftar etmərik.” Həzrət buyurdu: "Əgər siz də Allaha və Onun Peyğəmbərinə iman gətirsəydiniz, öz övladlarınızla belə rəftar edər, onlarla mehriban olardınız.”
Həzrətin öz nəvəsinə göstərdiyi mehribançılıq və nəvaziş o yəhudinin iman gətirməsinə səbəb oldu.
2- Həzrət İmam Sadiq (əleyhissalam) nəql edir ki, bir gün əziz babası zöhr namazını qılarkən öz gündəlik adətinin əksinə olaraq axırıncı iki rəkətini sürətlə qılıb qurtardı. Səhabələr namazdan sonra Həzrətin hüzuruna gəlib soruşdular: "Ya Rəsuləllah, namaz əsnasında nə baş vermişdi ki, siz bu cür etdiniz?” Həzrət buyurdu: "Məgər nə oldu ki?!” Dedilər: "Siz namazı çox sürətlə qıldınız.” Həzrət buyurudu: "Məgər o kişinin uşağının ağlamaq səsini eşitmədinizmi?”
"örəsən insaniyyət nümumnələri olan məsum rəhbərlərin uşağa ehtiram göstərmək barəsindəki rəftarlarından ibrət dərsi almamalıyıqmı?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər