Övladların maddi hüquqları |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 21:03 | Şərh sayı: (0) | Baxılıb: 390
Övladların maddi hüquqları

Dahi şiə alimi mərhum Şəhid Sani (kitablar hal-hazırda elmiyyə hövzələrində tədris olunur) yazır: "Ata-ananın və onların ata-anasının xərcləri, həmçinin oğul və qız övladın və onların da övladlarının xərcləri insana vacibdir. Hətta bu şəxslər fasid və kafir olsalar belə.” Deməli, övladların xərcləri islami rəvayət və sünnəat nəzərindən, habelə, böyük fəqihlərin fətvalarına əsasən (bu, onların fikir birliyində olduqları məsələdir) valideyn üçün vacibdir. Ata və ana bu barədə səhlənkarlıq, qəflət və etinasızlıq edə bilməzlər. Hətta bəzi hədislərdən məlum olur ki, valideyn gərək övladların iqtisadi inkişafı üçün şəraiti, hətta özünün vəfatından sonra da nəzərdə tutsunlar, öz övladlarını işə və təhsilə, elmə o qədər vadar etsinlər ki, həyatda fəqirliyə, yoxsulluğa düçar olmasınlar. Həmçinin öz mal-dövlətlərini övladları üçün qoyub getsinlər. Valideyn öz övladlarının yoxsulluğa, bədbəxtliyə səbəb olan yersiz bəxşiş və hədiyyələrdən çəkinməli, Allahın və Onun Rəsulunun qəzəbinə səbəb olmamalıdırlar. Mədineyi-münəvvərədə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in səhabələrindən biri savab qazanmaq, Allah dərgahına yaxınlaşmaq üçün öz mal-dövlətini yoxsullara, fəqir-füqəraya bağışladı. Nəticədə vəfatından sonra kiçik (səğir) övladları yoxsulluq ucbatından dilənməyə başladılar. Həzrət bu hadisədən xəbərdar olduqda bərk narahat olub səhabələrdən soruşdu: "O kişini harada dəfn etmisiniz?” "Onu müsəlmanların qəbiristanlığında dəfn etmişik”, deyə cavab verdilər. Həzrət buyurdu: "Əgər əvvəldən xəbərdar olsaydım, qoymazdım ki, onu müsəlmlanların qəbiristanlığında dəfn edəsiniz. Çünki o, öz övladlarının hüquqlarını nəzərə almamışdır, nəticədə onlar fəqirliyə düçar olmuşlar.” Bu hədis bəyan edir ki, Peyğəmbərin o ənsardan olan kişinin hərəkətlərindən narahat olmasının səbəbi bu idi ki, mal-dövlətini fəqirlərə verərək övladlarının gələcəyini nəzərə almamış, bu barədə məsuliyyət hiss etməmişdir. "Sənin bədbəxtliyinə bais olan sənə vurduğu zərər başqalarına çatdırdığın mənfəətindən çox olan ehsan caiz deyildir.” Bəli, əgər bir kəs öz mal-dövlətini, həyatının dayağı olduğu halda başqalarına versə və özünü və övladlarını nəzərə almasa, şəkksiz heç də yaxşı iş görməmişdir, nəticədə Allah dərgahında övladlarının hüquqlarını zay edib taladığına görə haqq-hesaba çəkiləcəkdir. Necə ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) o kişinin bu sayaq əməllərindən özünün son dərəcə narahatlığını və qəzəbini bildirdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər