Kişinin təmizkarlığı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 15:39 | Şərh sayı: (0) | Baxılıb: 311
Kişinin təmizkarlığı
"Ey insanlar, ibadət məqamında, məscidə gedərkən özünüzü səliqəyə salıb bəzənin. Və de: Kim Allahın Öz bəndələrinə məxsus etdiyi nemətləri haram etmişdir?” Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Allah taala Özü gözəldir və gözəllikləri də sevir, bəndələrindən də istəyir ki, Onun lütf və nemətlərini zahir etsinlər. Kifayət qədər maddi imkanları olan halda bəzənməklə, zinət verməklə öz şəxsi paltar və məskənlərini, habelə ümum məkanları bəzəyib təmiz saxlasınlar.” İmam Sadiq (əleyhissalam) buyurur: "Allah taala gözəldir və gözəlliyi də sevir. O, ehtiyaclı olmağı izhar etməyi düşmən tutur.” Əgər Xudavənd Öz imanlı bəndələrindən olan süffə səhabələrini Quranda tərifləyirsə, bu onların izzəti-nəfs göstərmələri fəqirlik və pərişanlıq izhar etməmələri xatirinədir. Onlar müsəlmanların içərisində ən kasıb olmalarına baxmayaraq bu barədə bir şey izhar etməmişlər. Həzrət İmam Sadiq (əleyhissalam) Mədinədə olarkən bir müddət kasıblaşdı. Şəhər əhalisi bundan xəbər tutduqda söz-söhbətlər başlandı. İmam (əleyhissalam) bu söz-söhbətdən agah olduqda, yoxsulluq sirrinin aşkar olmasının qarşısını almaq məqsədi ilə min dirhəm məqbləğində pulu Mədinənin valisinə malının zəkatı kimi göndərib öz ictimai abır-heysiyyətini qoruyub saxladı. İmam Riza (əleyhissalam) buyurur: "Peyğəmbərlərin əxlaqından biri də paklıqdır.” İmam Həsən (əleyhissalam)-ın gözəl və səciyyəvi xüsusiyyətlərindən biri də bu idi ki, namaz vaxtlarında ən yaxşı və gözəl paltarlarını geyinərdi. Bu işin səbəbi barəsində soruşduqda buyurardı: "Allah Özü gözəldir və gözəllikləri də dost tutur. Mən də Allahım üçün bəzənirəm.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Cümə günləri qusul edin, hər kəs cümə günü qusul etsə, bu iş onun bir həftəlik günahlarının kəffarəsi olar.” Yenə buyurur: "Dişləri təmizlədikdən sonra qılınan namaz Allah yanında dişləri təmizləmədən qılınan 70 rəkət namazdan sevimlidir.” Başqa bir hədisdə buyurur: "Ümmətimin zəhmətə düşməsindən qorxum olmasaydı, onlara dəstəmaz kimi, hər namaz vaxatı mesvak vurmalarını da vacib edərdim.” Bu hədisdən məqsəd budur ki, dişi təmizləmək vacib həddində olmasa da, təkidli bir müstəhəb əməldir. Yuxarıdakı ayə və rəvayətlər göstərir ki, paklıq, nəzafət və səliqəlilik mühüm bir məsələdir və Allah taala ona riayət etmək üçün müxtəlif göstərişlər vermişdir. Peyğəmbər və Məsum imamların da təkidli tövsiyələri məhz bu əsasda olmuşdur. Allah taala bu məsələlərə riayət edənləri əfv edərək bağışlayır, bu əməllər üçün çoxlu mükafatlar təyin edir. Bütün müsəlmanlara, xüsusilə ictimai yerlərdə yaşayan şəxslərə lazımdır ki, bu gözəl xüsusiyyətə riayət etsinlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər