Ərin bəxşiş və səxavəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 22:00 | Şərh sayı: (0) | Baxılıb: 415
Ərin bəxşiş və səxavəti
Bəxşiş və səxavət ali-insani bir sifətdir ki, islam dini onu tövsiyə etmişdir. Bu, ictimai nəzərdən xüsusi əhəmiyyətə malik olmuş, insanlar da ona çox dəyər vermişlər. Ona malik olan şəxsə ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən ehtiram qoyulur. Bundan əlavə, bu ehsan və bəxşiş çoxlu müsbət təsirlər qoyaraq çoxlu xoşagəlməz bəlaların qarşısını alır, ömrün uzanmasında da son dərəcə müsbət təsirə malikdir. Bu iş ruzinin artmasında, fəqirliyin aradan qalxmasında son dərəcə təsirlidir. Qurani kərim və Məsum rəhbərlər öz ardıcıllarını yetimlərə və yoxsullara ehsan, bəxşiş etməyə dəvət edir. Bu işin yerinə yetirilməsini fərdin və ictimaiyyətin xoşbəxtlik amili bilir. Bu məsələni ailə barəsində də daha çox təkidləndirir. Çünki həyatın və məişətin vüsətdə, rifahda olması, ailə üzvlərinə qarşı çox təsirli olub onları bir-birinə qarşı daha mehriban edir, onların qarşılıqlı analaşmada yaşamasına zəmanət verir. Allah-taala buyurur: "Allahın rəhmət və lütfü ehsan edən (səxavətli) insanlara yaxındır.” Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Hər kəsin ehsan və bəxşişi çox olsa, hamı onu sevər.” İmam Sadiq (əleyhissalam) buyurur: "Şər (günahkar), amma səxavətli cavan, İlahinin dərgahında abid, amma paxıl qocadan daha sevimlidir.” Həzrət Musa ilahi görüşə gedəndə Samiri adlı bir şəxs Bəni İsrail qövmünü qəribə planlarla Allahın dinindən ayırdı. Həzrət Musa geri qayıdarkən onun xəyanətlərindən agah olub onu öldürmək qərarına gəldi. Amma Allah taala Musaya xəbər göndərdi ki: "Samiri səxavətli olduğuna görə onu əfv et və öldürmə.” Bu cür mətləblər islam hədislərində daha çox gözə dəyir. İmam Baqir (əleyhissalam) buyurur: "Yaxşı əməl, yaxşılıq və bəxşiş fəqirliyin, yoxsulluğun qarşısını alır, insanın ömrünü uzadır və doxsan növ xoşagəlməz ölümün qarşısını alır.” Ümumi sədəqə və onların gözəl təsirlərini bəyan edən bu hədislər diqqət mərkəzində olan məsələlər sırasındadır. Bunlardan daha mühüm insanın öz yaxın qohumlarına, ələlxüsus ailə üzvlərinə ehsan etsin, bu iş Allah dərgahında bütün ehsanlardan yaxşıdır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Dini qardaşa ehsan eləməyin 20 həsənəsi, qohum-əqrəbaya ehsan eləməyin isə 24 həsənəsi vardır.”
Həzrət başqa bir hədisdə buyurur: "Hər kişi səy edib müəyyən miqdarda qazansa və onu öz ailəsinə bağışlasa (xərcləsə) və onların həyatını, yaşayışını firavanlaşdırsa, Allah-taala xərclədiyi hər dirhəmin müqabilində 700 həsənə verər.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər