Dini təlim-tərbiyə |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 07:28 | Şərh sayı: (0) | Baxılıb: 390
Dini təlim-tərbiyə

Soruşdular ki, ya Rəsuləllah, o atalar kafir və ya müşrik olarlarmı? Həzrət buyurdu: "Yox, onların ataları mömindirlər, amma öz övladlarına dini məsələləri öyrətmirlər. Əgər övladların özləri bu məsələləri öyrənmək istəsələr, ataları bu işə mane olub qabağını alar. Mən o (atalar)-dan bizaram, onlar da məndən uzaqdırlar.”
İmam Sadiq (əleyhissalam) buyurur "Qoy övladın yeddi yaşına qədər oynasın, ikinci yeddi ildə onu yaxşı-yaxşı tərbiyə et, üçüncü yeddi ildə övladından uzaqlaşma.”
Bu hədisin oxşarı əvvəldə də qeyd olunmuşdu. Bu göstərir ki, ibtidai dövrlərdə övladın təlim-tərbiyəsində onlarla həmahəng olub onlarla oynamaqla müyəssər ola bilər. Sonra onların təlim-tərbiyələri yolunda ciddi səy göstərilməlidir. Və bu dövrdə həssas olan şey övladların həddi-büluğa çatmaları məsələləridir ki, düşmənlər bu mərhələdə pak övladları tələyə salıb yoldan azdırırlar. Ata-analar övladlara bu yaş çağlarında daha artıq nəzarət etməlidirlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Öladlarınıza hörmət edin və ədəblərinizi gözəlləşdirin.”
Həzrət bu hədisdə göstəriş verir ki, valideyn övlada qarşı məhəbbət və nəvaziş etməklə yanaşı, özü də əməldə, rəftarda, sair yönlərdə ədəbli olmalı, öz yaxşılıqlarını əməli olaraq həyata keçirməklə övladlarını tərbiyələndirməlidirlər. Çünki layiqli övladlar yalnız İslam qanunlarına riayət edən layiqli valideynlər olduqda mümkündür. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Yalan–istər ciddi olsun, istərsə də zarafatyana, caiz deyildir. Həmçinin caiz deyil ki, sizlərdən biri öz övladına vədə verib onu yerinə yetirməsin.”
Şəkksiz zarafat üzündən olan yalanlar böyük və ciddi yalanlara cürət tapmağa səbəb olur və bu, böyük yalanların müqəddiməsidir. Məhz buna görə də caiz deyildir. Bu cür yalanlar və vədəyə xilaf çıxmalar, xüsusilə övladlara qarşı, onların təlim-tərbiyəsində mənfi təsir qoyaraq azğınlığa düçar olmasına səbəb olur, onların pak fitrətlərini sarsıldır, bu da övladın tərbiyəsində xəyanət hesab olunur. Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Həqiqətən insanlar gözəl ədəbə, qızıl və gümüşə olan ehtiyaclarından daha çox ehtiyaclıdırlar.”
Həzrət başqa bir hədisdə övladların ədəbli tərbiyə olunması barədə buyurur: "Atanın övlada etdiyi ən yaxşı bəxşiş, düzgün tərbiyəsidir və heç nə ona çata bilməz.”
Bundan əvvəlki hədisin yalnız tərbiyənin səhih bir ictimai yönünü təcəssüm etdirməsinə baxmayaraq onun kamil nümunəsi cavanlar və yeniyetmələrdir. Bu hədisdə də Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) övladların ata tərəfindən gözəl tərbiyəsini ən gözəl hədiyyə və bəxşiş kimi təqdim edir.
İmam Sadiq (əleyhissalam) xatırladır ki: "Nə qədər ki, müxaliflər və əcnəbilər övladlarınızı yollarından azdırmayıb, onlara islami məsələləri öyrədin.”
Tarixdə var ki, bir nəfər öz övladı ilə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib ərz etdi: "Ey Peyğəmbər, bu övladımın qarşısında olan borcum nədən ibarətdir?” Həzrət buyurdu: "Ona gözəl ad qoyub yaxşı ədəb verəsən, onun üçün yaxşı həyat yoldaşı seçəsən.”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) yenə buyurur: Uşaqları sevin və onlara rəhm edin. Onlara bir şey vədə versəniz, öz vədənizə əməl edin.”
Bu hədislərdən belə nəticə alırıq ki, övladların düzgün tərbiyəsi ictimaiyyətin ən zəruri ehtiyaclarından biridir. Əgər bu məsələyə diqqət yetirilməzsə, ictimaiyyətin, ailənin və fərdin həqiqəti, şərafəti təhlükə ilə qarşılaşacaq. Valideynlər bu barədə ağır məsuliyyətləri vardır, azacıq diqqətsizlik, səhlənkarlıq və ya etinasızlıq onların əziz sərmayələrini məhv edib puça çıxara bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər