Peyğəmbər (s) qızından icazə alır |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 17-12-2014, 23:57 | Şərh sayı: (0) | Baxılıb: 2293
Peyğəmbər (s) qızından icazə alır
Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib Zəhra (əleyhiməssalam) ilə evlənmək üçün Həzrət Peyğəmbərin hüzuruna gəlib ürəyinin istəyini açıqladı. İmkan aləminin qütb nöqtəsi, aləm insanlarını ən yaxşısı Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Ya Əli, başqaları da Zəhranın elçiliyinə gəlmişdilər. Mən onların sözlərini qızıma çatdırdım, amma o, razı olmadı və narazılıq əlaməti olaraq üzünü (yana) çevirdi.
İndi sənin elçiliyini ona çatdırıram.
Sonra Həzrət öz qızının yanına gəlib buyurdu:
"Qızım, Əli sənə elçi gəlib. Bu barədə nə deyirsən?”
Bu dəfə Həzrət Zəhra əvvəlki dəfələrin əksinə olaraq üzünü çevirmədi və sükutu ilə razılığını bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) təkbir deyən halda onun razılığını Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-a çatdırdı.
Diqqət yetirmək lazımdır ki, hətta Peyğəmbər də qızı Zəhranın barəsində birbaşa, onun icazəsi olmadan qərara gəlmir, əksinə, evlənmə məsələsində qızının razılığını lazım və zəruri bilir. Bu əməl ilə bütün insanlara azadlıq dərsi verib öyrədir ki, qızlar həyat yoldaşı seçməkdə ixtiyar sahibi və azaddırlar.
Davud ibni Sərhan deyir: İmam Sadiq (əleyhissalam)-dan qızların ərə getməsi və onların ailə qurmaq istədikdə Həzrət buyurdu:
"Atanın vəzifəsi budur ki, ərə getmə məsələsini qızına təklif etsin. Əgər müxalifət etməsə, sükutu razılıq əlaməti hesab olunur. Əgər ərə getməyə razı olmasa, atası onu məcbur edə bilməz. Əgər qızı "mən nəzərdə tutduğum şəxslə ailə qurmaq istəyirəm” deyərsə, hökmən onun istəyi ilə razılaşmalıdır. Bu hədisdə Əbdürrəhman adlı bir şəxs İmam Musa ibni Cəfər (əleyhissalam)-dan, qızını öz qardaşı oğluna vermək barədə məsləhətləşir. İmam (əleyhissalam) buyurur: "Eybi yoxdur, amma bu iş qızının razılığı ilə olmalıdır. Çünki o, həmin oğlanla birlikdə yaşayacaqdır.”
İmam (əleyhissalam) bu hədisdə qızların təfəkkürdə, yol seçməkdə düşüncə azadlığının səbəbini bəyan edir. O da həyatın müştərək, iki tərəfin razılığı əsasında olmasıdır ki, bu məsələ qızlarla əlaqədardır. Onların həyat yoldaşları öz istədikləri şəxslər olmalıdır ki, birlikdə səfa-səmimiyyət içərisində xoşbəxt yaşaya bilsinlər. Quranın təbiri ilə desək, "batini və daxili aramlıq səbəbi” ola bilsin. Bu barədə çoxlu hədislər vardır ki, qızın razılığını evlənmənin əsas şərtlərindən biri kimi hesab edir və buyurur ki, onun razılığını əldə etmədən oxunan kəbin batil, belə evlənmədən doğulan uşaqlar qeyri-qanuni olacaqdırlar. Buna əsasən, ata-anaların borcudur ki, öz övladlarını bu cür həssas işlərdə azad qoysunlar, onların fikirlərini məhdudlaşdırmasınlar, eyni zamanda onları özlərinin yol göstərmələrindən məhrum etməsinlər, işlərin gələcəyini onların gözləri önündə təcəssüm etdirsinlər. Amma son qərarı qızların özləri seçməlidirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər