Qadını döymək qadağandır! |
Müəllif: Eli Aşiqi | Bölmə: Xanimlar üçün | Vaxt: 21-01-2015, 16:03 | Şərh sayı: (1) | Baxılıb: 3330
Qadını döymək qadağandır!
Bu barədə olan islam qanunlarının araşdırılması bizi həssas və incə məsələlərə doğru yönəldir, qadınlara ruhi və cismi cəhətdən işgəncə verilməsini ailə hüququna qarşı yönəldilən ən böyük cinayətlərdən hesab edir. Qadınlar kişilər kimi şərif və insaniyyət dəyərlərinə malik olan varlıqlardır. Buna əsasən, onları döymək, heç də qəbulediləsi bir məsələ deyildir. Onların eşq-məhəbbət yolunda döyünən mehriban qəlbləri şərif və zərif varlıq olduqlarını göstərir. Onların bədənləri heyvan bədəni deyildir ki, döyülməyə, əzab-əziyyətə və işgəncəyə dözə bilsin. Müqəddəs islam dini qadınları döyməyi qadağan edir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Bir kəsin haqqı yoxdur ki, öz arvadına əzab-əziyyət verib döysün; amma əgər islam icazə verdiyi istisna hallarında olarsa, eybi yoxdur.” Həzrət başqa bir hədisdə buyurur: "Aya sizlərdən hər hansı biriniz öz arvadını döyüb sonra onu qucaqlayarmı?!” Peyğəmbər (səlləllahu əleyhi və alih) çox təəccüblə bu sualı irəli çəkib buyurur ki, bir kəs öz həyat yoldaşını döyüb sonra onunla yaxınlıq etməsi nə qədər də rüsvayçılıqdır! Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "İnsanların tərbiyələndirilməsi ədəblə, heyvanların ədəbləndirilib aram edilməsi isə yalnız döyməklə mümkündür.” Qadınları döyənlər onları insan və aqil şəxslər sırasında hesab etmirlərmi? Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Ey camaat, siz arvadlarınız barəsində çox ehtiyatlı olub Allahdan qorxun! Çünki onlar ilahi əhd-peymanlarla sizin ixtiyarınıza keçmişlər. Siz Allahın məxsus kəlmələri ilə onları özünüzə halal etmisiniz. Bu halda yaxşı olar ki, bu əmanətləri döyüb incitməyəsiniz, çünki onlar eşq və məhəbbət ocağıdır.” Həzrət başqa bir hədisdə buyurur: "Təəccüb edirəm o kişilərə ki, həyat yoldaşını vurur, halbuki özü vurulmağa daha layiqdir. Ey müsəlmanlar, qadınlarınızı çubuqla vurmayın. Əgər onları tənbeh etməyə məcbur olsanız, aclıq və üryan saxlamaqla onları ədəbləndirin. Bu üsul sizin dünya və axirətdə xeyrinizədir.” Bir nəfər Peyğəmbərdən qadınların hüquqları barəsində soruşdu, Həzrət buyurdu: ""ərək kişi arvadının üzünə vurmasın və ona əxlaqi cəhətdən üzünü turşutmasın.” Həzrət başqa bir hədisdə buyurur: "Sizin ən pis kişilərinizin kim olduğunu deyimmi?” Dedilər, bəli ya Rəsuləllah. Buyurdu: "Öz əyalını və nökərini döyüb onlara rəhm etməyən və mehribanlıq göstərməyənlərdir.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Hər kəs öz arvadını ömrü boyu üç dəfədən artıq vursa, Allah taala onu Qiyamət günü bütün məxluqatın içərisindən qaldırıb əvvəldəkilərin və axırdakıların (yəni bütün məxluqatın) içində rüsvay edəcəkdir.” Bu rəvayətlər əziz oxucular üçün qadını vurmağın qadağan olması barəsində kifayətdir. Çünki qadınlar incə insani duyğulara malik olan ilahi əmanətlərdir. Buna əsasən, onları kötəkləmək insani atifələrə xəyanət, əmanətdarlıq hüququna riayət etməməkdir. İkincisi, qadınlar ərlərinin səadət və xoşbəxtlik amili, eşq, səfa-səmimiyyət ocağıdır. Onları vurmaq son dərəcə qəbahət sayılır və ailə ocağını yanar cəhənnəmə döndərir. Üçüncüsü, qadını vurmaq islam göstərişlərinin əksinədir. Bu işi görən şəxs dünya və axirətdə Allahın qəzəbinə, Rəsuli Əkrəmin nifrət etməsinə səbəb olacaqdır. Bu məsələ sair məsələlərdən daha mühümdür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər