Gözəl ailəyə malik olmaq üçün Məsumların (ə) 10 tövsiyəsi |
Müəllif: Admin | Bölmə: Hədislər | Vaxt: 21-01-2016, 21:40 | Şərh sayı: (0) | Baxılıb: 836
Gözəl ailəyə malik olmaq üçün Məsumların (ə) 10 tövsiyəsi

1. Həzrət Peyğəmbər (s) buyurur: "Bəndənin imanı hər nə qədər çox olarsa, xanımına olan sevgisi də çox olar”.
2. İmam Sadiq (ə) buyurur: "Hər kim bizi daha çox sevər, xanımı ilə daha çox dostluq edər”.
3. Əmirəl-möminin (ə) buyurur: "Həyat yoldaşınla həmişə mehriban ol və onunla yaxşı yoldaş ol ki, həyatın səfalı olsun”.
4. Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin ən yaxşı insanı o kəsdir ki, ailəsinə qarşı kobud və təkəbbürlü olmasın. Onlara rəhm etsin və onlara nəvaziş etsin. Onlara əziyyət verməsin”.
5. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim xanımının üzünə sillə vurar, Allah cəhənnəm atəşinin gözətçisinə əmr edər ki, cəhənnəm atəşində üzünə yetmiş sillə vursun”.
6. Həzrət Peyğəmbər (s) buyurur: "Kişinin həyat yoldaşına dediyi bu söz: "Mən səni sevirəm”, heç bir zaman qadının ürəyindən çıxmaz”.
7. Həzrət Peyğəmbər (s) buyurur: "Qadının əri üzərindəki haqqı budur ki, onu doyuzdursun, paltar geyindirsin, namazı, orucu və zəkatı ona öyrətsin. Qadın da bu məsələlərdə onunla müxalifətlik etməsin”.
8. İmam Rza (ə) buyurur: "Hər kim halal yolla ailəsinin rifahını təmin etməyə səy göstərərsə, Allah yolunda cihad edən mücahid kimi olar”.
9. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bazara gedər və ailəsi üçün hədiyyə alarsa, (mükafatı) o kəs kimidir ki, yoxsullara sədəqə aparar. (Hədiyyəni evə aparan zaman) oğlanlardan əvvəl gərək qızlara versin. Çünki o kəs ki, qızını sevindirər, ona bənzəyir ki, İsmayil övladlarından olan bir qulu azad etmişdir. Hər kəs oğlunun gözünü aydın edər, sanki Allah qorxusundan ağlamışdır. Nə zaman Allah qorxusundan ağlasa, Allah onu behişt nemətlərinə daxil edər”.
10. İmam Baqir (ə) buyurur: "Necə ki, kişilər xanımlarını bəzənmiş və zinətdə görməyi sevirlər, qadınlar da istəyirlər ki, həyat yoldaşlarını bəzənmiş və zinətdə görsünlər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər