Qız irəlidir, yoxsa oğlan? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 21:52 | Şərh sayı: (0) | Baxılıb: 496
Qız irəlidir, yoxsa oğlan?

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Övladlarınızın ən yaxşısı qızlarınızdır.”
Bu hədisdə Həzrət qızları övladların ən yaxşısı kimi təqdim edərək onlara məhəbbət və nəvaziş edilməsini tövsiyə edir.
İmam Sadiq (əleyhissalam) buyurur: "Qızlar həsənə, oğlanlar isə nemətdirlər. Həsənələrə savab verilir, amma nemətdən sual olunur.”
Yəni qızlar həsənə, oğlanlar nemət hökmündədir. Allah əcri və mükafatı həsənələr müqabilində verir. Amma nemətdən sorğu-sual ediləcəkdir. Bu hədis göstərir ki, qızlara oğlanlardan çox məhəbbət və nəvaziş edilməsinə tövsiyə olunmuşdur və bu iş daha artıq savaba səbəb olacaqdır.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Hər vaxt evə müəyyən töhfə və meyvə gətirsəniz, əvvəlcə qızlara və qadınlara verin. Çünki hər kəs bir qızı sevindirsə, sanki İsmail peyğəmbərin övladlarından olan bir qulu azad etmişdir.”
Bu fəsildən nəticə alırıq ki, övladlara məhəbbət göstərilməli və onların arasında fərq qoyulmamalıdır. Bəzi hallarda məhəbbət göstərilməkdə qızlar oğlanlardan irəli salınmalıdır. İndi burada iki hədis qeyd etməklə bəhsi sona çatdırırıq. İmam Sadiq (əleyhissalam) buyurur: "İnsanın öz övladına yaxşılıq etməsi öz atasına yaxşılıq etməsidir.”
Əliyyibni Hüseyn (əleyhissalam)-a yeni doğulan övladları barəsində müqdə veriləndə, onun oğlan və ya qız olması barəsində əsla soruşmaz, ilk sualı bu olardı ki: "Sağlamdırmı?” Əgər sağlam olması barədə xəbər versəydilər, deyərdi: "Həmd və şükür olsun Allaha ki, məndən eybli övlad yaratmadı.”
Bu hədis övladlar arasında fərq və imtiyaz qoyulmamasını çatdırmaqdan əlavə bəyan edir ki, qız və oğlan arasında fərq yoxdur və habelə uşağın təbii və xilqət cəhətindən sağlam olmasını əsas məsələ kimi bəyan edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər