Ərin əxlaqı və ciddiyəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 21:05 | Şərh sayı: (0) | Baxılıb: 376
Ərin əxlaqı və ciddiyəti

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "İman cəhətindən ən yaxşı şəxs odur ki, gözəl və islami əxlaqa malik olub öz ailəsinə, əhl-əyalına mehriban olsun; və mən öz ailəmə qarşı sizin hamınızdan daha mehribanam.” Həzrət başqa bir hədisdə buyurur: "Həqiqətən möminlərin iman cəhətindən ən kamil olanı–əxlaq cəhətindən ən gözəl və öz qadınlarına qarşı mehriban olanlarıdır.” Hüseyn ibni Bəşşar deyir: Mənim qohumlarımdan biri qızıma elçi gəlmişdi. Amma əxlaqı pis idi. Mən bir məktub yazıb İmam Riza (əleyhissalam)-dan bu barədə məsləhət aldım. İmam (əleyhissalam) yazdı ki, əgər bədəxlaqdırsa, qızını ona vermə.” Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Bir gün Peyğəmbərin yanında oturmuşduq, Həzrət buyurdu: Qızınıza elçiliyə gələn şəxs əxlaqlı olsa ona mənfi cavab verməyin. Mən soruşdum: Ya Rəsuləllah, əgər ictimai şəxsiyyət və nəsil cəhətindən pis və alçaq olsa, yenə də ona mənfi cavab verməyək? Həzrət buyurdu: Bəli, əgər islami əxlaqa malik olsa, onun elçiliyini qəbul edin, əks halda yer üzündə əxlaqi fəsad və pozğunluqlar baş alıb gedəcəkdir.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) ailədə səmimi yaşamağın, islami əxlaqa malik olmağın, həyat yoldaşının cüzi xətalarına dözməyin fəziləti və bu işlərin mükafatı barəsində buyurur: "Hər kəs həyat yoldaşının cüzi xətalarından güzəştə getsə, ona dözsə və onun qarşısında alicənablıq göstərsə, mütəal Allah onun gözəl əxlaqı və səbirliliyi müqabilində onu cəhənnəm odunda yandırmaz, ona cənnəti vacib edər, nameyi-əməlinə iki yüz min həsənə yazar və həmin qədər də günahlarını əfv edər.” Bu hədislər göstərir ki, ərin əxlaqı qadının xoşbəxt və səadətli olmasında əsas rol oynayır. Bədəxlaq, pozğun və fasid şəxslə evlənməyin nəticəsi isə peşmançılıq və ruhi xəstəliklərə düçar olmaqdır ki, bu səfa-səmimiyyətlə dolu olan həyatı cəhənnəmə, məşəqqət və zəhmətlə dolu bir həyata çevirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər