İmam Mehdinin (ə) zühurunun əlamətləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-12-2015, 09:56 | Şərh sayı: (0) | Baxılıb: 363
İmam Mehdinin (ə) zühurunun əlamətləri
İmam Mehdinin (ə.f) zühurunun iki əlaməti vardır: a) Qəti əlamətlər; b) Qəti olmayan əlamətlər.
a) Qəti əlamətlər:
1. Dəccalın meydana çıxması – O məlun Allahlıq iddiası edəcəkdir. Onun gəlişindən sonra dünyada çoxlu qanlar töküləcək və fitnə-fəsad yaranacaqdır. Hədislərdən məlum olduğu kimi, onun gözünün biri silinmişdir və sol gözü alnının ortasındadır. O, böyük cüssəli və çox güclüdür, qəribə və qorxulu qiyafəsi vardır; sehrbazlıqda isə çox mahirdir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Möminlərdən hər kim Dəccalı görsə, öz ağız suyunu onun üzünə atıb, onun sehrini batil etmək üçün “Həmd” surəsini oxusun”. Nəhayət, Dəccal ilə İmam Zamanın (ə) qoşunu arasında müharibə baş verər və o, İmam Zaman (ə.f) və ya İsa ibn Məryəmin (ə) əli ilə öldürülər.
2. Süfyaninin qiyamı – Süfyani Məkkə ilə Şam arasında qiyam edəcəkdir. O, çirkin surətlidir, üzündə sızaq var, gözləri göy və Yezid ibn Müaviyənin övladlarındandır. O, beş böyük şəhəri və məntəqəni – Dəməşq, Həms, Fələstin, İordaniya və Qinnəsrini ələ keçirəcək və ətraf nahiyələrə ordu göndərəcəkdir. O, Mədinə və Bağdad şəhərlərində kütləvi qırğın törədəcəkdir. Məkkəyə bir ordu göndərəcək və yol əsnasında İmam Mehdinin (ə.f) ordusu onları məğlub edəcəkdir.
Süfyaninin üç yüz min nəfərdən ibarət olan ordusu Allahın əmrilə Məkkə-Mədinə arasında yerə batacaqdır. Təkcə Bəşir və Nəzir adlı iki qardaş sağ qalacaq, bir mələk gəlib onların üzünü arxaya çevirəcəkdir. Bəşir Məkkəyə gəlib Süfyani ordusunun həlak olmasını İmama, Nəzir də Şama gedib bu xəbəri Süfyaniyə deyəcəkdir. Süfyani Şamda bu xəbəri eşitcək, Kufəyə doğru hərəkət edib, orada qətl və qarətlə məşğul olacaqdır. İmam Mehdinin (ə.f) Kufəyə daxil olması ilə Süfyani qaçacaqdır. O həzrətin ordusu onu təqib edib, Beytül-Müqəddəsdəki Səxrə məscidinin yaxınlığında qətlə yetirəcəklər və onun murdar başını kəsib çirkin ruhunu Cəhənnəmə göndərəcəklər.
3. Səmadan gələn bir səs – İmam Mehdi (ə.f) Məkkədə zühur edərkən səmadan belə bir səs eşidilər: “Ey məxluqlar, agah olun! Bu, Muhəmmədin (s) övladı Mehdidir”. Dünyanın şərqindən qərbinədək bütün insanlar hər biri öz dilində bu səsi eşidib Məkkəyə üz tutar, o həzrətin hüzuruna gedərlər.
4. Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi – O, Peyğəmbərin (s) nəslindəndir və Rükn ilə Məqam arasında şəhid olacaqdır.
5. Seyid Həsəninin qiyamı – O, xoş üzlü bir cavandır ki, Deyləm və Qəzvin tərəfdən qiyam edib deyəcəkdir: “Sizdən kömək istəyən Peyğəmbər (s) övladının dadına çatın!” Çox güman ki, Seyid Həsəni İmam Həsənin (ə) nəslindən və on iki imamçı şiədir O, din və haqq ardıcılı olub, batil bir iddia etməyəcəkdir. Onun danışığı və rəftarı Peyğəmbərin (s) pak şəriətilə uyğun olacaq. Möminlərdən bir çoxu da zalımların zülmünü dəf etmək üçün ona kömək edəcəklər. O, Qəzvindən Kufəyədək olan əraziləri zülmkarlardan və kafirlərdən təmizləyəcək. Kufəyə daxil olduqda, İmam Mehdinin (ə.f) zühur etdiyini eşidər və ordusu ilə birlikdə Həzrətə beyət edərlər.
6. Ramazan ayının ortancıl günündə günəşin, axırında isə ayın tutulması.
b) Qəti olmayan əlamətlər:
7. Kufə məscidinin divarının uçulması.
8. Fərat çayından bir qol ayrılaraq Kufə şəhərinin küçələrinə axması.
9. Kufə şəhərinin darmadağın olunmasından sonra yenidən abadlaşması.
10. Nəcəf gölünün su ilə dolması.
11. Cüdey ulduzunun yaxınlığında quyruğu olan bir ulduzun görünməsi.
12. İmam Mehdinin (ə.f) zühurundan öncə qıtlığın baş verməsi.
13. Əksər şəhərlərdə zəlzələnin baş verməsi və taun xəstəliyinin yayılması.
14. Məscidlərin boş qalması.
15. Burasa məscidinin uçması.
16. Yer kürəsinin şərqindən od püskürərək üç və yaxud yeddi gün yer ilə göy arasında alovlanması.
17. Xorasandan qara bayraqlıların hərəkəti.
18. Rəcəb və cəmadius-sani aylarında misli-bərabəri görünməmiş leysan yağışlarının yağması.
19. Şərqdən ay kimi işıq saçan, iki tərəfi bir-birindən ayrı və parıltısı göz qamaşdıran bir ulduzun çıxması.
20. Dünyanın fitnə-fəsadla dolması.
21. İnsanların namaz qılmaması və şəhvətə qurşanması.
22. Çirkin işlərin yaxşı, yaxşı işlərin isə çirkin kimi qələmə verilməsi.
23. Düz danışanların yalan, yalan danışanların isə düz danışanlar kimi qəbul edilməsi.
24. Uşaqların (savadsızların) minbərdə əyləşməsi.
25. Fəqirlərin təhqir edilməsi.
26. Kişilərin kişilərlə və qadınların da qadınlarla cinsi əlaqədə olması.
27. Kişilərin özlərini qadınlara və qadınların kişilərə oxşatması.
28. Məscidlərin yəhudi məbədləri kimi qızılla bəzədilməsi.
29. Quranların zinət sayılması.
30. Kişilərin özlərini qızıl-gümüşlə bəzəməsi.
31. Dinə həqarət, dünyaya isə əzəmət gözü ilə baxmaq.
32. Təlaqın çoxalması.
33. Kənizlərin xanəndə olması, musiqi alətlərinin və qumar oyunlarının çoxalması.
34. Ticarət və riya məqsədilə həccə getmək.
35. Quranın və elmin Allahdan qeyrisinə xatir öyrənilməsi.
36. Zinadan olan övladların çoxalması.
37. Bəzi müharibələrin səmada baş verməsi.
38. Camaatın bir-birlərini görmədikləri halda, çox uzaq yerlərdən bir-biriləri ilə söhbət etməsi.
39. Dünya elminin inkişafının son həddinə çatması və insanların səmalara səfər etməsi.
40. Uşaqların əzab-əziyyətə məruz qalması və qadınların rəhbərlik etməsi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər