İmamət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-10-2015, 21:48 | Şərh sayı: (0) | Baxılıb: 510
İmamət
İslam Peyğəmbərinin haqq canişinləri olan 12 İmama inanmaq və onları təsdiq etmək.
Bunu təkcə şiə alimləri deyil, eləcə də bir çox sünnü alimləri də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət (nəql) etmişlər. O rəvayətlərdən birini qeyd edirik:
«قالَ رَسُولُ اللهِ (صَلّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ):
اِنَّ خُلَفائِى وَاَوْصِيائِى وَحُجَجَ اللهِ عَلَى الْخَلْقِِ بَعْدِى اَلْأِثْنا عَشَرَ أَوَّلُهُمْ عَلِىٌّ وَآخِرُهُمْ وَلَدِىَ الْمَهْدِىُّ»
«Həqiqətən məndən sonra ümmətim üçün olan canişimlərim, vəsilərim və Allahın bəndələrə olan höccətləri on iki nəfərdən ibarətdir. Onların əvvəli Әli, axırıncısı isə mənim övladım Məhdidir»
On iki İmamın mübarək adları aşağıdakı tərtiblədir:
Birinci: İmam Әli (əleyhis-salam);
Rəcəb ayının 13-də ən müqəddəs məkan olan Kəbə evinin içində dünyaya gəlmiş və Ramazan ayının 21-də Kufə məscidində şəhid edilmişdir. O həzrətin müqəddəs məzarı İraqın Nəcəf şəhərində yerləşir.
İkinci: İmam Həsən (əleyhis-salam);
Ramazan ayının 15-də anadan olmuş və Səfər ayının 28-də şəhid edilmişdir. O həzrətin müqəddəs məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir.
Üçüncü: İmam Hüseyn (əleyhis-salam);
Şəban ayının 3-də dünyaya gəlmiş və Məhərrəm ayının 10-da şəhid edilmişdir. Məzarı İraqın Kərbəla şəhərində yerləşir.
Dördüncü: İmam Zeynəl-Abidin (əleyhis-salam);
Şəban ayının 5-də dünyaya göz açmış və Məhərrəm ayının 25-də şəhid edilmişdir. Məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir.
Beşinci: İmam Məhəmməd Baqir (əleyhis-salam);
Rəcəb ayının 1-də dünyaya gəlmiş və Zil-həccə ayının 7-də şəhid edilmişdir. O həzrətin müqəddəs məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir.
Altıncı: İmam Cəfər Sadiq (əleyhis-salam);
Rəbiul-əvvəl ayının 17-də dünyaya göz açmış və Şəvval ayının 25-də şəhid edilmişdir. Məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir.
Yeddinci: İmam Museyi Kazim (əleyhis-salam);
Səfər ayının 7-də dünyaya göz açmış və Rəcəb ayının 25-də şəhid edilmişdir. Məzarı İraqın Kazimeyn şəhərində yerləşir.
Səkkizinci: İmam Riza (əleyhis-salam);
Zilqədə ayının 11-də anadan olmuş və Səfər ayının sonunda şəhid edilmişdir. Məzarı İranın Məşhəd şəhərindədir.
Doqquzuncu: İmam Məhəmməd Təqi (əleyhis-salam);
Rəcəb ayının 10-da anadan olmuş və Zilqədə ayının sonunda şəhid edilmişdir. Məzarı İraqın Kazimeyn şəhərindədir.
Onuncu: İmam Әliyyən Nəqi (əleyhis-salam);
Zil-həccə ayının 15-də dünyaya göz açmış və Rəcəb ayının 3-də şəhid edilmişdir. Məzarı İraqın Samirra şəhərində yerləşir.
On birinci: İmam Həsən Әskəri (əleyhis-salam);
Rəbius-sani ayının 8-də dünyaya göz açmış və Rəbiul-əvvəl ayının 8-də şəhid edilmişdir. O həzrətin müqəddəs məzarı İraqın Samirra şəhərində yerləşir.
On ikinci: İmam Sahibəz-zəman Məhdi (əleyhis-salam).
O həzrət hicri tarixi ilə 255-ci ilin Şəban ayının 15-də dünyaya göz açmış və hal-hazırda da diridir.
On iki İmamdan, on biri öz dövrlərində İslam düşmənləri tərəfindən şəhid olunublar. Amma on ikinci İmam Allah-taalanın məsləhəti ilə qeybə çəkilmişdir və Allah-taalanın əmri ilə zühur edib, yer üzündə olan fitnə-fəsadları aradan aparacaq, ədalətli və vahid bir İslami hökumət quracaqdır. Bizim hamımıza Onun hökmən zühur edəcəyinə inanıb, gəlişini həqiqi mənada gözləyənlərdən olmaq və tez zühur etməsi üçün dua etmək lazımdır. Әhli-sünnət alimlərindən bir çoxu Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql edirlər:
«قالَ رَسُولُ اللهِ (صَلّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسّلَّمَ):
مَنْ أَنْكَرَ خُرُوجَ الْمَهْدِىِّ فَقَدْ كَفَرَ بِما أُنْزِلَ عَلَى مُحَمَّدٍ (صَلّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ)»
«Hər kəs (İmam) Məhdinin zühurunu inkar etsə, Məhəmməd (Peyğəmbər)-ə nazil olanları [inkar etmiş və] kafir olmuşdur.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər