Əbqə qiyamı haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-10-2015, 11:30 | Şərh sayı: (0) | Baxılıb: 413
Əbqə qiyamı haqqında
Əbqə – üzündə ağ və qara nöqtələr olan şəxs deməkdir. Zühura yaxın vaxtlarda Misirdə Əbqə (ordusunun) qiyamı, onun ardınca quyruqlu ulduzun görünməsi, ay və günəş tutulmasının baş verməsi Allah Rəsulu (s) və Əhli-beyt (ə) imamlarından nəql olunan hədislərdə qeyd edilmişdir.
Cabir Cofi İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: “Sənə deyəcəyim əlamətləri müşahidə edincəyə qədər olduğun yerdə qal və heç bir iş görmə (yəni qiyam və etiraza qalxma). Filankəsin xanədanı (ailəsi) arasında ixtilaf, səmadan eşidilən səda, Dəməşq ətrafından ucalan səs, Şam vilayətində Cabiyyə adlı kəndin çökməsi, türk havadarlarının Mosula və Rum istilaçılarınn isə Rəmələyə (güman edirik ki, Fələstindəki Ramallah şəhəri nəzərdə tutulub) yerləşmələri zühurdan xəbər verir. Həmin ildə bütün İslam torpaqları Qərbin əsarətinə keçəcək və oradakı ixtilaflar şiddətlənəcək. İlk dağıdılacaq ərazi isə Şam olacaq. Orada hakimiyyəti ələ keçirmək uğrunda 3 qoşun – Əbqə, Əshəb və Süfyaninin qoşunu müharibə edəcək”[1].
الْحَسَنِ بْنِ مَحْبُوبٍ عَنْ عَمْرِو بْنِ أَبِي الْمِقْدَامِ عَنْ جَابِرٍ الْجُعْفِيِّ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ الْزَمِ الْأَرْضَ وَ لَا تُحَرِّكْ يَداً وَ لَا رِجْلًا حَتَّى تَرَى عَلَامَاتٍ أَذْكُرُهَا لَكَ وَ مَا أَرَاكَ تُدْرِكُ اخْتِلَافُ بَنِي فُلَانٍ وَ مُنَادٍ يُنَادِي مِنَ السَّمَاءِ وَ يَجِيئُكُمُ الصَّوْتُ مِنْ نَاحِيَةِ دِمَشْقَ بِالْفَتْحِ وَ خَسْفُ قَرْيَةٍ مِنْ قُرَى الشَّامِ تُسَمَّى
Başqa bir hədisdə isə belə deyilir: “Qiyam və qanlı qırğınların başlayacağı ilk ərazi Şamdır. Orada 3 qoşun bir-biri ilə vuruşacaq (Əbqə, Əshəb və Süfyani). Bu 3 qüvvə Süfyaninin Əbqə ilə vuruşub onu ordusu ilə bir yerdə öldürəcəyi zamana qədər bir-biri ilə döyüşəcək. Sonra Süfyani Əshəb qoşunlarını da məhv edəcək[2].
[1] Biharul-Ənvar, c.1, səh.111
[2] Ruziqari rəhayi, c.2, səh.995
Bəhruz Camal
İmamzaman.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər