"Təşəyyö" anlayışı termin kimi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 28-11-2015, 03:18 | Şərh sayı: (0) | Baxılıb: 402
"Təşəyyö" anlayışı termin kimi
"Təşəyyö” (şiəlik) bir termin kimi İmamət məqamını Allah tərəfindən bəxş edilən bir məqam hesab edən baxışlar sistemindən törəmişdir. Bu ideologiyaya görə, imamın seçilməsi Allah tərəfindən müqqəddəs mətnlər vasitəsi ilə gerçəkləşməlidir. Bu arada sevgili Peyğəmbərimiz (s) özü də Allah-Təalanın Peyğəmbərləri (s) arasında qoyduğu ənənəyə sadiq qalaraq özündən sonrakı imam və vəsilərin (canişinlərin) adını açıqlamışdır. Əli (ə) ilə başlayan və İmam Mehdi (ə.f.) ilə yekunlaşan bu İlahi insanlar həm dini ideallarımız, həm də Peyğəmbər (s)-dan sonra İslam ümmətinə rəhbərlik etməli olan öndərlərdirlər. Mərhum Şeyx Cavad Müğniyə yazır: "Şiəlik, Peyğəmbər (s) tərəfindən Əli (ə)-ın imamlığını və xəlifəliyini - onun və övladlarının haqqında bu və ya digər mübaliğəyə, şişirtməyə yol vermədən - açıqlayan, təsdiqləyən müqəddəs mətnlərin, hədis və bildirişlərin mövcudluğunu qəbul etmək, ona inanmaq deməkdir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər