Peyğəmbər (s) zamanında şiəliyin yaranması |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 19-02-2015, 15:47 | Şərh sayı: (0) | Baxılıb: 2098
Peyğəmbər (s) zamanında şiəliyin yaranması
Əlinin (ə) vilayəti digər dörd əməllə birlikdə vacibdirmi?” "Bəli!” söyləyərək cavab vermişdi. Aşağıda adları çəkilən səhabələr həzrət Əlinin (ə) şiələrindəndir: Əbuzər Qəffari, Əmmar ibn Yasir, Hüzeyfə ibn Yəman, Ziş- Şəhadətəyn Hüzeymət ibn Sabit, Əbu Əyyub Ənsari, Xalid ibn Seid ibn As və Qeys ibn Seid ibn Übadə.” ("Xututul-Şam”, c.5, səh.251) O, sözlərinə davam edərək belədeyir: "Bəzi yazıçıların şiəlik və şiə məzhəbini Abdullah ibn Səba (İbn Səvda kimi de tanınır) kimi bir şəxsin bidətləri əsasında yarandığını deməsi, həqiqətdə,onların şiəlik və şiə məzhəbinin həqiqətləri barədə az məlumata malik olması və düşüncələrinin təxəyyüldən ibarət olduğunu göstərir. Əgər kimsə şiə alimlərinin Abdullah ibn Səbaya nisbətdə məzəmmət və tənqidləri barədə məlumat əldə etmiş olsa,onda, şiəliyin ona nisbət verilməsinin nə dərəcədə yanlış olmasını asanlıqla başa düşəcək.Şübhəzis, Hicazda şiəliyin yaranması həzrət Əlinin (ə) adı ilə bağlıdır və ona nisbət verilməlidir.” ("Xututuş-Şam”, c.5,səh. 251)
4. Doktor Sübhi Saleh yazır:
"Peyğəmbər (s) zamanında da həzrət Əlinin (ə) ardıcıl və şiələri olan səhabələr var idi. Onlara misal olaraq Əbuzər Qəffarini, Miqdad ibn Əsvədi, Cabir ibn Abdullahı, Übeyy ibn Kəbi, Əbültüfeyl Amir ibn Vasiləni,Abbas ibn Əbdülmüttəlibi və onun bütün övladlarını, Əmmar Yasir ve Əbu Əyyub Ənsarini göstərmək olar.” ("Ən-Nəzmul-islamiyyə”, səh. 96)
5. Məhəmməd Abdullah Ənnan deyir:
"Şiənin ilk dəfə xəvariclərin ayrılması zamanı yaranmasını söyləmək səhv və yanlışdır,əksinə şiəlik "Şuəra” surəsinin 214-cü ayəsinə uyğun olaraq Peyğəmbər (s) zamanında və o həzrətə qohum-əqrabasını ilahi əzabla qorxutmaqla bağlı göstəriş verildiyi vaxtda meydana çıxmışdır. Ayəyə uyğun olaraq o həzrət evində qonaqlıq verərək yaxınlarını ora dəvət etmiş və sonra həzrət Əliyə (ə) işarə və xitab edərək buyurmuşdur ki, o, mənim qardaşım, vəsim, sizin aranızda canişin və xəlifəmdir. Onun söylədiklərinə qulaq asın və ona itaət edin.” ("Ruhut-təşəyyo”,səh. 20; Əli Əsğər Rizvani, "Difa əz Təşəyyo ve pasox be şobehat”, səh. 74)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər