Şiəliyin yaranması |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 28-11-2015, 03:22 | Şərh sayı: (0) | Baxılıb: 753
Şiəliyin yaranması
Şiəliyin tarixi baxımdan nə zaman meydana gəlməsi ilə bağlı tarixçilər tərəfindən fərqli fikirlər irəli sürülmüşdür. Bu versiyaları tarixi ardıcıllıqla aşağıdakı şəkildə sıralamağı məqsədəuyğun hesab edirik:
1. Şiəliyin Peyğəmbər (s) zamanında meydana gəlməsi; İmamiyyə şiələrinə görə, şiəliyin ilkin toxumları Allah tərəfindən Qurani-kərimdə səpilmiş, Peyğəmbərimiz (s)-ın peyğəmbərlik missiyasını həyata keçirdiyi (tam 23 ili əhatə edən) dönəmdə o Həzrətin (s) özü tərəfindən suvarılmışdır. Deməli, pak şiəlik ağacı hələ sevgili Peyğəmbərimiz (s)-ın öz dönəmində bəhrəsini vermiş və elə buna görə də həmin dövrdəki Salman, Əbuzər Qifari, Miqdad ibn Əsvəd və s. bir çox böyük səhabələr şiə kimi tanınmışlar. Bu versiya haqqında ətraflı söhbət açaçaq və doğruluğunu isbatlayacağıq.
2. Şiəliyin Səqifədə meydana gəlməsi; Bəzi əhli-sünnə tarixçilərinə görə, Səqifədə bir çoxları – müqəddəs mətnlərə əsaslanaraq – Əli (ə)-ın ardınca getdilər və elə buradan da şiəlik meydana gəldi. Əhli-sünnə elm adamlarından İbn Xəldun, Doktor Həsən İbrahim Həsən, Əhməd Əmin Misri, Məhəmməd Abdullah Ənnan və məşhur şərqşünas Qoldsiyer bu versiyanı önə çəkmişlər.
3. Şiəliyin Osman qətlə yetirildiyi zaman meydana gəlməsi; Bəzilərinə görə, şiəlik insan axınının Osmanın evinə hücum çəkərək onu öldürdüyü zaman meydana gəlmişdir. Əhli-sünnə alimlərindən İbn Həzm Əndəlusi, Doktor Əli Sami ən-Nişar və şərqşünas Velhauzen (Julius Wellhauseh) bu versiyanı qəbul etmişlər.
4. Şiəliyin Hüseyn ibn Əli (ə)-ın şəhadətindən sonra meydana gəlməsi; Doktor Kamil Mustafanın qənaətincə, şiəlik İmam Hüseyn (ə) şəhid edildikdən sonra meydana gəlmişdir.
5. Şiəliyin farsların təsiri ilə yaranması; Bəzilərinin fikirincə, şiəlik iranlı təfəkkürün təsiri ilə yaradılaraq İslam paytaxtına nüfuz etmişdir. Şərqşünaslardan Reinhart Pieter Anne Dozy, Johannes Van Vloten, Edward Granville Browne, Əhli-sünnə alimlərindən isə Əhməd Əmin Misri, Əhməd Ətiyyətullah bu versiyaya üstünlük vermişlər.
6. Şiəliyin Abdullah İbn Səba tərəfindən yaradılması; Bir çoxları şiəliyin bilavasitə Osman dönəmində İslamı qəbul etmiş Abdullah ibn Səba tərəfindən yaradıldığını iddia etmişlər. Bu fikri dəstəkləyən elm adamları sırasına Doktor Əli Sami ən-Nişar, Seyyid Rəşid Rza, Şeyx Məhəmməd Əbu Zöhrə, Əbu əl-Həsən Məlti və başqaları daxildirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər